Fransız mətbuatı COP29a hazırlıqdan yazdı


Siyasət 01 Noy 2024 20:28:00 63 0

Fransız mətbuatı COP29a hazırlıqdan yazdı

COP29 Azərbaycana iqlim fəaliyyəti üzrə qlobal hərəkatda rolunu gücləndirmək üçün bənzərsiz bir imkan təqdim edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın "La Gazette du Caucase" internet-nəşrinin məqaləsində deyilir.

"İki həftədən az bir müddət sonra Bakı dünyanın ən mühüm konfranslarından birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP konfransları əsasən BMT-nin himayəsi altında təşkil olunsa da, ev sahibi ölkələr gündəliyin formalaşmasında açar rolunu oynayır. Bu kontekstdə Azərbaycan COP29-u təşkil etmək üçün tələb olunan standartlara əməl etməyə öhdəlik götürüb", - məqalədə qeyd edilir.

Məqalədə COP29-un davamlı inkişaf prinsipi üzərində qurulmasının vacibliyi vurğulanır.

"COP29-un məqsədi karbon emissiyalarını minimuma endirmək, resurslardan səmərəli istifadəni artırmaq, bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və davamlı praktikanı təşviq etməkdir. Məsələ, tədbiri ən yüksək ekoloji məsuliyyət standartlarına uyğun keçirməkdir. COP29-un ümumi məqsədi ətraf mühitə mənfi təsiri minimuma endirmək, eyni zamanda ictimaiyyətin iştirakı, davamlı inkişafı irəlilətmək və tədbirin bütün aspektlərində həmrəylik nümayiş etdirməkdir. Davamlı inkişaf üzrə öhdəliklər müxtəlif aspektləri əhatə edir və karbon neytrallığına xüsusi diqqət yetirilir. Bu, istixana qazlarının emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinin istifadəsi, enerji effektivliyinin artırılması və emissiyaların kompensasiya strategiyalarının tətbiqi kimi tədbirlər vasitəsilə karbon neytrallığına nail olmağı əhatə edir", - məqalədə bildirilir.

Qeyd edilib ki, Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının əlavə sənədi olan Paris Sazişini 2016-cı il 22 aprel tarixində imzalayıb.

"Bu sazişin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan 2015-ci ilin oktyabr ayında Konvensiyanın katibliyinə "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) barədə sənəd təqdim edib. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35 faiz azaltmağı planlaşdırır. 2021-ci ildə Qlazqoda keçirilən COP26-da da Azərbaycan iqlim dəyişikliyinin təsirini 2050-ci ilə qədər 40 faiz azaltmağa öhdəlik götürüb", - məqalədə bildirilir.

Müəlliflər vurğulayıblar ki, COP29-u idarə edən rəhbərlik karbon neytrallığına nail olmaq üçün 3 aydın mərhələyə bölünən geniş strategiya hazırlayıb.

"Birinci mərhələ - hesablamalar mərhələsidir. Bu mərhələdə məqsəd, COP29 tədbirləri zamanı bütün fəaliyyət sahələrində yaranan faktiki karbon emissiyalarını dəqiq ölçmək, izləmək və hesabat verməkdir. Bu, birbaşa (Scope 1), dolayı (Scope 2) və təchizat zənciri ilə əlaqəli (Scope 3) emissiyaların qiymətləndirilməsini əhatə edir. Belə sistemli yanaşma şəffaflığı təmin edir və tədbir müddətində istixana qazlarının emissiyalarını məqsədli şəkildə azaltmağa imkan verir.

İkinci mərhələ - neytrallaşmaya yönəlmişdir və 3 əsas aspekti əhatə edir:

Davamlı nəqliyyat: COP29 iştirakçılarına pulsuz metro xidmətinin göstərilməsi, mikromobillik üçün yeni marşrutların yaradılması, elektrikli marşrut avtobuslarının işə salınması və hibrid/elektrik taksilərdən istifadə edilməsini əhatə edir.

Enerji səmərəliliyi: Enerji səmərəli işıqlandırma və avadanlıqların tətbiqi, enerji idarəetmə sistemlərinin istifadəsi və tədbir yerlərində mütəmadi enerji auditi keçirilməsi deməkdir.

Bərpa olunan enerji mənbələri: COP29 yerlərində bərpa olunan enerji mənbələrinin istifadəsinə prioritet veriləcək, buna hidrojenləşdirilmiş bitki yağları (HVO) və bərpa olunan enerjinin alınması daxildir".

"Sonuncu mərhələ - kompensasiya adlanır və burada yüksək keyfiyyətli beynəlxalq karbon kreditlərinin alınması və Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmağa yönəlmiş yerli təşəbbüslərin dəstəklənməsi yer alır" - məlumatda bildirilir.

Məqalədə vurğulanır ki, Azərbaycanda karbon vergisinin tətbiqi ilə bağlı tədqiqatlar - karbon emissiyalarının azaldılması üzrə qlobal strategiyalardan biridir.

"Bu metod beynəlxalq arenada populyarlıq qazanmaqdadır. Gündəmdə olan sual: karbon vergiləri Azərbaycanda tətbiq oluna bilərmi? Bu sual artıq bir müddətdir müzakirə olunur, xüsusilə ADA Universitetində keçirilmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə 5-ci dialoq zamanı.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli qeyd edib ki, əvvəlki dövrlərdə karbon vergiləri nadir hallarda qeyd olunur və yalnız spesifik sənədlərdə müzakirə edilirdi. Ancaq indi bu məsələ milli gündəlikdə vacib bir mövzuya çevrilib" - məlumatda bildirilir.

"Əgər bütün ölkələr karbon vergisini tətbiq edərsə, onlardan nümunə götürməkdən başqa çarəmiz qalmayacaq" - S.Bəşirli deyib.

Nazir müavini bu təşəbbüsün istər-istəməz real sektora təsir edəcəyini etiraf edərək, Azərbaycanın dünya iqtisadi reallıqlarına uyğunlaşmasının vacibliyini vurğulayıb.

Karbon vergilərinin tətbiqinə gəldikdə, Bəşirli qeyd edib ki, konsepsiya sadə görünsə də, onun ciddi çağırışları var.

"Resurslarımızı nəzərə alsaq, maliyyə, investisiya və ticarət sahələrində edə biləcəyimiz töhfələr göz qabağındadır. Bununla belə, bu töhfələri artırmaq lazımdır. Buna baxmayaraq, bu töhfələr gücləndirilməlidir. Resurslarımız məhduddur və bu sahələr arasında daha çox sinerji tələb olunur. Cəlbedici görünsə də, əslində çətindir və həm qlobal, həm də milli səviyyədə səylərin səfərbər edilməsini tələb edir", - o vurğulayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva da bu məsələyə münasibət bildirib.

O, Azərbaycan hökumətinin maraqlı qurumlarla karbon qiymətləndirməsinin tətbiqi ilə bağlı müxtəlif ssenariləri müzakirə etdiyini vurğulayıb.

S.Musayeva qeyd edib ki, karbon emissiyalarının ev təsərrüfatları və kiçik və orta müəssisələr üzərindəki təsirini yüngülləşdirmək məqsədilə toplanmış karbon vergilərinin geri qaytarılması mexanizmlərinin hazırlanmasının vacibdir.

O, əsas məqsədin vergilərin toplanması olmadığını, əksinə, karbon emissiyalarının azaldılmasına investisiyaların təşviq edilməsini olduğunu, bunun da emissiyaların azalmasına və enerji səmərəliliyinin artmasına səbəb olacağını açıqlayıb.

"Karbon qiymətləndirməsinin əsas vəzifəsi, yüksək emissiyalı sektorları vergiləndirməkdir ki, bu da aşağı emissiyalı və yüksək enerji səmərəliliyi olan sektorlara investisiyaların təşviq olunmasına şərait yaratsın. Eyni zamanda, qiymət artımından təsirlənə biləcək sosial cəhətdən həssas qruplar və mikromüəssisələr arasında bu vəsaitlərin yenidən paylanmasını təmin etmək lazımdır", - o əlavə edib.

