İtkin düşmüşlərin ailə üzvlərindən 10 min 815 bioloji nümunə götürülüb
Digərləri 18 Sen 2023 14:52:00 386 0
Birinci Qarabağ Müharibəsi zamanı itkin düşən şəxslərin meyit qalılqarının axtarışı prosesi daha intensiv xarakter alıb.
Bu xəbəri də oxu: Vüqar Qurbanovdan yaralananların vəziyyəti ilə bağlı
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 min 815 bioloji nümunə götürülüb. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda mövcuddur", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
Supermodel Bella Hadid laym xəstəliyinin müalicəsini başa vurduqdan sonra i
Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avt
Ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı q
Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib
Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin m
Xəbər verdiyimiz kimi ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tay
ABŞ-ın Nevada ştatında iki təyyarənin toqquşması nəticəsində pilotlar
İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyin�
Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını a
Plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşan azərbayc
Biz güman edirik ki, müharibə zamanı əsir və girov götürülən şəxslə
3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutas
Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzab
Türkiyədə ürəkparçalayan olay yaşanıb.
Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqı