AYNA ilə daşıyıcı şirkət arasında təzad:
Digərləri 22 Okt 2024 19:24:00 133 0
Bakıda 65 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar sərnişin dayanacağında saxlamayıblar.
Bu xəbəri də oxu: Xarakterimizin uzunömürlülüyə
Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Sərnişin qeyd edir ki, bu gün səhər saatlarında 65 saylı marşrut xəttinin sürücüləri Şəmsi Bədəlbəyli və Füzuli küçəsindəki dayanacağa girmədən hərəkətlərini davam etdiriblər.
Sərnişinlərin iradlarına isə sürücülərdən cavab gəlməyib və bununla bağlı heç bir səbəb göstərə bilməyiblər.
Məsələ ilə bağlı daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu" şirkətinə sorğu ünvanladıq.
Şirkətin mətbuat katibi Nizam Rzayev Oxu.Az-a açıqlamasında bildirdi ki, 65 nömrəli xətt avtobusları sözügedən dayanacaqlarda saxlamalı deyillər.
"Görüntüdəki dayanacaq 65 saylı müntəzəm marşrut xəttinin dayanacağı deyil. Belə ki, 65 saylı xətt üzrə avtobuslar Azərbaycan prospekti ilə hərəkət edərək Füzuli küçəsindən sola dönməklə metronun "Nizami" stansiyası istiqamətinə hərəkət edirlər. Çünki dayanacağa daxil olsalar onların sola dönməsi çətinləşəcək və hərəkət iştirakçıları üçün təhlükə yaranacaq. Orada bir neçə metr arxada şahmat məktəbinin qarşısında 65 və 33 saylı müntəzəm xətt avtobuslarının öz dayanacağı var", - deyə N. Rzayev vurğulayıb.
"65 nömrəli müntəzəm avtobus marşrutunun dayanacaqlarından biri Şəmsi Bədəlbəyli küçəsində yerləşir".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.
"65 nömrəli marşrutun daşıyıcısına sərnişindaşıma qaydalarına riayət edərək səlahiyyətində olan avtobusların qeyd edilən dayanacaqda saxlamaları ilə bağlı xəbərdarlıq edilib. Hansı dayanacaqda avtobusun nömrəsi göstərilibsə, həmin dayanacaqların hamısında avtobuslar dayanmalıdır", - deyə məlumatda vurğulanır.
Son.az
Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.
Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nətic
Tanınmış musiqi prodüseri Anar Mədətov oğlu, məşhur futbolçu Mahir Emr
Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır.
Livanın "Hizbullah" hərəkatı İsrailin Baş naziri Benyamin Netany
SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə bö
Müğənni Şəbnəm Tovuzlu qardaş ölkə Türkiyədə konsert verib.
Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorff Rusiya Xarici İşlər Naz
Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılma
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsəno
Rəqqasə Rəna Ağamuradova (Renka) yağışlı havada avtomobil idarə edərk