QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir
Siyasət 19 Sen 2023 11:58:00 674 0
Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş terror aktlarını kəskin şəkildə pisləyir və həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir.
Bu xəbəri də oxu: Prezident fərman imzaladı
Trend-in məlumatına görə, bu barədə İcmanın bəyanatında deyilir.
Qeyd edilib ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır.
Görünən odur ki, Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq niyyətindədir, əksinə Azərbaycana qarşı ərazi iddiasını "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması" adı altında davam etdirir.
Terror aktlarının, dünya liderlərinin iştirakı ilə BMT Baş Assambleyasının ümumi müzakirələrinin başlandığı gün törədilməsi Ermənistanın və onun Azərbaycanın suveren ərazilərində yaratdığı oyuncaq xunta rejiminin azğınlaşmasını, reallıq hissini tam itirdiyini göstərir.
Bu qanlı cinayəti, Ermənistanın Azərbaycana qarşı təcavüzünü mina terroru formasında davam etdirməsi kimi dəyərləndiririk. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bölgəni qana çalxalamaq niyyəti güdən bu təhlükəli siyasətdən çəkinmək üçün Ermənistana təzyiq göstərməyə çağırır.
Ermənistanın və Qarabağdakı separatçıların Ağdam-Xankəndi yolu ilə Q�
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayo
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma M�
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə 16 Sen
Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqd
"Qara bazar" rəsmi mağazalara qarşı: alıcı texniki avadanlıq se
7-9 dekabr tarixlərində Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnki
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müa
Bob Menendez Türkiyəni, belə görünür, Tayyib Ərdoğanı da tanımır.
Yay tətilinin bitməsi ilə artıq məktəbə qayıdış başlayıb. "Azer
Xocavənddə baş verən terror aktı zamanı həlak olan polislərin sayı 4-ə
Bakı, 19 sentyabr, 2023. Ölkəmizdə geniş filial şəbəkəsinə malik bankl
Kadırovun səhhətində problemlərin olması məlum məsələdir. Üstəlik, b
Bəzi bürclər xarakter baxımından bir-biriləri ilə yaxşı anlaşa bilər,