Müsəlman ölkələrinin səfirləri ilə AzərbaycanErmənistan normallaşma prosesini müzakirə edildi


Siyasət 22 Okt 2024 20:21:00 141 0

Müsəlman ölkələrinin səfirləri ilə AzərbaycanErmənistan normallaşma prosesini müzakirə edildi

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri ilə görüş keçirib.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkəmizin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.

Nazir Ceyhun Bayramov çıxışında ölkəmizin qardaş müsəlman ölkələri ilə dərin münasibətlərin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi, İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və "iki dövlət" prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.

Ölkəmizin COP29 sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verib.

Qeyd edilən istiqamətlərdə aparılan danışıqlar prosesində əhəmiyyətli irəliləyişin məmnunluq doğurduğu bildirilib. 11-22 noyabr tarixlərində keçiriləcək konfrans zamanı ümumilikdə müxtəlif aidiyyəti mövzular üzrə 60-a yaxın sənədin qəbulunun planlaşdırıldığı qeyd olunub. Görüşdə iştirak edən dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.

Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ikitərəfli sülh danışıqlarının və prosesinin irəlilədilməsi istiqamətində ən çox səy göstərən tərəf olduğunu diqqətə çatdırıb.

Nəticə etibarilə, bugünədək sülh prosesində əhəmiyyətli tərəqqi əldə edildiyi, xüsusilə delimitasiya məsələləri ilə bağlı sərhədin müəyyən bölməsi üzrə razılığın əldə olunduğu və sülh müqaviləsi üzrə bir çox müddəaların razılaşdırıldığı bildirilib. Bununla yanaşı, sazişin yerdə qalan müddəaları üzrə Nyu York və İstanbulda ətraflı müzakirələr aparıldığı diqqətə çatdırılıb.

Bununla belə, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn ərazi iddialarının davam etdirilməsinin dayanıqlı sülh quruculuğu istiqamətində səylərə təhdid olduğunu qeyd edib.

Habelə bölgədə eskalasiyaya səbəb ola biləcək Ermənistanın hərbiləşmə kimi addımlardan çəkinməsinin vacibliyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək, ölkələrimiz arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.

COP29 çərçivəsində ölkəmizin hazırlıq işlərindən danışan Hikmət Hacıyev sədrliyimizin "Qlobal Cənub" və "Qlobal Şimal" ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.

Azərbaycan tərəfindən aparılan genişmiqyaslı işlərin müxtəlif əsassız məsələlərlə hədəf alınmasına cəhd göstərildiyi, qəbuledilməz şəkildə Azərbaycan-Ermənistan normallaşma prosesinin, "Azərbaycanın neft ölkəsi olması" məsələsinin, eləcə də insan hüquqları kimi bəhanələrin COP gündəliyinə daxil edilməsinə çalışıldığı qeyd olunub. Bu yanaşmanın qəbuledilməz olduğu, bu sahələrin ölkəmizin digər platformalarda müzakirəsinə daim hazır olduğu vurğulanıb.

Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğu, bununla yanaşı Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin məqbul olmadığı vurğulanıb. Sülh sazişi üzrə yerdə qalan müddəaların razılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, bölgədə Ermənistanın hərbiləşməsinin təhdid mənbəyi olduğu qeyd edilib.

Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdirilib.

FETÖ təbliğatı aparan 177 sosial media hesabı like
  • 22 Okt 20:16  
Digərləri FETÖ təbliğatı aparan 177 sosial media hesabı

FETÖ lideri Fətullah Gülənin ölümündən sonra sosial mediada FETÖ təbli

arrow Ətraflı
"Yağışa altında konsertinə davam etdi"  VİDEO like
  • 22 Okt 20:02  
Şou-biznes "Yağışa altında konsertinə davam etdi" VİDEO

Türkiyəli məşhur müğənni Zeynep Bastık görüntüsü ilə gündəmə gə

arrow Ətraflı
Nəqliyyat sistemimiz niyə hər yağışda "yolda qalır"? like
  • 22 Okt 19:55  
Digərləri Nəqliyyat sistemimiz niyə hər yağışda "yolda qalır"?

Ötən gecədən etibarən yağan yağış səbəbindən yollarda və nəqliyyat

arrow Ətraflı
XƏBƏRDARLIQ: Qar yağacaq, dolu düşəcək like
  • 22 Okt 19:47  
Digərləri XƏBƏRDARLIQ: Qar yağacaq, dolu düşəcək

Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, ç

arrow Ətraflı
Daşqınlara görə fövqəladə vəziyyət elan edildi like
  • 22 Okt 19:46  
Dünya Daşqınlara görə fövqəladə vəziyyət elan edildi

Nyu-Meksiko ştatının Rosvel şəhərində həftəsonu yağan güclü yağış

arrow Ətraflı
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı"  VİDEO like
  • 22 Okt 19:38  
Şou-biznes "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" VİDEO

Əməkdar artist Aybəniz Haşımova səhhətindən söz açıb.

arrow Ətraflı
Ötən gecə nömrələri itənlərin NƏZƏRİNƏ like
  • 22 Okt 19:30  
Digərləri Ötən gecə nömrələri itənlərin NƏZƏRİNƏ

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sı

arrow Ətraflı
AYNA ilə daşıyıcı şirkət arasında təzad: like
  • 22 Okt 19:24  
Digərləri AYNA ilə daşıyıcı şirkət arasında təzad:

Bakıda 65 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar sərniş

arrow Ətraflı
"Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir" like
  • 22 Okt 19:19  
Digərləri "Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir"

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.

arrow Ətraflı
Sabunçu tunelində boğularaq ölən Köçərinin FOTOları like
  • 22 Okt 19:12  
Digərləri Sabunçu tunelində boğularaq ölən Köçərinin FOTOları

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nətic

arrow Ətraflı
Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: "Neçə ildir o əziyyət çəkir"  VİDEO like
  • 22 Okt 19:11  
Şou-biznes Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: "Neçə ildir o əziyyət çəkir" VİDEO

Tanınmış musiqi prodüseri Anar Mədətov oğlu, məşhur futbolçu Mahir Emr

arrow Ətraflı
İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ? like
  • 22 Okt 19:04  
Digərləri İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır.

arrow Ətraflı
Evinə hücuma görə məsuliyyəti üzərlərinə götürdülər like
  • 22 Okt 18:58  
Dünya Evinə hücuma görə məsuliyyəti üzərlərinə götürdülər

Livanın "Hizbullah" hərəkatı İsrailin Baş naziri Benyamin Netany

arrow Ətraflı
Keçmiş müşavir TUTULDU like
  • 22 Okt 18:50  
Kriminal Keçmiş müşavir TUTULDU

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə bö

arrow Ətraflı
Şəbnəm Tovuzlunun İstanbuldakı görüntüsü TƏƏCCÜBLƏNDİRDİ like
  • 22 Okt 18:42  
Şou-biznes Şəbnəm Tovuzlunun İstanbuldakı görüntüsü TƏƏCCÜBLƏNDİRDİ

Müğənni Şəbnəm Tovuzlu qardaş ölkə Türkiyədə konsert verib.

arrow Ətraflı