Aygün Bəylərin həyat yoldaşı kim idi?... FOTOlar
Şou-biznes 08 Yan 2024 11:10:00 305 0
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.
Bu xəbəri də oxu: Vüsalənin başına oyun gəldi: "O, Nadirlə Manafı da aldadıb"
48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb. Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır. Son.az bildirir ki, modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb. Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub. Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skipkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə birgə duet ifaları da olmuşdu - onlar birgə mahnılar oxumuşdular. Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdular. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı. Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri kəsilməmişdi. Bu əlaqələr sonralar onların münanasibətlərinə də təsir etmiş və cütlük birgə yaşamağa qərar vermişdi. 2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə bir neçə birgə ifalarını duet şəklində lentə yazdırmışdı, Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez səsləndirilirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların özlərinədn başqa heç kəs dəqiq bilmir. Bəzi məlumatlara görə, 2009-cu ildə onların Cananın adını da atası qoyub. Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir. Qeyd edək ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum səbəbdən intihar edərək öz həyatına son qoymuşdu.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ötən gün 4-cü kurs tələbəsinin evdən meyiti tapılması barədə məlum
Əməkdar artist Aygün Bəylərlə vida mərasimi başlayıb.
Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəll
Polis əməkdaşları Xankəndi şəhəri və Xocalı rayonu ərazisində silah-
"Tv8" kanalında yayımlanan "MasterChef Türkiye All Star"n
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qə
2040-cı ilə qədər sürət həddi 30 km/saat müəyyən edilən küçələrin
Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən
2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə
Bir müddətdir xərçənglə mübarizə aparan məşhur sənətçi Yüksel Uzel
• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə ma
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il
Aparıcı Lalə Azərtaş Əməkdar artist Cavanşir Məmmədovun onun haqqında
Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya s
Qarabağdakı antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingenti