Gec yatanlara pis xəbər: Ölümcül xəstəliyə tutula bilərsiniz...


Digərləri 18 Okt 2024 18:20:00 80 0

Gec yatanlara pis xəbər: Ölümcül xəstəliyə tutula bilərsiniz...

"Bugün dünyada, eləcə də Azərbaycanda xərçəng xəstəliyinin günü-gündən artması və azyaşlılarda bu xəstəliyə rast gəlinməsi, ölkəmizdə də bu kimi halların daha sürətlə çoxalması təhlükəli faktorların olduğunu göstərir. Ancaq xərçəng xəstəliyinə səbəb olan amillər sadəcə qidalarda deyil. Bundan başqa bir neçə nüans da göstərmək mümkündür".   Son.az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Yeni Sabah"a açıqlamasında bildirib. Yuxusuzluqla bağlı danışan ekspert fikirlərinə belə davam edib:   "Birinci növbədə burada genetik faktorlar əhəmiyyət daşıyır. Əgər ailə fərdlərindən hər hansındasa xərçəng varsa, xüsusilə, valideynlərdə, onların övladlarında da bu xəstəliyin riski daha çox artır. Eləcə də bu gün ekologiyamızın, ətraf mühitin toksik, kimyəvi maddələrlə çirklənməsi, radiasiya burada önəmli rol oynayır. Bütün bunlar xərçəng riskini artıran amillər arasındadır. Eyni zamanda, bir çox xəstəliklər var ki, bunlar infeksiya şəklində olanlardır. Həmin xəstəliklər immun sisteminin aşağı düşməsinə səbəb olur, nəticədə xərçəng riski artır. Əvvəllər yaş faktoru önəmli olsa da, bu gün azyaşlılarda da bu risk var".   Ekspert qeyd edib ki, hormonal balansın pozulması da sözügedən xəstəliyə tutulma ehtimalını çoxaldır:   "Xüsusilə, estrogen hormonu var ki, bu da bir çox xərçəng növlərinə gətirib çıxara bilir. Bundan əlavə olaraq, yaşam tərzi çox önəmlidir. Əgər bir insan siqaret çəkirsə, həddən artıq alkoqoldan istifadə edirsə, yaxud istifadə etmirsə belə, passiv tütün çəkməyə məruz qalırsa risk çoxalır. Fiziki aktivliyin az olması, yuxu rejiminin pozulması, gec saatlara qədər oyaq qalmaq da xərçəng riskini artırır. Gecə oyaq qaldıqda həm hormonal balans pozulur, həm də xərçəng yaradan hüceyrələr bu saatlarda daha aktivləşir. Bu müddətdə mütləq şəkildə yuxuda olmaq lazımdır. Əksinə olduqda, orqanizmə əlavə yük düşür, funksiyalar pozulur. Bütün bu amillər xərçəngin yaranmasına səbəb olur".   M.Hüseynova vurğulayıb ki, sadalananlarla yanaşı, qida amili də mühüm sayılır: "Qeyri-sağlam, paketlənmiş, rəf ömrü uzun olan qidaların tərkibinə xarab olmaması, uzun müddət qala bilməsi üçün, həmçinin, dadlandırmaq üçün aromatizator, stabilizator olaraq kimyəvi qatqı maddələri qatılır. Həmin maddələr zamanla xərçəngə gətirib çıxarır. Bununla yanaşı, atışdırmalıq qidalar var ki, onların tərkibindəki həddən artıq doymuş yağlar, çox qızardılan, texniki emaldan keçən qida məhsulları var ki, bunlar da xərçəng yaratma riski daşıyır. Bütün bunlara diqqət etmək lazımdır.   Qorunmaq üçün aktiv həyat tərzi keçirmək, mütəmadi idmanla məşğul olmaq, yuxu rejiminə diqqət etməklə yanaşı, təbii, keyfiyyətli, sağlam, mənşəyi bəlli olan qidalardan istifadə etmək lazımdır. İnsan orqanizmi öz fuksiyasını yerinə yetirməsi üçün gün ərzində 70-ə qədər makro və mikro elementlərə ehtiyac duyur. Bu elementləri isə yalnız təmiz və sağlam qidadan əldə etmək mümkündür. Bunlar heyvan mənşəli qidalar, ət və süd məhsullarıdır".

