XİN: "Seçkilərlə bağlı nota göndərilən beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab alınıb"
Siyasət 22 Yan 2024 15:27:00 327 0
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab aldığını açıqlayıb.
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
Son.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
"Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, öz növbəsində qeyd edilən təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri müşahidə etməyə çağırış edirlər. Dəvət göndərdiyimiz təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq", - A.Hacızadə qeyd edib.
Mətbuat xidmətinin rəhbəri, həmçinin vurğulayıb ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb və akreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-d�
Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib.
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəs
Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Yenə də sionist cinayətkar rejim (İsrail nəzərdə tutulur - red.) Suriyan�
Hindistan Baş naziri Narendra Modi ölkənin cənubunda yeni tikilmiş Tanrı R
Bir fincan qəhvə soyuqdan yaranan miqren tutmasını aradan qaldırmağa köm�
Ermənistanda baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.
Amerikalı aktyor Alec Balduin çəkiliş meydançasında atdığı güllə ilə
Diyetoloq Oksana Mixalevanın sözlərinə görə, soyuqdəymə zamanı bədəni
Yüksələn təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür. Bunu b
İtaliyanın Baş naziri Ciorcia Meloni Türkiyədə səfərdədir.
Qablaşdırılmış şirələrin istehsalında təbii meyvələrdən istifadə e
"Bu il Ukraynanın taleyində həlledici olacaq". Bu fikri Böyük Bri
Terapevt Sergey Aqapkin baş ağrılarından qurtulmağın qeyri-adi üsulunu a