Günün qoroskopu: Ehtiyatı əldən verməyin
Digərləri 13 Yan 2024 00:01:00 278 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmlədirə bilrsiniz. Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır. Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Buğa - aktiv olun, başladığınız işlərdə süstlük nümayiş etdirməyin. Əvvəllər potensial və ya bilik çatışmazlığına görə çəkindiyiniz problemi həll edə bilərsiniz. Yaşam enerjinizin səviyyəsi saatlar sonra aşağı düşəcək. Planların reallaşması çətinləşəcək. Günün ikinci yarısında riskli addımlar atmayın. Axşam saatlarında yaxınlarınız və dostlarla ünsiyyətdə olun. Münasibətlərə bir qədər romantika qatın. Dəyər verdiyiniz insanın qədrini bilin. Əkizlər - yeni ideyaları reallaşdırmağa tələsməyin. Layihələrin gerçəkləşdirilməsində tələsikliyə yol vermək olmaz. Yaxşı düşünüb-daşının, həmfikir və müttəfiqlərin yardımlarından bəhrələnin. Günün ikinci yarısında adi günlərdən fərqli olaraq mövqelərinizi müdafiə etmək daha çətindir. Opponentlərlə ünsiyyət və mübahisələr sizi yoracaq. Yaxınlarınız, dostlarınız və ya işgüzar tərəfdaşlarınız qəribə davranacaqlar. Onların hərəkətlərində müəyyən müəmmaların olduğunu düşünəcəksiniz. Xərçəng - vurnuxma, tələskənlik və qaçaqaçın olacağı gündür. Peşəkar fəaliyyət sahəsində düşünülməmiş addımlar atmayın. İşgüzar tərəfdaşlarla təmaslarda münaqişələr yaratmayın. Həmkarlarla sərvaxt davranın. Mübahisədə haqlı olduğunuzu göstərmək üçün bütün vasitələrdən istifadə etməyə çalışmayın. Kollektivdə sayıqlığı əldən verməyin. Axşam saatlarına yaxın şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Xoş emosiyalar istisna deyil. Kiçik problemlərin həllində təmkinli olun. Şir - sərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız səyləriniz uğurla başa çataxaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur. Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə nüansları mürəkkəbləşdirməyin. Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın. Ailəvi istirahətə üstünlük verin. Qız - xüsusilə mühüm saydığınız məqsədə günün ilk yarısında çata bilərsiniz. Prioritetləri, hədəfləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli, önəmsiz problemlərin həllini ertələyin. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz. Bunu bilin və öz maraqlarınızı təmin edin. Günün ikinci yarısında etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın. Onlarla razılaşmaq, əslində, geri çəkilməkdir.Yaxınlarınızdan biri sizə yardım edəcək. Sevdiyiniz insanı anlamağa çalışın.
Axşam saatlarında əyləncədən qalmayın.
ABŞ hələlik Yaxın Şərq regionuna əlavə hərbi birləşmələr köçürm�
Hamilə qadınlar civə (zərərli neyroyoksin) və digər təhlükəli maddəl�
"Mən Şəbnəmi 20 ilə yaxındır tanıyıram, onun çox gözəl səsi va
Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx
Vatikan Ukrayna münaqişəsində tərəflərin sülhü bərqərar etməyə haz�
"İraq İslam Müqaviməti"nə aid silahlı şiə birləşmələri Sur
Ermənistanda əlverişsiz hava şəraiti səbəbindən 40-dan çox avtomobil to
Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tüt�
Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş ve
İraqın şimalında, "Pençe-Kilit" əməliyyatı bölgəsində 5 tü
Hidrometeroloji proqnozlara əsasən qarşıdakı günlərdə ölkə ərazisind�
Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirmə
Kişilər tərəfindən sevilən və təqdir edilən, möhkəm münasibət qurdu