Şəxs istintaq orqanına çağırış vərəqəsi olmadan telefonla da çağırıla biləcək
Digərləri 26 Yan 2024 22:50:00 292 0
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 dekabr 2023-cü ildə imzalanmış və 26 yanvar 2024-cü ildə qüvvəyə minmiş Qanunla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilib.
Bu xəbəri də oxu: Rusiyada güclü zəlzələ oldu
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Cinayət-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərdən biri də şəxsin istintaq orqanına çağırılması qaydaları ilə bağlıdır.
Belə ki, həmin Məcəlləyə əlavə edilmiş 54-2.6-cı maddəyə əsasən, şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıla bilər.
Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilir və bu barədə protokol tərtib olunur.
Şübhəli və ya təqsirləndirilən şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıldıqda həmin şəxs qabaqcadan xəbərdar olunmaqla onun səsinin qeyd edilməsi təmin olunmalı, bu protokollaşdırılmalı və müvafiq elektron daşıyıcı protokola əlavə edilməlidir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.
Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bul
Dəm qazından zəhərlənmə hadisələrinin 95 faizi nöqsanlar səbəbindən
Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyas
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi �
Kişi sağlamlığı üçün vacib vitamin D vitaminidir.
Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.
Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şura
Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəf�
Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.
Stəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşş
Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.
Qarabağ ermənilərinin separatçı keşişi Ata Hakob -Karen Apesiyan ölüb.
"Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyiniz