Rəşid Mahmudov zəmanət verir: "Bunu edin, xərçəng olmayacaqsınız"
Digərləri 03 Fev 2024 15:53:00 353 0
Dünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.
Bu xəbəri də oxu: Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir?
Xatırladaq ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub.
Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir.
Son.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov xərçəng xəstəliyinin meydana gəlməsinin başlıca səbəbini yod çatışmazlığında görür:
"Bizim vaxtımızda 45-50 yaşından aşağı adamlarda xərçəng xəstəliyinə demək olar ki, rast gəlinmirdi. İndi isə uşaqlarda belə xərçəng xəstəliyinə təsadüf olunur.
2013-cü ildən 2021-ci ilə qədər ABŞ alimlərinin apardıqları təcrübəyə görə yod çatışmazlığı ucbatından meydana gələn xəstəliklər arasında göz xəstəlikləri, autizm və süd vəzi xərçəngi yüksək pillədə durur. Xərçəngin süd vəzi, prostat, dəri və mədədə yaranan növləri birbaşa yod çatışmazlığı ilə bağlıdır. Dünya əhalisinin üçdə birində yod çatışmır. Yəni 2 milyarddan çox insanda yod əskikliyi özünü göstərir.
2000-ci ildə İsveçrə alimləri yodu ionlaşdırmış şəkildə əldə edə bildilər. Sonralar bütün dünyada bundan istifadə olundu. Xarici ölkələrdə suya yod qatılır".
Rəşad Mahmudov insanlara yodlu qidalardan istifadə etməyi tövsiyə edib.
"Məsələn, Yaponiyada xərçəngə yoluxan adam çox azdır. Çünki onların qidası yodludur. Yod əsas olaraq suda və dəniz məhsullarında olur. Xərçəngin qarşısını almaq üçün yod qəbul etmək şərtdir. Bu xəstəliyin əmələ gəlməsi ilə bağlı 400 nəzəriyyə var. Bütün nəzəriyyələrdə yodun xərçəng üzərindəki təsirləri öz əksini tapır. İnsanların qanında yodun miqdarı normal dərəcədə olarsa, xərçəngə yoluxma olmaz. Vətəndaşlara mütləq şəkildə yodlu qidalardan istifadə etməyi tövsiyə edirəm". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Həyat yoldaşım çox rahat insandır. Bəlkə də mənim bu günə kimi
ADNSU-nun I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib.
"Azərbaycanda bu il fevralın 7-nə təyin olunmuş prezident seçkilərin
Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına
İnternetdə qeyri-sağlam qidaların şəkillərinə baxmaq iştahanı artıra
Bakıda kvadratı 17 və 20 min manata mənzillər satılır.
Olimpiya şüarı olan "daha tez, daha yüksək və daha güclü" ümu
2024-cü ildə hər kəs üçün uğurlu olacaq tarixlər açıqlanıb.
Audiovizual Şuranın yerüstü, peyk və platforma yayımçısı lisenziyası v
Azərlotereya ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub.
Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda k
Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim keçidi üzrə