Günün qoroskopu: işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın


Digərləri 11 Yan 2024 00:01:00 292 0

Günün qoroskopu: işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə qaba və yalnız özünü düşünən insan təsiri bağışlamayın. Fikir ayrılıqları və ixtilaflar həllini tələb edən məsələnin ertələnməsinə səbəb olmamalıdır. Görəcəyiniz işlə bağlı ilkin təəssürat sizi aldatmasın. Sifarişi və ya tapşırığı yaxşıca araşdırın.

Günün ikinci yarısında səhvlərdən yayınmaq və sürətli işləmək üçün yaxşı imkanlar yaranacaq.

Ailə münasibətlərini möhkəmləndirə bilərsiniz. Sevdiyiniz insanla bağlı durum sizdə narahatlıq yaratmamalıdır. Problemlərin çözümü zəhmət və vaxt tələb edir. Tanışlarınız arasında sonradan yaşamınıza təsir edə biləcək insan var.

Buğa - kommunikativ bacarıqlarınız və məharətiniz yüksək səviyyədə olmalıdır. Ehtiyac duyduğunuz məlumatı almaq və informasiyadan hali olmaq üçün fəndgir, hiyləgər olun. Sizdən nələrisə gizlətməyə çalışan insanı diqqətlə müşahidə edin. Bu adama hansı problemlərin təsir etdiyini, onun nəyi aktual saydığını araşdırın.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda, sevdiyiniz insanla münasibətlərdə alicənab, qayğıkeş olun. Ailə məsələləri ilə bağlı dürüst qərar qəbul etmək asanlaşacaq. İnandığınız insanlarla məsləhətləşin.

Əkizlər - situasiya dayanıqlı deyil. Qeyri-stabillik sizi narahat etməsin, təbdən çıxarmasın. Başladığınız işi mütləq şəkildə başa vurun. İşlərinizdə dəstək almaq üçün peşəkar əlaqələrinizi yada salın.

Günün ikinci yarısında tərəfdaşlar və müttəfiqlərlə vəziyyəti müzakirə edin.

Adi günlərlə müqayisədə şəxsi münasibətlərdə normallaşma müşahidə olunacaq. Qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Xroniki xəstəliyiniz varsa, ağrılarınız yaranacaq. Axşam saatlarında səhhətinizdə problemlər istisna deyil.

Xərçəng - karyeranız və peşəkar inkişafınızın asılı olduğu insanlarla açıq danışın. Dediklərinizə onların anlayışla yanaşmaları ehtimalı az deyil. Dəstək və ya yardım ala bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək.

Uzun zamandan bəri tanıdığınız tərəfdaşlarla danışıqlar günün ikinci yarısında pis keçməyəcək.

Şəxsi həyat və münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəndə diqqətli olun. Sevdiyiniz insanla açıq söhbət ünsiyyətin normallaşmasına xidmət edəcək.

Şir - inandığınız insanlarla tərəfdaşlığı və əməkdaşlığı bərpa etmək üçün əlverişli gündür. Belə əlaqələr peşəkar fəaliyyət prosesindəki situasiyanın yaxlaşdırılması, müsbət təmayüllərdən yararlanma və habelə uzunmüddətli planların inkişafı baxımından zəruridir.

Günün ikinci yarısında avantüralara qapılmayın, düşünülməmiş addımlar atmayın. Kimisə aldatmağa çalışmayın.

Yaxınlarınızla təmaslarla yanaşı, yeni tanışlıqlar üçün də yaxşı zamandır. Axşam saatlarına yaxın yaşam arealında qayda yaradın. Şəxsi sənədlərinizlə bağlı situasiyanı çözün.

Qız - yaranan problemlər arasında ən təxirəsalınmaz həll tələb edəni müəyyənləşdirin və onu çözməyə başlayın. Yaxşı hazırlaşın. Həll prosesi yüngül olmayacaq. Biliklərinizi sistemləşdirin, xeyli əvvəl öyrəndiyiniz məsələləri yada salın. Daha təcrübəli insana yardım üçün müraciət edə bilərsiniz.

Günün ikinci yarısında münasibətlərdə səmimiyyət, rahatlıq müşahidə olunacaq. Yeni tanışlıqlar istisna deyil. Ümumi maraqlarınızın olduğu insanla və ya xoş xatirələrinizin bağlı olduğu adamla qarşılaşa bilərsiniz.

Stressə əsir olmayın.  

Tərəzi - özünüzdən bədgüman olmasanız, başladığınız işi uğurla bitirə bilərsiniz. Fəaliyyətinizin mənasız və ya sonucsuz olacağını düşünməyin. Sədlərlə maneələr yaransa belə, layihəni yarımçıq qoymayın. Problemlərin əksəriyyəti kiçikdir. Onları böyütməyin.

Günün ikinci yarısında yeni tanışlıq istəyirsinizsə, dəvət aldığınız məkana yollanın. Yaxın ətrafınızdakı insanlarla yanaşı, sizi tanımayan insanda da özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Əqrəb - yaşanan situasiya, ilk növbədə, öz problemlərinizin həllini tələb edir. Eqoizmin sağlam səviyyəsi sizinlə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də xeyirlidir. Çətinlikləri aradan qaldırandan sonra dəyər verdiyiniz insanlara yardım edə bilərsiniz.

Günün ikinci yarısında maksimal fəallıq göstərin.

İzafi emosiyalar sevdiyiniz insanla münasibətlərin korlanmasına, hətta qarşıdurma və ya münaqişəyə səbəb ola bilər. Situasiya yetərincə gərgindir. Ən sadə məsələlərlə bağlı yaxınlarınızla dil tapmaq çətinləşir.

Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.

Oxatan - banal və cansıxıcı məsələlərin həlli sizdə narazılıq yaratmasın. Rutin işlərin öhdəsindən gələrək yeni layihənin icrasına başlayın. Etibarsız metodlar seçməyin. İşlərə yetərincə diqqət ayırmasanız, kobud səhvlər istisna deyil.

Günün ikinci yarısında bir zamanlar tərəfdaş və ya müttəfiq olduğunuz insanla qarşılaşacaqsınız. Yaxınlarınızla münasibətlərinizdə mübahisəli vəziyyət yaranacaq. Ailə üzvlərinizə təzyiq göstərməyin, öz fikrinizi zorla qəbul etdirməyə can atın. Haqlısınız, amma insanlara pressinq tətbiq etməyin.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - günün ilk yarısından etibarən cari məsələlər və rutin qayğılar vaxtınızı alacaq. Çoxdan bəri hazırladığınız planı reallaşdırmaq üçün aktiv olun. Şansları dəyərləndirin, imkanlardan istifadə edin. Sınanmış tərəfdaş və ya etibarlı həmkarın yardımlarından istifadə edin. Onlarla birlikdə çalışaraq yarımçıq işləri bitirin.

Köhnə münasibətləri bərpa etmək üçün günün ikinci yarısı münasibdir. Axşam saatlarında dostlarla görüşmək, xatirələrə dalmaq olar. Bununla yanaşı, ötən problemlərdən biri yada düşəcək. Səhhətinizə fikir verin.

Dolça - işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın. Situasiya qəlizləşdiyindən perspektiv layihələri təxirə salaraq rutin, banal məsələlərlə məşğul olmaq zərurəti yaranır. Sənədləşdirmədə yanlışlıqlar və səhvlər olarsa, əlavə çalışmalı olacaqsınız. Nikbin olun, depressiyaya düşməyin.

Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizlə dil tapmaq çətindir.

Məişət məsələləri və ən xırda məqamlar ailə üzvləri ilə münasibətlərinizə mənfi təsir etməməlidir. Narahat olmayın, problemi həll etmək mümkündür. Axşam saatlarında vəziyyət normallaşacaq.

Balıqlar - adi günlərlə müqayisədə daha passiv mövqe tutmayın. Süstlük və tənbəllik etməyin. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər üçün məsləhətə və ya göstərişə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım etməyə hazırdır.

Günün ikinci yarısında iş maraqlı olarsa, gəlir və ya mənfəət belə, sizi az maraqlandıracaq.

Axşam saatları romantik münasibətlər üçün əlverişlidir. İlk dəfə qarşılaşdığınız insanla bağlı təəssüratlarınızda yanılmayın. Bu tanışlığı davam etdirməyə dəyib-dəymədiyini düşünün.

