Bakıda taksilərlə bağlı bu problem həll olunur:


Digərləri 12 Okt 2024 13:32:00 98 0

Bakıda taksilərlə bağlı bu problem həll olunur:

Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.

Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb. Bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir.

Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi altı məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.

"Digər maşınların dayanmasına icazə yoxdur"

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, yaradılan dayanacaqlar və minib-düşmə məntəqələri yalnız taksilər üçün nəzərdə tutulub: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib. Sentyabrın 30-dan etibarən burada beş duracaq və bir minib-düşmə yeri fəaliyyət göstərir. Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək. Qeyd edək ki, minib-düşmə yerində də yalnız taksilər üçün icazə var, digər maşınların orada dayanmasına icazə yoxdur".

"Sərnişini düşürmək üçün yer tapa bilmirdilər"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, taksi dayanacaqlarının yaradılması həm sürücülər, həm də sərnişinlər üçün olduqca əlverişlidir: "Avtobus dayanacağı olduğu kimi, taksilərin də müştəri götürməsi üçün dayanacaqları olmalıdır. Həmçinin müştəri olmadıqda orada dayansalar, insanlar da taksiləri daha rahat şəkildə taparlar. Əvvəllər Bakıda taksi dayanacaqları olub. İndi də var, amma sayları çox azdır. Taksi dayanacaqlarının insanların çox olduğu ərazilərdə, ali məktəblərin, alış-veriş mərkəzlərinin, həmçinin nəqliyyatın kəsişməsi adlandırdığımız yerlərdə olması vacibdir".

Y.Mustafayevin fikrincə, taksilərin bu sahədə yaşadığı problemlər az da olsa həllini tapacaq: "Çünki avtobus zolaqlarının çəkilməsi ilə taksi sürücülərinin işi bir az da çətinləşmişdi. Sərnişini düşürmək və mindirmək üçün yer tapa bilmirdilər. O baxımdan bu, təqdirəlayiq addımdır. Ola bilər ki, bəzi yerlərdə bu dayanacaqlar kiçik olacaq, ehtiyacı ödəməyəcək. Çünki Bakıda küçələr və prospektlər əvvəlcədən müəyyən olunub. Onları dəyişmək və ya düzəltmək mümkün deyil".

"Qanunvericilikdə bu tələb mövcuddur"

Nəqliyyat eksperti Eldəniz Cəfərov da dayanacaqlardan əlavə, minib-düşmə yerlərinin də səmərəli olacağını düşünür: "Taksi dayanacaqlarının yenidən qurulması və yenilərinin yaradılmasında əsas məqsəd həm taksi sürücülərinin, həm də sərnişinlərin işini asanlaşdırmaqdır. Burada daimi taksi dayanacaqları ilə yanaşı "drop off" da yaradılır. Dayanmaq üçün imkan olmayan yerlərdə avtomobili ani saxlayıb sərnişin endirmək və mindirmək mümkündür. Bu, bir çox Avropa ölkələrində də mövcuddur".

E.Cəfərovun sözlərinə görə, dayanacaqların yaradılması təqdirəlayiq olsa da, əsas məsələ orada dayanacaq taksilərin müəyyən edilməsidir: "Taksidə istifadə olunan maşınların üzərinə sarı taksi fənərləri qoyulmur. Bu isə taksi sürücülərinin müəyyənləşdırılməsində çətinlik yaradır. Taksi sürücüləri özləri səhlənkarlıq edirlər. Halbuki qanunvericilikdə bu tələb mövcuddur. Əgər taksi sürücüləri maşınlarının damına taksi fənərini yerləşdirməsə, Dövlət Yol Polisi onları müəyyən edə bilməyəcək. Dayanacaqlarda saxlamaq üçün bu məsələyə ciddi yanaşmalıdırlar. Düzdür, artıq rəsmi qeydiyyatdan keçmiş taksi avtomobillərinin nömrələri Dövlət Yol Polisinin bazasına ötürülür. Polis əməkdaşları portala yazaraq görə biləcəklər ki, həmin sürücü taksi sahibidir, yoxsa, adi sürücü. Həmçinin, sürücünün taksi fəaliyyəti ilə məşğul olmağa icazəsi varmı? Amma yenə də yaxşı olar ki, sarı taksi fənərləri maşınların üzərinə qoyulsun". 

