326 milyon ölkədən
Kriminal 31 Okt 2024 12:34:00 62 0
Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəməsi davam etdirilib.
Bu xəbəri də oxu: Novruz bayramında əmisi arvadını öldürmüşdü
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə Şirinov Elvin Valeh oğlu, Hidayətov Zöhrab Raqub oğlu və Hümbətov Qaçqın Şura oğlu mühakimə olunur.
Onların cinayət əməlləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa edilib.
Bundan əvvəlki iclas təqsirləndirilən şəxslərin iş materialları ilə tanış olmamaları səbəbindən yarımçıq qalmışdı. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasının davamında işin məhkəmə baxışına verilməsi və qətimkan tədbirlərinin dəyişdirilib-dəyişdirilməməsi müzakirə edilib.
Şirinov və Hidayətov sərbəst mühakimə edilmək istəyiblər. Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməyə qoşulan müttəhimlər barələrində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər. Tərəflər başqa heç bir vəsatət qaldırmayıblar.
Hakim qətimkan tədbirlərinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsinə qərar verib.
İlk baxış iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Elvin Şirinov barədə mətbuatda maraqlı detallar yer alır.
Ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər-məsələn 2021-ci ildə ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Görünən odur ki, Elvin Şirinov adı əvvəllər heç yerdə getməyən, birgə ittiham edildiyi dustaq yoldaşı Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.
İş materiallarında bəhs etdiyimiz cinayətlərlə bağlı kifayət qədər faktlar yer alır. Məhkəmənin növbəti baxış iclasında daşların tək-tək yerinə oturacağı görünəcək.
Sevinc və Sevil bacıları bir neçə müğənni haqqda açıqlamalar edib.
COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərə tut
Paytaxtda 8 Noyabr prospektindəki zolaq da daxil olmaqla, 80 km mikromobillik �
Beynəlxalq axtarışa verilmiş daha 5 şəxs ölkəmizə ekstradisiya edilib.
Xəbər verdiyimiz kimi, ötən gün Astarada yük avtomobili tərəfindən vuru
Şirvanda "Dogruxeber.com" saytının baş redaktoru və redaktoru hə
"Oğlum uşaq vaxtı 3 yaşına kimi görüb. Həkimlərin məsuliyyətsizl
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Türkiyənin Batman bölgəsində dəhşətli qətl olayı baş verib.
Əməkdar artist Coşqun Rəhimov "Qapqara" verilişində açıqlamas�
Cənubi Koreya hesab edir ki, Şimali Koreya tərəfindən buraxılan qitələra
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Xəbər verdiyimiz kimi Bakıda keçiriləcək COP29 tədbiri üçün bir sıra