Azərbaycanda ŞOK STATİSTİKA Məzunların cəmi


Digərləri 14 Okt 2024 17:48:00 86 0

Azərbaycanda ŞOK STATİSTİKA  Məzunların cəmi

"Azərbaycanda 20-34 yaş aralığında olan universitet məzunlarının yalnız 42 faizi işlə təmin oluna bilir".

Son.az musavat.com-a istinadən bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, bu vəziyyət Azərbaycanda ali təhsil sisteminin iş bazarına uyğunluq məsələlərində ciddi problemlərin olduğunu göstərir:

"İş bazarı ilə təhsil sistemi arasında əlaqənin zəif olması, məzunların təcrübəsizlikləri və ixtisaslar üzrə uyğun iş tapma çətinlikləri Azərbaycanda məzunların işlə təmin olunma səviyyəsini aşağı salır. İşsizlik və məzunlar arasında işsiz qalma problemi burada daha qabarıqdır və bu, həm iqtisadi, həm də təhsil sahəsində struktur problemlərə işarə edir".

Kamran Əsədov bildirib ki, 20-34 yaş aralığında olan və son üç il ərzində hər hansı ali təhsil müəssisəsindən məzun olanların işlə təmin edilmə faizi müxtəlif ölkələrdə ciddi fərqlənir:

"Ən yüksək göstəricilər Avropa ölkələri arasında diqqət çəkir, lakin bu göstəricilər fərqli səbəblərlə əlaqədar olaraq dəyişir.

Məsələn, Maltada məzunların 96.7%-i üç il ərzində iş tapır ki, bu, Avropada ən yüksək göstəricidir. Bu yüksək göstərici Malta kimi kiçik ölkələrin iqtisadiyyatının tez uyğunlaşa bilən və yerli təhsil sisteminin iş bazarının tələblərinə yönümlü olması ilə izah edilə bilər. İslandiya və Niderland müvafiq olaraq 95.8% və 94.8% göstəricilərlə ikinci və üçüncü yerləri tutur. Skandinaviya və Benilüks ölkələrində güclü iqtisadi siyasət və sosial dəstək sistemləri məzunların tez iş tapmasına şərait yaradır.

Almaniya da 94.3%-lik göstərici ilə yüksək mövqedədir. Burada dual təhsil sistemi - tələbələrin universitet təhsili ilə yanaşı, iş təcrübəsi qazanması onların məzun olduqdan dərhal sonra iş bazarına inteqrasiya olunmasına imkan verir. Güclü sənaye sektoru və peşə hazırlığı proqramları da Almaniyada məzunların işlə təmin olunmasında əsas rol oynayır.

Avropanın digər ölkələrində də göstəricilər yüksək olsa da, fərqlər mövcuddur. Məsələn, Birləşmiş Krallıqda bu rəqəm 88.4%, Finlandiyada isə 88.3%-dir. Bu ölkələrdə təhsil sistemləri güclü olsa da, bəzi iqtisadi və siyasi səbəblər (məsələn, Böyük Britaniyada "Brexit"in təsiri) bu rəqəmlərin tamamilə yüksək olmasına mane olur. Fransa isə 84.4%-lik göstərici ilə nisbətən aşağı mövqedədir ki, bu da gənclərin işsizlik probleminə və ölkənin iqtisadiyyatındakı çətinliklərə işarə edir.

Cənubi Avropa ölkələrində göstəricilər daha aşağıdır. İspaniyada bu rəqəm 77.9%, İtaliyada 62.8%, Yunanıstanda isə 59%-dir. Bu ölkələrdə iqtisadi böhranlar xüsusən də 2008-ci ildən sonra gənclərin işlə təmin edilməsində ciddi problemlərə səbəb olub. Ali təhsil müəssisəsindən məzun olanlar uzun müddət iş axtarırlar və çox vaxt müvəqqəti işlərdə çalışmalı olurlar. Məzunların peşəkar təcrübə və bacarıqlarının iş bazarına uyğun olmaması da bu göstəricilərin aşağı olmasına təsir edir.

Türkiyədə məzunların işlə təmin olunma faizi 64.2%-dir, bu da ölkənin geniş əhalisi və işsizlik səviyyəsi ilə əlaqədar ola bilər. Türkiyədə iş bazarı son illərdə çox dəyişkən olub, iqtisadi dalğalanmalar işsizliyi artırıb və məzunların iş tapma ehtimallarını azaldıb".

Ekspert hesab edir ki, aşağı göstəricilər əsasən iqtisadi problemlərlə əlaqədardır:

"Cənubi Avropa və Azərbaycan kimi ölkələrdə iş bazarının məzunlar üçün əlverişli olmaması və iqtisadi böhranlar bu sahədə ciddi problemlərə yol açır.

Azərbaycanda vəziyyət olduqca narahatedicidir. 42%-lik işlə təmin olunma göstəricisi ölkənin iqtisadi və təhsil sektorunda ciddi islahatlara ehtiyac olduğunu göstərir. Təhsil sisteminin iş bazarına uyğunlaşdırılması, məzunların peşəkar bacarıqlarının artırılması və iş yerlərinin yaradılması bu problemin həllinə kömək edə bilər".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azərbaycanda müəllim vəfat etdi  FOTO like
  • 14 Okt 17:47  
Digərləri Azərbaycanda müəllim vəfat etdi FOTO

Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova d

arrow Ətraflı
Dünya xəritəsi dəyişəcək: like
  • 13 Okt 23:50  
Dünya Dünya xəritəsi dəyişəcək:

Britaniya Çaqos adalarını Mavrikiyaya təhvil verməyə razılaşıb. Bununla

arrow Ətraflı
Hizbullah zərbəsi: Belə hücum görünməyib like
  • 13 Okt 23:39  
Dünya Hizbullah zərbəsi: Belə hücum görünməyib

Ordunun şəxsi heyəti yeməkxanada olan zaman dron zərbəsi endirilib.

arrow Ətraflı
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? like
  • 13 Okt 23:30  
Digərləri Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir?

Azərbaycanda əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi a

arrow Ətraflı
Taleh yeni filmindən kadrlar paylaşdı like
  • 13 Okt 23:20  
Şou-biznes Taleh yeni filmindən kadrlar paylaşdı

Aktyor Taleh Yüzbəyov yeni filminin anonsunu verib.

arrow Ətraflı
Kursk üzərində Ukrayna raketi məhv edildi like
  • 13 Okt 21:25  
Dünya Kursk üzərində Ukrayna raketi məhv edildi

Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində Uk

arrow Ətraflı
ABŞ İsrailə HHM sistemləri göndərir: like
  • 13 Okt 21:08  
Dünya ABŞ İsrailə HHM sistemləri göndərir:

ABŞ İranın mümkün hücumundan qorunmaq və təhlükəsizliyi gücləndirmə

arrow Ətraflı
Ən yaxşı “iPhone” modelləri açıqlandı like
  • 13 Okt 20:55  
Digərləri Ən yaxşı “iPhone” modelləri açıqlandı

"iPhones.ru" saytı 2024-cü ilin payızında satın almağa dəyər o

arrow Ətraflı
Hizbullaha bu əraziyə qayıtmağa icazə verməyəcəyik like
  • 13 Okt 20:48  
Dünya Hizbullaha bu əraziyə qayıtmağa icazə verməyəcəyik

İsrail ordusu bölgədəki əməliyyatlar başa çatdıqdan sonra belə, Hizbul

arrow Ətraflı
Hacıqabulda 500dən çox ev su altında qaldı like
  • 13 Okt 20:39  
Digərləri Hacıqabulda 500dən çox ev su altında qaldı

Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su

arrow Ətraflı
Bunu müharibə elanı kimi qiymətləndirəcəyik like
  • 13 Okt 20:30  
Dünya Bunu müharibə elanı kimi qiymətləndirəcəyik

KXDR Cənubi Koreyaya məxsus pilotsuz təyyarənin öz hava məkanında yenidə

arrow Ətraflı
“JUSDA Europe” Azərbaycandan daşımalar üçün tərəfdaş tapmaq niyyətindədir like
  • 13 Okt 20:12  
Digərləri “JUSDA Europe” Azərbaycandan daşımalar üçün tərəfdaş tapmaq niyyətindədir

Böyük logistika şirkəti "JUSDA Europe" Azərbaycandan daşımalar

arrow Ətraflı
Təslim olan 9 ukraynalı əsgər güllələnib? like
  • 13 Okt 19:55  
Dünya Təslim olan 9 ukraynalı əsgər güllələnib?

"Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilay

arrow Ətraflı
Sevgidə şans həmişə onların tərəfindədir: like
  • 13 Okt 19:45  
Digərləri Sevgidə şans həmişə onların tərəfindədir:

Astrologiyada bəzi bürclər xüsusilə sevgi və münasibətlərdə çox şans

arrow Ətraflı
Əgər Türkiyə BRİKSə qoşulmaq istəyirsə... like
  • 13 Okt 19:38  
Dünya Əgər Türkiyə BRİKSə qoşulmaq istəyirsə...

Serbiya BRİKS-ə qoşulmağı Avropa Birliyini (AB) üzvlüyünə alternativ he

arrow Ətraflı