COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
Digərləri 31 Okt 2024 20:53:00 55 0
"COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik".
Bu xəbəri də oxu: Goranboyda mənzildən ərlə arvadın meyiti tapıldl
Son.az APA-ya istinadən xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumən, dörd mətbəx fəaliyyət göstərir: "Bunların üçü Mavi zonada, bir böyük mətbəx isə Yaşıl Zonada yerləşir. Hazırda olduğumuz mətbəx 3000 kvadrat metrdən böyük ərazini əhatə edir. 1500 kvadratında malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi, qablaşdırılması və konfrans iştirakçılarına çatdırılması üçün nəzərdə tutulub. Qalan ərazidə isə stadion ərazisində fəaliyyət göstərən əməkdaşların qidalanmasını təşkil edirik".
Anar Zeynalov qeyd edib ki, stadionun ərazisində 56 yeni kafe-restoran qurulub: "Onların 30-dan çoxu qida satış nöqtələridir. İki böyük restoranın birində milli mətbəx, digərində isə dünya mətbəxindən təamlar olacaq. Bu qida satış nöqtələri stadion ərazisinin müxtəlif hissələrində yerləşir. Bu qida satış nöqtələrinin 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək. Tədbirin formatı üç qidalanma prosesindən ibarət olacaq. Noyabr ayında keçiriləcək tədbirin sifarişlərini artıq indidən qəbul edirik və hazırlıq prosesi gedir".
O vurğulayıb ki, COP29-la bağlı Bakı Stadionundakı qida satış nöqtələrində çalışan əməkdaşların sayı 1200-dən yuxarıdır və əməkdaşların hamısı tibbi müayinələrdən keçiblər.
"COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar", - A.Zeynalov əlavə edib.
Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyu
Şair və qiraətçi Nazilə Səfərli paylaşımı ilə maraq yaradıb.
"Windows"un yaradıcılarından biri olan Bill Qeytsin keçmiş həyat
Goranboyda iki nəfər dəm qazına zəhərlənib.
Cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların
Gürcülərə görə narahatıq, onlara eynicinsli münasibəti sırıyırlar.
Son.az Day.az-a istinadən Leyla Tarıverdiyevanın yazısını təqdim edir
Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq m
"Bayan bacak" ləqəbi ilə məşhurlaşan 1970-ci illərin modeli, ak
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sanç