Kredit götürmək istyənlərə ŞAD XƏBƏR: Şərtlər asanlaşdırılır
Digərləri 27 Noy 2024 07:30:00 54 0
Xəbər verdiyimiz kimi, artıq bank olmayan kredit təşkilatlarının fəaliyyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na əsasən tənzimlənəcək. "Azpulmat" və "Manato" kimi təşkilatlar ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3% olacaq. Borcun qaytarılma müddəti isə 45 gün olacaq.
Bu xəbəri də oxu: Bəzi çaylarda sululuq artdı
Gecikdirilmiş borclarla bağlı da yeni qaydalar tətbiq olunur: gecikdirilmə faizləri əsas borcun 2 mislindən çox ola bilməz, faizlər 30 gündən artıq hesablanmamalıdır və ödənişlər əsas borcun 100%-dən çox olmamalıdır. Kredit təşkilatlarının sərt şərtlərlə kredit verməsi insanlara hansı çətinliklər yaradırdı? Mövzu ilə bağlı Son.az-a iqtisadçı Eldəniz Əmirov açıqlama verib. O bildirib ki, ümumiyyətlə həm bankların, həm də bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin nəzarət olunub tənzimlənməsinə ehtiyac vardır. Sözügedən addım bu ehtiyatdan dolayı atılıb. "İstər banklar, istərsə də bu kredit təşkilatları yalnız kredit verməkdə maraqlıdırlar. Bu zaman verdikləri kreditin bəzi hallarda risklərini düzgün qiymətləndirmirlər. Bilərəkdən və ya bilməyərəkdən bəzi hallarda isə kredit götürən tərəfə (bura həm sahibkarlar, həm də vətəndaşlar daxildir) daha sərt şərtlərlə təqdim edirlər. Bu isə insanlara həm maddi çətinliklər yaradır, həm də bir müddət sonra problemli kredite çevrilir. Bu kütləvi hal olanda isə problemli kreditlərin həcminin artmasına səbəb olur". Ekspert qeyd edib ki, bir neçə illə müqayisədə hazırda həm banklara, həm də bank olmayan kredit təşkilatlarına ciddi nəzarət və müşahidə olunur. Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydasında fərqliliklər də məhz bu zərurətdən yaranır. Aysel Əkbər Son.az
Yuxuda qayınana görmək xəyalpərəst üçün uzun və sağlam həyata yozulu
Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində Trampın Putin
Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili qəzaya
Severo-Kurilskdən 184 km aralıda 5,9 bal gücündə zəlzələ baş verib.
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dair
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünü əsl gözəllərlə ə
Zaqatala sakinləri zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət
Hamilə qadınlarda leptin hormonunun səviyyəsinin normada saxlanması çox va
Bəzi dondurulmuş tərəvəzlər xolesterolu azaltmağa və ürək sağlamlığ
Müğənni Nüşabə Musayeva özü haqda maraqlı açıqlamalar verib.
Bəzi qidalar arıqlamaq üçün faydalı kimi reklam edilir, lakin əslində, d
Uşaqların kosmetika istifadəsi son illərdə trendə çevrilib, lakin mütəx
Prezident Co Bayden və birinci xanım Cil Bayden prezident seçilmiş Donald Tr
Aparıcı İlqar Mikayıloğlu müğənni Niyam Salaminin Masallının Ərkivan