Xalq artisti Hindistanda: həm konsert verəcək, həm də... like
  • 18 Okt 18:06  
Şou-biznes Xalq artisti Hindistanda: həm konsert verəcək, həm də...

Xalq artisti Natiq Şirinov Hindistana gedib. O, səfərə oğlu Ümid və qız�

arrow Ətraflı
Ceyhun Bayramov və Fidan AzərbaycanErmənistan normallaşma prosesini müzakirə etdi like
  • 18 Okt 17:59  
Siyasət Ceyhun Bayramov və Fidan AzərbaycanErmənistan normallaşma prosesini müzakirə etdi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Reapublikasının xarici işlər n

arrow Ətraflı
Bəy toydan iki gün sonra like
  • 18 Okt 17:50  
Digərləri Bəy toydan iki gün sonra

İngiltərədə ölümcül xəstəliyə düçar olan kişi xəstəxana otağınd

arrow Ətraflı
COP29a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunda mediatur təşkil olunub like
  • 18 Okt 17:41  
Digərləri COP29a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunda mediatur təşkil olunub

COP29-a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunda media-tur təşk

arrow Ətraflı
Acunun keçmiş arvadından yeni sevgilisi ilə səmimi pozalar  FOTO like
  • 18 Okt 17:29  
Şou-biznes Acunun keçmiş arvadından yeni sevgilisi ilə səmimi pozalar FOTO

Türkiyəli tanınmış aparıcı Acun Ilıcalının keçmiş arvadı Şeyma Sub

arrow Ətraflı
COP29 zolaqlarının taleyi necə olacaq? like
  • 18 Okt 16:27  
Digərləri COP29 zolaqlarının taleyi necə olacaq?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Ko

arrow Ətraflı
Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir like
  • 18 Okt 16:25  
Şou-biznes Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir

Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib.

arrow Ətraflı
"Kurtlar Vadisi" ilə bağlı illər sonra etiraf like
  • 18 Okt 15:52  
Şou-biznes "Kurtlar Vadisi" ilə bağlı illər sonra etiraf

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Süleyman Çakır

arrow Ətraflı
MUMda satıcı qız 103 min manatlıq qızılları ələ keçirdi: Həbs edilmədi like
  • 18 Okt 15:22  
Digərləri MUMda satıcı qız 103 min manatlıq qızılları ələ keçirdi: Həbs edilmədi

Mərkəzi Univermaqda satıcı qadın müştərilərin qızıllarını ələ ke�

arrow Ətraflı
Elnurla bağlı like
  • 18 Okt 14:56  
Kriminal Elnurla bağlı

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Eln

arrow Ətraflı
Bayrağın belə asılmasını QINADI  FOTO like
  • 18 Okt 14:50  
Şou-biznes Bayrağın belə asılmasını QINADI FOTO

Aparıcı Leyla Quliyeva Bakıda lentə aldığı görüntünü paylaşaraq bayr

arrow Ətraflı
Bunu etsəniz, 800 manatadək like
  • 18 Okt 14:24  
Digərləri Bunu etsəniz, 800 manatadək

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.

arrow Ətraflı
Daha bir küçədə yeni velosiped zolağı salınacaq like
  • 18 Okt 14:20  
Digərləri Daha bir küçədə yeni velosiped zolağı salınacaq

Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layi

arrow Ətraflı
Hiperaktiv uşaqların davranışı belə olur like
  • 18 Okt 14:18  
Digərləri Hiperaktiv uşaqların davranışı belə olur

Son.az Ailem.az-a istinadən "Narınc" Uşaq Psixologiya Mərkəzinin

arrow Ətraflı