"Cavanşir Məmmədov, heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm"
Şou-biznes 19 Sen 2023 13:58:00 1802 1
Aparıcı Lalə Azərtaş Əməkdar artist Cavanşir Məmmədovun onun haqqında dediklərinə cavab verib.
Bu xəbəri də oxu: Xalq artisti efirdə bu məşhur qadına zərfdə pul hədiyyə etdi
Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı "Təsir dairəsi" proqramında müğənninin ondan üzr istəməsi məsləsinə toxunub. Azərtaş bildirib ki, C.Məmmədovun istədiyi kimi ondan üzr istəməyəcək:
"Deyəcəklərimi, Cavanşir Məmmədovun yaşına hörmət qoyaraq söyləyəcəyəm. Bizim fərqimiz də buradadır. Bəlkə də ona "bunu belə de" deyirlər, bəzi sözlərin yerini səhv salır. Ona "qanunun şah olduğunu" de deyirlər, o da təkrarlayır. Mən qanunun şah olduğunu elə gözəl bilirəm ki, gecə yuxudan oyatsalar da deyərəm. Xalqdan, dövlətdən, dövlətçilikdən haqqı olan danışsınız. Mənim vətənə olan sadiqliyimdən, aşiqliyimdən heç kim danışa bilməz. Vətəndən, torpaqdan üstün heç nəyin olmadığını kimsə mənə izah edə bilməz. Xalqımın adından deyirsiniz, amma mənə qanundan, hüquqdan, hakimlikdən danışırsınız. Siz də xalqın adından danışa bilməzsiniz. Düşünülməmiş bir cümlə, - deyir ki, Lalə Azərtaş mənə etdiyi təhqiri xalqıma edir. Çox cılız bir cümlədir. Biz xalqa xidmət edirik, yüz ölçüb, bir biçib deyirəm: xalqın, elin gözü tərəzidir. Nə siz, nə mən xalqın gözünü kor edəcək gücdə deyilik. Hər kəs hər şeyi sərras görür.
Demişəm ki, Mustafa, məhkəmə sübut etsə, deyəcəm, dələduzsan, niyə vaxtımı alırdın? Mən "üzr istəmək" haqqında deməmişəm. Ailə daxilində problemləri həll edəndə Lalə Azərtaş orada idi? Nəinki həyatda, heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm. Bu, mövzuya dəyməz".
Aparıcı bəzi sübutları efirdə nümayiş etdirməməsindən söz açıb:
"Digər tərəfdən nələr göstərəcəydim, göstərmədim. Abırlı abrına sığınar, abırsız isə deyər ki... Hər kəs özü yaxşı bilir. Əməkdar, Xalq artistlər musiqi ilə məşğul olsalar, daha gözəl görünərlər, bu qədər eybəcər yox".
Qeyd edək ki, C.Məmmədovla L.Azərtaş arasındakı qalmaqala səbəb ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa aparıcıdan ona şər atıldığını deyərək, yardım istəyib.
Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya s
Qarabağdakı antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingenti
COVID -19 pandemiyası başa çatsa da, təhlükə davam edir.
Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsə
Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi at
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlik
Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadla
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı
Bu gün erməni qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiy
Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Daxili İşlər Nazirliyi əməkdaşla
Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan etsə də, qarşı
Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törə
Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir.
"Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50