"Kaspi" qəzeti

Zəngəzur dəhlizinə nəzarət Rusiya FTXyə veriləcək?  Paşinyan like
  • 12 Okt 13:30  
Digərləri Zəngəzur dəhlizinə nəzarət Rusiya FTXyə veriləcək? Paşinyan

Ermənistanın Sünik vilayətindən keçən yola (Zəngəzur dəhlizi-red.) nə

arrow Ətraflı
“Sevərək ailə qurduq, amma 1 il ərzində…”  FOTOlar like
  • 12 Okt 13:23  
Şou-biznes “Sevərək ailə qurduq, amma 1 il ərzində…” FOTOlar

Müğənni Sevinc Musayeva həyat yoldaşı fotolarını paylaşıb. 

arrow Ətraflı
Azərbaycanda benzin like
  • 12 Okt 10:28  
Digərləri Azərbaycanda benzin

"Milli Məclisin son plenar iclasında elektrik mühərriki ilə işləyən

arrow Ətraflı
Zümrüd ATVdə bu verlişi aparacaq like
  • 12 Okt 10:23  
Şou-biznes Zümrüd ATVdə bu verlişi aparacaq

"Azad Azərbaycan" telekanalında efirə çıxmağa hazırlaşan apar�

arrow Ətraflı
Videosu yayılandan sonra bir gündə 40 min nəfər like
  • 12 Okt 10:16  
Digərləri Videosu yayılandan sonra bir gündə 40 min nəfər

Əxlaqsız görüntüləri yayılan qadın hakimin klubdan qovulması barədə m

arrow Ətraflı
"Ölürdüm, həyatım boyu ona borcluyam" like
  • 12 Okt 08:51  
Şou-biznes "Ölürdüm, həyatım boyu ona borcluyam"

Aparıcı Zaur Kamal panik atakdan əziyyət çəkir. 

arrow Ətraflı
Aygün Kazımovadan fərqli görünüşdə like
  • 12 Okt 08:40  
Şou-biznes Aygün Kazımovadan fərqli görünüşdə

Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə diqqət çəkib.

arrow Ətraflı
“İnci Taneleri”nin aktyoru onun like
  • 12 Okt 05:05  
Şou-biznes “İnci Taneleri”nin aktyoru onun

Yılmaz Erdoğanın ssenari müəllifi və baş rolunda yer aldığı "İnc

arrow Ətraflı
55 yaşlı Lopez jurnal üçün elə pozalar verib ki... like
  • 12 Okt 03:03  
Şou-biznes 55 yaşlı Lopez jurnal üçün elə pozalar verib ki...

Amerikalı aktrisa və müğənni Cennifer Lopez "Interview" jurnalın

arrow Ətraflı
“Youtube” təkcə reklamlardan ildə 80 milyard dollar qazanır” like
  • 11 Okt 21:53  
Digərləri “Youtube” təkcə reklamlardan ildə 80 milyard dollar qazanır”

"Biz "Youtube"u yaradanda pul qazanmaq barədə danışmamışdı

arrow Ətraflı
Daha bir hərbi komissar həbs edildi like
  • 11 Okt 21:47  
Digərləri Daha bir hərbi komissar həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xoc

arrow Ətraflı
İlkin onu tənqid edən şəxsi belə İFŞA ETDİ  FOTO like
  • 11 Okt 18:25  
Şou-biznes İlkin onu tənqid edən şəxsi belə İFŞA ETDİ FOTO

Aparıcı İlkin Həsəni paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
İntensiv yağış yağacaq, çaylardan like
  • 11 Okt 16:27  
Digərləri İntensiv yağış yağacaq, çaylardan

Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də bəzi yerlərdə arabir y

arrow Ətraflı
Roma Papası Zelenskini qəbul etdi  FOTO like
  • 11 Okt 16:26  
Dünya Roma Papası Zelenskini qəbul etdi FOTO

Roma Papası Fransisk Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

arrow Ətraflı