Ermənistanın törətdiyi mina terroru cəzasız qalmayacaq Türkiyəli general
Siyasət 19 Sen 2023 12:55:00 1650 0
Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq mina xəritələrini Azərbaycana vermir.
"Bununla yanaşı, ərazilərdə yeni minalar basdırmağa davam edir. Bu, beynəlxalq hüquqa ziddir və cinayətdir. Beynəlxalq görüşlərdə dilə gətirilməsinə rəğmən, Ermənistan daha öncə basdırdıqları minaların xəritələrini Azərbaycana vermir.
Ermənistan hələ də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə belə mina basıdrmağa davam edir. Vətən müharibəsi bitəndən bəri neçə insan mina terrorunun qurbanı olub. Bu mina terroru davam edərkən sülhdən, insan haqlarından danışan Qərbdən heç bir səs çıxmadı. Mina xəritələrinin Azərbaycana verilməsi istiqamətində heç bir təzyiq göstərilmədi. Mina terrorunu törədənlər mühakimə edilməli və cəzasız qalmamalıdır", - deyə Y.Karauz bildirib.
Qeyd edək ki, sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan "Howo" markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar. Son.az
"Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50
Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisəl
Rusiyanın Sankt-Peterburq şəhərində 64 yaşlı qadının boğazı cırılm�
Rusiyalı sülhməramlıların müvəqqəti nəzarət arealında olan qarabağl�
COVİD-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.
Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında akti
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu i
Xəbər verdiyimiz kimi, Xocavənddə ermənilərin törətdiyi terror aktında
Qarabağda yaşayan erməni sakinlərin "Laçın" dövlət sərhəd-bu
Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd r
Ermənistanın və Qarabağdakı separatçıların Ağdam-Xankəndi yolu ilə Q�
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayo
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma M