Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub SİYAHI
Digərləri 03 Fev 2024 16:00:00 428 0
Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.
Bu xəbəri də oxu: 10 manat idi, 18ə qalxdı Bu məhsul bahalaşdı
Son.az xəbər verir ki, Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.
Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.
Qeyd edilən dövrdə oğlanlardan 7156 uşağa isə Əli adı verilib.
Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında dünyaya gələn 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.
Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşdürüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə isə Hüseyn adı verilib.
Uşaqlara verilən adlar siyahısında son 5-liyi isə qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-nə Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adı qoyulub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı sərhəddə
Dünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hə
"Həyat yoldaşım çox rahat insandır. Bəlkə də mənim bu günə kimi
ADNSU-nun I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib.
"Azərbaycanda bu il fevralın 7-nə təyin olunmuş prezident seçkilərin
Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına
İnternetdə qeyri-sağlam qidaların şəkillərinə baxmaq iştahanı artıra
Bakıda kvadratı 17 və 20 min manata mənzillər satılır.
Olimpiya şüarı olan "daha tez, daha yüksək və daha güclü" ümu
2024-cü ildə hər kəs üçün uğurlu olacaq tarixlər açıqlanıb.
Audiovizual Şuranın yerüstü, peyk və platforma yayımçısı lisenziyası v
Azərlotereya ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub.