Polkovnikin dediyi araşdırılacaq


Kriminal 01 Noy 2024 19:36:00 52 0

Polkovnikin dediyi araşdırılacaq

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin məhkəmə istintaqı yekunlaşır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda müdafiə tərəfinin əvvəl qaldırdığı vəsatətlərə münasibət bildirilib.

Bundan əvvəlki iclasda təqsirləndirilən polkovnik Bayram Bayramov onun ayağına yazılmış 720 min manat yeyinti məbləğinin ittihamdan xaric edilməsini xahiş etmişdi. Bayramov belə əsaslanma vermişdi ki, həmin məbləğ səfərbərlikdən çağırılan hərbi vəzifəlilərin xərclərinə sərf edilib.

Müdafiə Nazirliyindən gəlmiş sorğuya cavabda hərbi hissəyə dəqiq nə qədər pul ayrıldığı qeyd olunub.

Bayramov və vəkilinin qərara münasibətlərindən belə çıxıb ki, sorğuya cavab onların dediklərini təsdiq edir. Müdafiə tərəfi hökmdə bunun nəzərə alınmasını xahiş edib. 

Nazirliyin göndərdiyi sənəd işə əlavə edilib.

Baxılmamış digər vəsatət də Bayram Bayramovun idi. Polkovnik ilk dəfə yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi. O, mənimsəmə kimi göstərilən pulların polkovnik Xalid Məmmədov, polkovnik Rəşad Salmanov və başqa bir neçə zabitin tapşırığı ilə şəxsi xərclərinə sərf edildiyini iddia bildirib. Sədrlik edən hakim Fikrət Əliyev bununla bağlı da qərarı elan edib. 

Məhkəmə vəsatətdə adları keçən şəxslərin bu işdə dindirilməsinə zərurət görməyib. Amma təqsirləndirilən polkovnikin verdiyi cinayət xarakterli məlumatların araşdırılmalı olduğu bəyan edilib.

Buna görə vəsatətdə qeyd olunan məlumatların yoxlanılması üçün məhkəmə tərəfindən bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək. 

Hazırkı cinayət işi üzrə artıq 1 il 2 aydır məhkəmə gedir. Bugünkü prosesin sonunda tərəflərə istintaqın yekunlaşmasını təklif edib.

Müdafiə tərəfi təklifə etiraz etməsə də, dövlət ittihamçısı razı olmayıb. İttihamçı dövlətə dəymiş ziyandan nə qədər ödənildiyini bilmədən çıxış etməsini düzgün hesab etməyib.

Hakim deyib ki, bununla bağlı istintaq orqanının sonuncu gödərdiyi cavab belə olub ki, hazırda ziyanın ödənilməsi davam edir. Yaxın günlərdə məhkəməyə yekun məlumat veriləcək.

Məhkəmə istintaqının bitməsi budəfəlik təxirə salınıb. 

Hakim ittiham tərəfinə növbəti iclas üçün çıxışa hazır gəlməyi tapşırıb.

Xatırladaq ki, bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Ən çox bu bürclərə like
  • 01 Noy 19:28  
Digərləri Ən çox bu bürclərə

Pis göz bir çox mədəniyyətdə ümumi inancdır və bir sıra bürclərin pi

arrow Ətraflı
Azərbaycanda baş verən ağır cinayətin TƏFƏRRÜATI: like
  • 01 Noy 19:27  
Kriminal Azərbaycanda baş verən ağır cinayətin TƏFƏRRÜATI:

Bu gün günorta saatlarında Xaçmaz şəhər sakini 57 yaşlı İlham Piristan

arrow Ətraflı
“Çin və Rusiyanı o birləşdirdi, like
  • 01 Noy 19:20  
Dünya “Çin və Rusiyanı o birləşdirdi,

Donald Tramp seçkiyə 4 gün qalmış amerikalı jurnalistə müsahibə verib.

arrow Ətraflı
MMin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və MEDİAdan like
  • 01 Noy 19:19  
Digərləri MMin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və MEDİAdan

"X" sosial media platformasında Azərbaycan Respublikasında keçiril

arrow Ətraflı
Məlahət Abbasova məşhur serialın çəkildiyi EVDƏ  VİDEO like
  • 01 Noy 19:11  
Şou-biznes Məlahət Abbasova məşhur serialın çəkildiyi EVDƏ VİDEO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sosial media hes

arrow Ətraflı
Xamneyi əmr verdi  İsrailə like
  • 01 Noy 19:08  
Dünya Xamneyi əmr verdi İsrailə

İranın ali lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İs

arrow Ətraflı
Türkiyədə himn oxunarkən ayağa qalxmayan like
  • 01 Noy 19:03  
Digərləri Türkiyədə himn oxunarkən ayağa qalxmayan

Türkiyədə "İstiklal" marşı oxunarkən ayağa qalxmayan iki nəf�

arrow Ətraflı
“Bu şəhərdə” Azərbaycan filmləri ilə bağlı müəllif hüquqlarını pozdu like
  • 01 Noy 19:00  
Kriminal “Bu şəhərdə” Azərbaycan filmləri ilə bağlı müəllif hüquqlarını pozdu

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial h

arrow Ətraflı
Bakının bu ərazisi like
  • 01 Noy 18:54  
Digərləri Bakının bu ərazisi

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan

arrow Ətraflı
“Axmaqlar tərəfindən idarə olunan like
  • 01 Noy 18:46  
Dünya “Axmaqlar tərəfindən idarə olunan

ABŞ axmaqların idarə etdiyi ölkəyə çevrilib.

arrow Ətraflı
COP 29 zamanı bu marşrut xətti üzrə avtobusların like
  • 01 Noy 18:41  
Digərləri COP 29 zamanı bu marşrut xətti üzrə avtobusların

COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 1

arrow Ətraflı
Güclü küləklə bağlı like
  • 01 Noy 18:40  
Digərləri Güclü küləklə bağlı

Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni za

arrow Ətraflı
54 yaşlı aktyor əməliyyatla özünü like
  • 01 Noy 18:30  
Digərləri 54 yaşlı aktyor əməliyyatla özünü

Türkiyəli aktyor Şafak Sezer plastik əməliyyatlarla özünü tanınmaz hala

arrow Ətraflı
COP29 vaxtı rayonlardan Bakıya gələn maşınlara like
  • 01 Noy 18:22  
Digərləri COP29 vaxtı rayonlardan Bakıya gələn maşınlara

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
"Yalandan 8 noyabrda "Vətən sağ olsun" paylaşırsınız"  VİDEO like
  • 01 Noy 18:14  
Şou-biznes "Yalandan 8 noyabrda "Vətən sağ olsun" paylaşırsınız" VİDEO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Şəhid övladının kiçik

arrow Ətraflı