Gövhər Rzayeva: “Arvad da gecə saat 4də evə gələr?” FOTO
Şou-biznes 30 Yan 2024 10:50:00 402 0
"Bizim ailəmiz musiqiçilərdən ibarət olub. 55 ildən çoxdur ki, qarmonda ifa edirəm. Biz musiqiçilər bundan çörək qazanırıq. Sənətimdən bezməmişəm, amma bizim də canımız candır da, insan çox vaxt yorulur. Taxtanı vurursan taxta qırılır, dəmiri vurursan dəmir əyilir. Qarmon vəfalı dostumdur. O qədər dönük, əhdinə vəfasızları görmüşəm ki, təkcə qarmon mənə dönük çıxmayıb".
Bu xəbəri də oxu: Xalq artistinin qızının gözəlliyi gündəm oldu
Son.az bildirir ki, bunu "Moderator"a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
"Hər gülün öz ətri var, mən özümə bu sənətdə rəqib görmürəm. Öz sözümü demişəm, bəsimdir. Bundan sonra nə etməliyəm?! Bəzən deyirlər ki, "mən Xalq artistiyəm", "mən Əməkdar artistəm". Sən həyatda adi adamsan, səhnədə Xalq artistisən. Ona görə də özünü insan kimi apar. O biri dünyada yaxandan orden, medal asmayacaqlar buna görə", - deyə Gövhər Rzayeva əlavə edib.
Gövhər Rzayeva paxıllıq edən insanlardan uzaq gəzdiyini bildirib:
"Bəzən deyirlər ki, yaşa dolsanız da, gözəl və baxımlı qalmısınız. İnsanın gərək qəlbi gözəl, təmiz olsun. Mən paxıllıq, qeybət və dedi-qodu bilmirəm. Etdiklərin onsuz da bir gün sənə qarşı çevrilir. Ona görə də insanlarla məsafə saxlayıram ki, hörmətlə qarşılanım. Məsafə gözəl şeydir".
Qarmon ifaçısından bir müddət əvvəl müğənnilik fəaliyyətinə başlayan qızını da xəbər aldıq:
"Bu ağır sənətdir. İncəsənətdən hər adam baş çıxara bilməz. Burada köpəkbalıqları var. Gərək səbirli, hövsələli olasan. O, səbirli insan deyil. İstəmirəm də abır-həya getsin. Bu sənət onluq deyil. Bizim sənətdə çox adamlar var ki, övladlarını bu sahəyə qoymurlar. Arvad da gedib gecə saat 3-4-də evə gələr? Arvad oturub xanımlıq edər. Allah mənə imkan və güc versin, onun üçün başqa bir iş edərəm. Müğənnilik onluq deyil. Evinin xanımı olsun. Mən onu görməmişəm, heç olmasa, o görsün".
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Əməkdar artist Səbinə İlyasova həmkarı Xalq artisti Elmira Rəhimova ilə
Bakıda dələduzluqda və rüşvət verməyə təhrikdə təqsirləndirilən 19
Yaxın gələcəkdə maqnit qasırğasının kəskin yüksələcəyi gözlənili
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisi
Sovet müğənnisi Veronika Kruqlova 83 yaşında ABŞ-da qəflətən vəfat edi
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əmək
Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçi
Türkiyədə yaşayan hadisə insanların marağına səbəb olub.
ARB televiziyasında "Söz baz" verilişinin "Özəl adam" r
Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, "pitminu
"Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində il
"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xa
Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat k