"Aygün Bəylərin əlinə su tökməyə yaramayanlar yüksək fəxri ad alıblar"
Şou-biznes 11 Yan 2024 01:45:00 280 0
Müstəqillik dövründən üzü bəri fəxri adların verilməsi həmişə söz-söhbətlərə səbəb olub. Daha çox gənc nəslin nümayəndələrinin tez bir zamanda fəxri adlara sahib olması qocaman sənətkarların haqqına girmək kimi dəyərləndirilib. Məsələn, elə müğənni, yazıçı, şair, bəstəkar, jurnalist və digər sənət adamları var ki, hələ də fəxri ad almadıqlarına görə narazılıq edirlər. Çoxu da adların sənətə görə deyil, şəxsi tanışlıq və ya tapşırıqla verildiyini iddia edir. Əlbəttə, bu kimi arqumentlər əsassız deyil. Və sənət adamlarından dolayı, cəmiyyətdə də aparılan müzakirələrdə hər kəs seçim məsələsində ədalət prinsipinin qorunmadığını vurğulayır.
Bu xəbəri də oxu: Azər Zahidi qızı tanınmaz hala saldı VİDEO
Son.az xəbər verir ki, konkret.az mövzuyla bağlı şair Baba Vəziroğlunun fikirlərini öyrənib.
B.Vəziroğlu bildirib ki, adlar təqdimatlara uyğun verilir:
"Problemin kökünü kiçik məmurlarda, təqdimat yazanlarda axtarmaq lazımdır. Görursən ki, bir nəfər kiminsə xoşuna gəlmirsə, təqdimat yuxarıya getməmiş aşağıda onun adını siyahıdan çıxarırlar. Burada münasibət çox vaxt qərəzliliyi ilə seçilir. Mən bunları görmüşəm. Sadəcə olaraq, belə məmurları vicdanlı olmağa çağırıram. Cənab Prezidentin vaxtı, imkanı yoxdur ki, hamının bir-bir bioqrafiyasına baxsın, maraqlansın. Dövlət başçısı Qarabağ məsələsi ilə məşğul olsun, sosial problemlərə diqqət ayırsın, nə bilim, informasiya müharibəsi aparsın?! Bəs məmurlar neyləsin?! Nə qədər maaş alırlar, heç olmasa, öz vəzifələrini vicdanla yerinə yetirsinlər!".
Müsahibimizin fikrincə, ölkədə məmurlar tam kamilləşməsə, belə səhvlər çox olacaq, təsadüfi adlar da veriləcək:
"Yaxın tariximizdə əsl sənətkarlara fəxri adların verilmədiyinin çox şahidi olduq. Acı həqiqətdir ki, məmləkətimizdə dəyərli insanlara həyatdan köçəndən sonra qiymət verilir. Elə bu günlərdə dünyasını dəyişən Aygün Bəylərin timsalında misal çəkə bilərəm. Gözəl sənətkar, Əməkdar artist idi. Amma onun əlinə su tökməyə yaramayanlar daha yüksək fəxri ad alıblar. Bu da yenə təkrar edirəm ki, səriştəsiz məmurların laqeyd və qərəzli münasibətinin nəticəsi idi. Allah bizi kamilləşməmiş məmurlardan qorusun".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
29 yaşlı "Love İsland" realiti şousunun ulduzu Corciya Harrison ə
Bir neçə gün əvvəl paytaxtı Bakı şəhərinin Baş planı təsdiqlənib.
Almaniya 2023-cü ilin sonunda Səudiyyə Ərəbistanına silah tədarük etməy
Culfa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Torontodan Dubaya uçan "Air Canada" aviaşirkətinə məxsus təyyar�
Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Müğənnilər Nura Suri və Səidə Sultan geyiminə görə tənqid olunan Əm�
Zoğalın faydalı xüsusiyyətlərini hər zaman eşidir və bilirik.
Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncala
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İkinci Dünya Müharibəsi bir çox qeyri-adi hadisələrlə ən dağıdıcı b
Lalə Azərtaşın Xəzər TV-nin efirində yayımlanan "Təsir dairəsi&qu
Biz 20-yə yaxın ölkəni bir araya gətirdik ki, bu hücumlar dünənki kimi d
Müğənni "FKA Twigs"in (Taliya Debrett Barnett) yer aldığı "