Azərbaycanda bu kanallarının yayımı 3 saatlıq dayandırılacaq
Digərləri 05 Fev 2025 17:54:00 66 0
5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilib.
Bu barədə Son.az-a Audiovizual Şuradan məlumat verilib.
03 fevral 2025-ci il tarixində, saat 21.28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunmuş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.
Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19.40-da "Dünya TV" kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulub.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08.00-11.00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edilib.
Evimizi ən təhlükəsiz yer hesab edirik, lakin gündəlik istifadə etdiyimiz
Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cə
Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da &
6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən və "əsrin fəlakəti
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çər
Sevgililər Günündə Türkiyənin məşhur müğənnisi Ebru Gündeş möhtə�
Bakı metrosunda qatarlardan birinin kamerasında su sızması baş verib.
Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan
Fevral ayı hər zaman bürclərlə bağlı maraqlı məlumatlar gətirir. Bu ay
Türkiyəli məşhur aktyorlar Belçim Bilgin və Mehmet Günsür uzun fasilən
Xarici kiber müdaxilələrlə 2024-cü ildə 16 804 fakt üzrə vətəndaşlar
Bəzi kolbasalarda ət əvəzinə toyuq başına rast gəlinib.
Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.
Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manat oğurlanı