"Nəticə olaraq, karbon vergilərinin mümkün tətbiqi ilə bağlı müzakirələr Azərbaycanın istixana qazlarının azaldılması istiqamətində qlobal səylərə olan bağlılığını bir daha vurğulayır. Hökumət, aşağı emissiyalı texnologiyalara investisiyaların təşviqini və iqlim təşəbbüslərindən təsirlənən həssas icmaların dəstəklənməsini təmin edən balanslı yanaşmanın vacibliyini başa düşür. Ümumilikdə, COP29 Azərbaycanın iqlim fəaliyyətləri üzrə qlobal hərəkatdakı rolunu gücləndirmək üçün bənzərsiz bir imkan təqdim edir", - "Fransız La Gazette du Caucase"nin məqaləsində qeyd edilir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bu meyvə qanda şəkəri salır like
  • 01 Noy 20:24  
Digərləri Bu meyvə qanda şəkəri salır

Bu meyvədə olan rezisdent nişasta və pektin qanda qlükozanı tənzimləyir

arrow Ətraflı
Bu taksilər COP29 zolaqları ilə gedib gələ biləcək like
  • 01 Noy 20:21  
Digərləri Bu taksilər COP29 zolaqları ilə gedib gələ biləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
COP 29 günlərində bu yollarda sərbəst hərəkətə icazə veriləcək like
  • 01 Noy 20:16  
Digərləri COP 29 günlərində bu yollarda sərbəst hərəkətə icazə veriləcək

COP 29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili �

arrow Ətraflı
"Sihirli annem"in aktrisası Ümrəyə getdi  FOTO like
  • 01 Noy 20:09  
Şou-biznes "Sihirli annem"in aktrisası Ümrəyə getdi FOTO

"Sihirli Annem" serialında canlandırdığı Tuğçe obrazı ilə tan

arrow Ətraflı
Şüyüd toxumunun like
  • 01 Noy 19:57  
Digərləri Şüyüd toxumunun

Şüyüd toxumunun sağlamlıq üçün bir çox faydası var.

arrow Ətraflı
Otellərdə yoxlamalar aparıldı like
  • 01 Noy 19:52  
Digərləri Otellərdə yoxlamalar aparıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

arrow Ətraflı
"Komedixana"nın aktrisaları toyda elə RƏQS ETDİLƏR Kİ... like
  • 01 Noy 19:44  
Şou-biznes "Komedixana"nın aktrisaları toyda elə RƏQS ETDİLƏR Kİ...

Xəbər verdiyimiz kimi, "Komedixana"nın aktrisası Gülzar Səfəro

arrow Ətraflı
"Əgər bir kişi ana ilə arvadı arasında qalırsa..." like
  • 01 Noy 19:42  
Digərləri "Əgər bir kişi ana ilə arvadı arasında qalırsa..."

Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanım�

arrow Ətraflı
Polkovnikin dediyi araşdırılacaq like
  • 01 Noy 19:36  
Kriminal Polkovnikin dediyi araşdırılacaq

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilə

arrow Ətraflı
Ən çox bu bürclərə like
  • 01 Noy 19:28  
Digərləri Ən çox bu bürclərə

Pis göz bir çox mədəniyyətdə ümumi inancdır və bir sıra bürclərin pi

arrow Ətraflı
Azərbaycanda baş verən ağır cinayətin TƏFƏRRÜATI: like
  • 01 Noy 19:27  
Kriminal Azərbaycanda baş verən ağır cinayətin TƏFƏRRÜATI:

Bu gün günorta saatlarında Xaçmaz şəhər sakini 57 yaşlı İlham Piristan

arrow Ətraflı
“Çin və Rusiyanı o birləşdirdi, like
  • 01 Noy 19:20  
Dünya “Çin və Rusiyanı o birləşdirdi,

Donald Tramp seçkiyə 4 gün qalmış amerikalı jurnalistə müsahibə verib.

arrow Ətraflı
MMin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və MEDİAdan like
  • 01 Noy 19:19  
Digərləri MMin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və MEDİAdan

"X" sosial media platformasında Azərbaycan Respublikasında keçiril

arrow Ətraflı
Məlahət Abbasova məşhur serialın çəkildiyi EVDƏ  VİDEO like
  • 01 Noy 19:11  
Şou-biznes Məlahət Abbasova məşhur serialın çəkildiyi EVDƏ VİDEO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sosial media hes

arrow Ətraflı
Xamneyi əmr verdi  İsrailə like
  • 01 Noy 19:08  
Dünya Xamneyi əmr verdi İsrailə

İranın ali lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İs

arrow Ətraflı