Alimlər D vitamini çatışmazlığının demensiya riskini artıra biləcəyini müəyyən ediblər
Digərləri 01 Fev 2024 08:45:00 314 0
D vitamini çatışmazlığı açıq dərili insanlarda demensiya riskini 25% artıra bilər.
Bu xəbəri də oxu: Bu qatarların sürət həddi endirildi
Son.az report.az-a istinadən xəbər verir ki, bunu "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər 55-69 yaş arası 270 min insanın 12-17 il ərzində toplanmış tibbi məlumatlarını təhlil ediblər. Onların 20%-ə qədəri müntəzəm olaraq D vitamini əlavələri qəbul etdiyini bildirib.
Əlavə təhlillər göstərib ki, D vitamini çatışmazlığı olan 19-25% insanda ümumi demensiya riski (Altsheymer xəstəliyi və ya damar demensiyası daxil olmaqla) daha yüksəkdir.
Demensiya beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Xəstəliyin simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir, bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir.
Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Türkiyəli aktyor-müğənni Mahsun Qırmızıgülün baş rolunu canlandıraca

Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğınd

ABŞ prezidenti Cozef Bayden özünün innovasiyalar və təmiz enerji layihəl�

"Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdə

Bakının 11 küçə və prospektində sıxlıq müşahidə olunur.

Yumurta çox sağlam qida növüdür. Ancaq yeməklərdə düzgün hazırlanmama

Bir neçə gündən sonra ipotela kreditlərin verilməsinə başlanılacaq.

Reytinqlərdə ilk sırada yer alan "Yarqı" serialına yeni aktyor da

Tramp təcrübəli insandır. O, dəfələrlə yıxılıb və ayağa qalxıb. Bu

Əfsanəvi "Broadway" aktrisası Çita Rivera vəfat edib.

Avropanın ən kriminal şəhəri Fransanın Marsel şəhəridir.

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında radikallar tərəfindən saxl

Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişil

Astrologiya insanların həyatına təsir edən qədim elmdir. Bir çox insan b�
