XİN: İranda həbs edilmiş Fərid Səfərliyə 2 il yarım iş verilib
Siyasət 16 Yan 2024 18:44:00 352 0
İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Qeyd edilib ki, Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.
Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Korrupsiya qalmaqalları ilə gündəmdə olan Avropa Parlamenti öz ampluasınd
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Gürcüstana elektrik avadanlı
Sumqayıt şəhərinin "BTZ" bağları adlanan yaşayış massivində
YouTube-da yayımladığı makiyaj videoları ilə məşhurlaşan Danla Biliç k
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr
"Son vaxtlar yaşlı sənətçiləri tez-tez efirlərdə görmək olur. Bu
Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə dokto
Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr ş�
Azərbaycanda keçiriləcək COP29 konfransında formalaşmaqda olan bazara mali
Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Bil�
Sosial şəbəkədə azərbaycanlı fotoqrafın toy çəkilişi diqqət çəkib.
Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçə
Gəncə Dövlət Filarmoniyası 2 fevral - Gənclər Günü ilə bağlı "G