AŞPAdan Bakı ilə bağlı qərar
Digərləri 24 Yan 2024 22:57:00 337 0
Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlüyündən irəli gələn "əsas öhdəlikləri yerinə yetirmədiyi" qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib.
Bu xəbəri də oxu: Vasif Talıbovun oğlunun rəhbəri olduğu qurum niyə bağlandı?
Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın saytında yayılan məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar qalmaqdadır.
"Assambleya "Dağlıq Qarabağdakı vəziyyəti" də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn "çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini" qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb.
Nəhayət, parlamentarilər Assambleya ilə "əməkdaşlığın olmamasına" dair bir sıra misallar gətiriblər, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, Assambleyanın qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət olunmaması, seçkilər və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinin rədd edilməsi və s.
"Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər", - deyə deputatlar bildiriblər.
İldə bir dəfə AŞPA-nın hər bir hissə-sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan parlamenti olan Milli Məclis on iki nəfərlik nümayəndə heyətinin etimadnaməsini təqdim edib.
Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir", - məlumatda bildirilib.
Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam ölkə Prezidenti
Braziliyalı kontent prodüseri İara Ferreyra ABŞ-ın Mayami şəhərində al�
Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.
2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında ümumi aktivl
Yanvarın 24-ü çərşənbə günü Rusiya ilə Ukrayna arasında əsirlərin m
"AŞPA Azərbaycansız natamam bir qurum olacaq".
Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə oğurlanan rəsmi insta
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasında fəal
Cəlilabad rayonunda güclü qar elektrik təsərrüfatında ciddi fəsadlar yar
"Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən f
Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşki
Yaxşı yadımdadır, AŞPA-da Azərbaycan nümayəndə heyətinə o vaxt Milli
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Erməni
"Adsız aşıklar" serialında rol alacaq aktyorların kimliyi bəlli