Bakı bu təşəbbüsümüzü ironiya ilə qarşıladı –
Digərləri 26 Yan 2024 23:14:00 296 0
Ermənistan etimad tədbiri kimi sərəncamında olan bütün minalanmış xəritələri "Qarabağ rəsmiləri"ndən alaraq Azərbaycana təhvil verib.
Bu xəbəri də oxu: Qubanın kəndini su basdı
Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın yeni mina sahəsi xəritələrinin ötürülməsi ilə bağlı bəyanatına cavabında bildirib.
"Ermənistan humanitar prinsipləri rəhbər tutaraq, bu yaxınlarda Qarabağın "keçmiş məmurları" ilə müsahibə apararaq, minalanmış ərazilərin yeni xəritələrini hazırlayıb. Təəssüf ki, bu təşəbbüs Azərbaycan tərəfindən dərhal mənfi və ironiya ilə, təkziblə qarşılandı. Ermənistanın ölkələr arasında etimadın yaradılması səyləri və Ermənistanın müsbət addımına mənfi reaksiya verildi", - açıqlamada bildirilib.
Qeyd edək ki, ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamasında İrəvanın mümkün minalarla bağlı yeni məlumatların Bakıya ötürülməsini istisna edilmədiyini bəyan edib.
Öz növbəsində, Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda Azərbaycan tərəfinə yeni məlumatların ötürüldüyünü açıqlayıb.
Azərbaycan XİN-in bəyanatında Ermənistanın beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyini, təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğunu, real vəziyyəti əks etdirmədiyini bildirilib. Bu xəritələrdə Qarabağ ərazisində guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktının mövcudluğu vurğulanıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ermənistan parlamentinin sədri Alen Simonyanın ailəsi avtomobil qəzasına d
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yeni fotolarını sos
Kembric hersoqinyası Keyt Middltonun qarın boşluğunda keçirdiyi əməliyyat
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərar
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 dekab
Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.
Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bul
Dəm qazından zəhərlənmə hadisələrinin 95 faizi nöqsanlar səbəbindən
Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyas
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi �
Kişi sağlamlığı üçün vacib vitamin D vitaminidir.
Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.
Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şura
Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəf