Bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi
Digərləri 16 Yan 2024 16:23:00 298 0
Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Bu xəbəri də oxu: Qəzaların çox olduğu prospektdə yenilik edilib
Son.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, qoyuluş gücü 240 MVt olan "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi məqsədilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi bu qərarla müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirəcək.
Bu qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 36,7773 hektar torpaq sahəsində külək elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Son.az
Nazirlər Kabineti "İdxal mallarını yerli istehsal (emal) malları ilə
"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossas
Almaniya kansleri Olaf Şolts ölkəsində keçirilən həndbol üzrə Avropa ç
Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axu
Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Serge
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçal
"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq".
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri,
Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şə
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncə və gə
Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. Uşaqlığını B