“Youtube” təkcə reklamlardan ildə 80 milyard dollar qazanır”
Digərləri 11 Okt 2024 21:53:00 147 0
"Biz "Youtube"u yaradanda pul qazanmaq barədə danışmamışdıq. Düşünürdük ki, sadəcə populyar məhsul olsun, internetdən istifadə edərək videoları yükləyə biləsən. Yəni, insanların videoya baxması tərəfinə foksulanmışdıq. Bu gün də "Youtube"dan videonu pulsuz yükləmək imkanı var".
Bu xəbəri də oxu: Kommunal ödəyənlərin DİQQƏTİNƏ: Bu, yanlışdır
Son.az valyuta.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən dördüncü "INMerge" Innovasiya Sammitində çıxışı zamanı "YouTube"un həmtəsisçisi Stiv Chen deyib.
S.Chen bildirdi ki, "Youtube" texnoloji uğur olsa da, onu internetin çox geniş olmayan dövründə ərsəyə gətirdikləri üçün narahat idilər: "O dövrlər idi ki, videolara necə baxa bilərdin? Rəqəmsal kameralarla çəkilirdi, sonra kompüterə yükləyib orda baxmaq olardı. Telefonla çəkmək olmurdu. Kamera ilə çəkdiyin videonu kompüterə, sonra serverə yükləyirdin, gözləyirdin, sonra paylaşa bilərdin. "Youtube" bunu asanlaşdırsa da, yenə də video yaratmaq üçün qurğular indiki qədər yox idi. Bizim üçün çətin olan o idi ki, "Youtube" iqtisadi cəhətdən özünü internetdə doğruldacaqmı? Çünki onun xərci var idi".
Həmtəsisçi bildirdi ki, "Youtube" doğrudan da çox böyük işlər gördü: "Bizim platformada 3 tərəf var. Kontent yaradanlar, izləyicilər və reklamçılar. Reklamçılar da təbii ki pul ödəməyə başladılar, reklamlar getməyə başladı. "Youtube" və "Google" yaxşı işlədi və reklamdan yaxşı gəlir əldə olundu. Artıq yaradıcılar öz kontentlərindən pul qazana bilirlər. Bütün reklamdan gələn vəsaitlərin müəyyən hissəsi kontenti yaradanlara gedir. Bu da çox şeyi dəyişdi. Bu gün "Youtube"un 2,5 milyard istifadəçisi var, qlobal istifadəçilərin 47 faizi "Youtube" hər gün hər ay baxırlar. "Youtube" təkcə reklamlardan ildə 80 milyard dollar qazanır".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xoc
Aparıcı İlkin Həsəni paylaşımı ilə diqqət çəkib.
Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də bəzi yerlərdə arabir y
Roma Papası Fransisk Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.
Türkiyədə daha bir avtobus qəzası baş verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin
19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələ
Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türkmən şairin medalın�
İrəvanın NATO sisteminə qoşulmaq perspektivi və zəmanəti olmadığı hal
Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə
Keçmiş "Dəyirman" qrupunun üzvlərindən olan müğənni Elmir Tey