Əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bakıda tramvay xətləri çəkiləcək ÜNVANLAR


Digərləri 08 Yan 2024 09:53:00 319 0

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR  Bakıda tramvay xətləri çəkiləcək  ÜNVANLAR

• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi; • cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi. Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi: • relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması; • Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu. nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi; • "Təmiz Şəhər" ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat vasitəsilə əlaqələndirilməsi; • "Ağ şəhər"in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha da genişləndirilməsi; • Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi. Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması: • Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi; • Dərnəgül dəmir yolu magistralına qoşulma; 109 • dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması; • şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).

Bu xəbəri də oxu: BDUnun 95 yaşlı kafedra müdiri

 

• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi; • mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması; • giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin asanlaşdırılması; • əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə əlaqələndirilməsi; • Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.

• "Ağ şəhər" bulvarı xəttinin yaradılması; • Mərkəzi "Ağ şəhər" xəttinin salınması.

Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi: • dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.

Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:

--------- 00:47 Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

Son.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.

Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

İctimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılması yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola bilər.

Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillər nəqliyyat sistemində mühüm paya sahib olmağa davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edəcək. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq.

Ümumi nəqliyyat sisteminin əsas elementlərindən biri nəqliyyat mübadilə mərkəzləri və ya ictimai nəqliyyat qovşaqları adlanan alt sistemlər arasındakı qarşılıqlı əlaqənin qurulmasıdır. İctimai nəqliyyat qovşaqları/nəqliyyat mübadilə mərkəzləri ictimai nəqliyyat imkanlarını (avtobuslar), yüksək sərnişindaşıma qabiliyyətinə malik sürətli ictimai nəqliyyat sistemlərini (metro, dəmir yolu, mertobus, tramvay sistemi, tramvay-elektrik qatarı sistemi) və/və ya fərdi avtomobil nəqliyyatından "yaşıl" nəqliyyata keçid imkanlarını bir mərkəzdə birləşdirməyə imkan verən ünsürlərdir. Bundan əlavə, əsas ictimai nəqliyyat qovşaqları müxtəlif nəqliyyat vasitələrindən istifadəni təklif etməklə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma (İNYŞ) inkişafı üçün şərait yaradacaq.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir like
  • 08 Yan 09:48  
Digərləri Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il

arrow Ətraflı
"Cavanşir Məmmədov, heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm" like
  • 19 Sen 13:58  
Şou-biznes "Cavanşir Məmmədov, heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm"

Aparıcı Lalə Azərtaş Əməkdar artist Cavanşir Məmmədovun onun haqqında

arrow Ətraflı
İmtahanda yüksək bal toplayan müəllim işsiz qalıb  VİDEO like
  • 19 Sen 13:47  
Digərləri İmtahanda yüksək bal toplayan müəllim işsiz qalıb VİDEO

Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya s

arrow Ətraflı
Sülhməramlıların komandanlığı və TürkiyəRusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı like
  • 19 Sen 13:43  
Siyasət Sülhməramlıların komandanlığı və TürkiyəRusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı

Qarabağdakı antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingenti

arrow Ətraflı
COVID 19 təhlükəsi qalmaqdadır  VİDEO like
  • 19 Sen 13:37  
Digərləri COVID 19 təhlükəsi qalmaqdadır VİDEO

COVID -19 pandemiyası başa çatsa da, təhlükə davam edir.

arrow Ətraflı
Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirinin məqsədi açıqlandı like
  • 19 Sen 13:35  
Siyasət Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirinin məqsədi açıqlandı

Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsə

arrow Ətraflı
Ermənilər Ağdam istiqamətində mövqelərimizi atəşə tutur  MN like
  • 19 Sen 13:33  
Siyasət Ermənilər Ağdam istiqamətində mövqelərimizi atəşə tutur MN

Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi at

arrow Ətraflı
Zaqatalada körpünü sel apardı  FOTO like
  • 19 Sen 13:25  
Digərləri Zaqatalada körpünü sel apardı FOTO

Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadla

arrow Ətraflı
MN: Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı like
  • 19 Sen 13:24  
Siyasət MN: Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı

arrow Ətraflı
Paşinyan hakimiyyətdə qalmaq üçün Qarabağda yeni gərginlik yaratmağa çalışır like
  • 19 Sen 13:14  
Siyasət Paşinyan hakimiyyətdə qalmaq üçün Qarabağda yeni gərginlik yaratmağa çalışır

Bu gün erməni qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiy

arrow Ətraflı
Qəzada və terror aktı nəticəsində həlak olan polislərin FOTOsu like
  • 19 Sen 13:11  
Digərləri Qəzada və terror aktı nəticəsində həlak olan polislərin FOTOsu

Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Daxili İşlər Nazirliyi əməkdaşla

arrow Ətraflı
Səbr kasasını daşıran həmlə  Separatçılara niyə "dur" like
  • 19 Sen 13:00  
Siyasət Səbr kasasını daşıran həmlə Separatçılara niyə "dur"

Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan etsə də, qarşı

arrow Ətraflı
Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb like
  • 19 Sen 12:57  
Digərləri Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törə

arrow Ətraflı