Son.az

Rusları dəhşətə gətirən "Ağ Ölüm" ləqəbli  Simo Hayha like
  • 10 Yan 23:58  
Dünya Rusları dəhşətə gətirən "Ağ Ölüm" ləqəbli Simo Hayha

İkinci Dünya Müharibəsi bir çox qeyri-adi hadisələrlə ən dağıdıcı b

arrow Ətraflı
Oğlu və gəlini Şəfiqə Nağıyeva üçün efirə gəldi like
  • 10 Yan 23:53  
Şou-biznes Oğlu və gəlini Şəfiqə Nağıyeva üçün efirə gəldi

Lalə Azərtaşın Xəzər TV-nin efirində yayımlanan "Təsir dairəsi&qu

arrow Ətraflı
Blinken husiləri hədələdi: 20yə yaxın ölkə... like
  • 10 Yan 23:47  
Dünya Blinken husiləri hədələdi: 20yə yaxın ölkə...

Biz 20-yə yaxın ölkəni bir araya gətirdik ki, bu hücumlar dünənki kimi d

arrow Ətraflı
İngiltərədə məşhur brendin yarıçılpaq posterinə qadağa like
  • 10 Yan 23:41  
Şou-biznes İngiltərədə məşhur brendin yarıçılpaq posterinə qadağa

Müğənni "FKA Twigs"in (Taliya Debrett Barnett) yer aldığı "

arrow Ətraflı
ÜST Covid19la bağlı açıqlama etdi like
  • 10 Yan 23:36  
Dünya ÜST Covid19la bağlı açıqlama etdi

"Covid-19 virusu hələ də mutasiya edir və öldürücüdür". So

arrow Ətraflı
NATO Ukraynaya milyardlarla avro vəd etdi like
  • 10 Yan 23:22  
Dünya NATO Ukraynaya milyardlarla avro vəd etdi

NATO 2024-cü ildə Ukraynaya milyardlarla avro dəyərində böyük yardım və

arrow Ətraflı
"Karyeramın ən əxlaqlı işinin içində olduğunu düşünürdüm" like
  • 10 Yan 23:17  
Şou-biznes "Karyeramın ən əxlaqlı işinin içində olduğunu düşünürdüm"

Türkiyəli aktyor Özcan Dəniz baş rolunu canlandırdığı "Kızıl gon

arrow Ətraflı
Hökumət Ödəniş Portalının saytı fəaliyyətini dayandırdı like
  • 10 Yan 23:14  
Digərləri Hökumət Ödəniş Portalının saytı fəaliyyətini dayandırdı

Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatç

arrow Ətraflı
Qorxmaz Əlili də Elzanın papağını tənqid etdi like
  • 10 Yan 23:10  
Şou-biznes Qorxmaz Əlili də Elzanın papağını tənqid etdi

Əməkdar artist Qorxmaz Əlili Əməkdar artist Elza Seyidcahanı tənqid edib.

arrow Ətraflı
Çaydanı iki dəfə qaynatmaq doğrudur? like
  • 10 Yan 23:07  
Digərləri Çaydanı iki dəfə qaynatmaq doğrudur?

Bir çox insanlar qəhvə və ya çay hazırlamaq üçün çaydanı bir neçə d

arrow Ətraflı
Modelliyə geri döndü: çılpaq FOTOlar paylaşdı like
  • 10 Yan 23:03  
Şou-biznes Modelliyə geri döndü: çılpaq FOTOlar paylaşdı

Xəstəliyi ilə bağlı gözlərdən uzaq gəzən Bella Hadid yenidən çəkili

arrow Ətraflı
Polşa İsrailə dəstək verdi: Sizinlə həmrəyik! like
  • 10 Yan 22:55  
Dünya Polşa İsrailə dəstək verdi: Sizinlə həmrəyik!

Polşa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Radoslav Sikorski israilli h�

arrow Ətraflı
Ermənistan Zod mədənində yoxlama aparır like
  • 10 Yan 22:53  
Dünya Ermənistan Zod mədənində yoxlama aparır

Hazırda yerüstü üsuldan yeraltı qızıl hasilatı üsuluna keçid aparılan

arrow Ətraflı
Prezidentin təbəssüm anları... like
  • 10 Yan 22:41  
Siyasət Prezidentin təbəssüm anları...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 10-da yerli televizi

arrow Ətraflı
"Ateş kuşları"nda rol alacaqlar like
  • 10 Yan 22:38  
Digərləri "Ateş kuşları"nda rol alacaqlar

"Ateş kuşları" serialına iki yeni aktrisa daxil olacaq.

arrow Ətraflı