Mehriban Əliyeva və ailə üzvləri Bakıda təmirdən sonra istifadəyə verilən uşaq bağçasıkörpələr evində yaradılan şəraitlə tanış olublar
Siyasət 31 Okt 2024 20:01:00 130 0
Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına körpələr evi-uşaq bağçası təmirdən sonra yenidən istifadəyə verilib.
Bu xəbəri də oxu: Prezident bu şəxsləri təltif etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.
Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına körpələr evi-uşaq bağçası ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, körpələr evi-uşaq bağçası müasir tələblər səviyyəsində təmir olunub.
Yüz yerlik körpələr evi-uşaq bağçası zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.
Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Son.az
Cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların
Gürcülərə görə narahatıq, onlara eynicinsli münasibəti sırıyırlar.
Son.az Day.az-a istinadən Leyla Tarıverdiyevanın yazısını təqdim edir
Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq m
"Bayan bacak" ləqəbi ilə məşhurlaşan 1970-ci illərin modeli, ak
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sanç
NASA-nın Artemida proqramının iqtisadi töhfəsində aparıcı rol oynadığ�
Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyas�
İstanbulda maraqlı hadisə baş verib.
Bakı bulvarında gəmi gəzintisi iki illik fasilədən sonra bərpa edilir.
Türkiyəli məşhur müğənni Bengü boşanır.
Qeyri-maddi dəyərlərin maddiləşdirilməsi prosesi intensivləşdirilməlidi
Rusiyanın Altay diyarında "qanuni oğru" Andrey Tkaçenko (ləqəbi