Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək
Digərləri 24 Yan 2024 22:15:00 373 0
"Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası" təsdiq edilib.
Bu xəbəri də oxu: Gənc qız Bulvarda dənizə düşdü
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək.
Belə ki, kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər.
Kredit Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, aşağıdakı tələblər gözlənilməklə verilir:
Bu qayda nəzərə alınmaqla, kredit bir ödəniş əməliyyatı üzrə 50 (əlli) manatdan çox olmamaqla yalnız milli valyutada 2 (iki) aydan çox olmayan müddətə verilir;
Alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir;
Təşkilatın məcmu kapitalı bu qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilmir;
Verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz;
Kredit verildiyi tarixdən 2 (iki) ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat tərəfindən kredit verilmir.
Bu qayda ilə müəyyən edilən tələblər çərçivəsində ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq, bu qaydaya uyğun olaraq Mərkəzi Banka təqdim edir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşki
Yaxşı yadımdadır, AŞPA-da Azərbaycan nümayəndə heyətinə o vaxt Milli
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Erməni
"Adsız aşıklar" serialında rol alacaq aktyorların kimliyi bəlli
Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraci
1960-cı illərin ikinci yarısında bakılı kriminal avtoritetin qızı Aslanx
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın ukraynalıların məskunlaşd
Xəbər verdiyimiz kimi, ilk türkiyəli astronavt Alper Gezeravcı yanvarın 19
Dünya 2034-cü ildə necə olacaq? ABŞ-ın "Atlantic Council" beyin
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl
Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq v
Amerikalı ictimai xadim və fəal Martin Lüter Kinqin kiçik oğlu və üçün
Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istə