Bu qərar dərmanların aşağı qiymətə alınmasına imkan yaradır Millət vəkili


Digərləri 16 Sen 2023 19:45:00 250 0

Bu qərar dərmanların aşağı qiymətə alınmasına imkan yaradır  Millət vəkili

Tarif Şurasının dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərarı dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan yaradır ki, bu da ilk növbədə vətəndaşların maraqlarına xidmət edir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, Tarif Şurasının qərarı dərman vasitələrinin satışında daha sağlam rəqabət mühitinin yaradılmasına da stimul verəcək.

Deputat xatırladıb ki, Azərbaycan Prezidentinin 15 avqust 2023-cü il tarixli fərmanı ilə "Dərman vasitələri haqqında" qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilmişdi.

"Tarif Şurasının bu qərarı məhz cənab Prezidentin fərmanı əsasında qəbul edilib. Burda əsas məqsəd ondan ibarətdir ki, həm dərmanların insanlar üçün əlçatanlığı daha effektiv şəkildə təmin olunsun, həm də keyfiyyətə nəzarət mexanizmləri təkmilləşdirilsin. Bu, son illərdə səhiyyə sahəsində, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi islahatların daha uğurla reallaşması baxımından da vacibdir.

Çünki dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, bu sahədə daha çevik, işlək rəqabət mexanizmlərinin formalaşması, əhali üçün dərmanların əlçatanlığının təmin olunması nəticə etibarilə vətəndaşların sağlamlının qorunması hüququndan daha effektiv faydalanmasına imkan yaradır", - deyə deputat bildirib.

S.Məmmədov vurğulayıb ki, dərmanların qeydiyyat prosesinin sadələşdirilməsi fərmanın əhəmiyyətini artıran əsas məqamlardan biridir.

O qeyd edib ki, maksimum 4 ay ərzində dərman vasitələrinin qeydiyyatının həyata kemirilməsi nəzərdə tutulur.

"Bu, bir tərəfdən, dərman idxalını stimullaşdırmağa təkan verəcək, digər tərəfdən də əhalinin dərman vasitələri ilə təchizatını yaxşılaşdıracaq. Digər bir vacib məsələ isə elektron reseptlərin yazılmasına imkan verən sistemin tətbiqi ilə bağlıdır. "Dərman vasitələri haqqında" qanuna dəyişikliklərdən biri də elektron reseptlərin tətbiqidir. Elektron reseptin tətbiqi pasiyentlərə dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin yazılması hallarının qarşısının alınmasına imkan verəcək. Eyni zamanda, bu sahəyə də daha güclü nəzarət etmək baxımından əhəmiyyət kəsb edir", - deyə deputat bildirib.

Millət vəkili bildirib ki, dərman vasitələrinin təqib və izləmə sisteminin yaradılması dərman vasitələrinin idxalı və dövriyyəsinə nəzarətin daha effektiv həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək. Son.az

Ən nüfuzlu yəhudilər: Zelenski çıxarıldı, Priqojin salındı like
  • 16 Sen 19:30  
Dünya Ən nüfuzlu yəhudilər: Zelenski çıxarıldı, Priqojin salındı

Amerikanın "Open AI" şirkətinin rəhbəri Sem Altman dünyanın ən

arrow Ətraflı
“Google” 93 milyon dollar təzminat ödəyəcək like
  • 16 Sen 19:22  
Digərləri “Google” 93 milyon dollar təzminat ödəyəcək

ABŞ-nin texnoloji şirkəti "Google" Kaliforniyada açılan məhkəm�

arrow Ətraflı
Vaşinqtona olan ümidlər puç oldu? like
  • 16 Sen 19:15  
Siyasət Vaşinqtona olan ümidlər puç oldu?

Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhət

arrow Ətraflı
Bu bürcün qadınları Cəsur, Ehtiraslı və Müstəqil olur like
  • 16 Sen 19:00  
Digərləri Bu bürcün qadınları Cəsur, Ehtiraslı və Müstəqil olur

Qoç qadınları astrologiyada ən dinamik və həyəcanverici bürclərdən bir

arrow Ətraflı
Azərbaycanda bu avtomobillərin qiyməti artıb like
  • 16 Sen 18:51  
Digərləri Azərbaycanda bu avtomobillərin qiyməti artıb

Avqust ayında Bakıda Avtomobil bazarında da qiymət dəyişiklikləri müşah

arrow Ətraflı
Ermənistanın boşa çıxan Kərki kələyi  Azərbaycanın növbəti uğuru like
  • 16 Sen 18:40  
Digərləri Ermənistanın boşa çıxan Kərki kələyi Azərbaycanın növbəti uğuru

Ənvər Əliyev: "Zavodun Ararat şəhəri yaxınlığına köçürülməsi

arrow Ətraflı
Makiyajsız görüntüsü tənqid olundu like
  • 16 Sen 18:29  
Şou-biznes Makiyajsız görüntüsü tənqid olundu

Selena Gomez Nyu-Yorkda "MTV Video Music Awards" mərasiminin keçiril

arrow Ətraflı
Qız sevgilisinin “əsgərgetdi” mərasiminə dəvətnamə yazdı, qardaşı isə... like
  • 16 Sen 18:07  
Kriminal Qız sevgilisinin “əsgərgetdi” mərasiminə dəvətnamə yazdı, qardaşı isə...

Lənkəranda 2008-ci il təvəllüdlü Nəcəf bacısının sevgilisi Aydına (a

arrow Ətraflı
Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər etdi like
  • 16 Sen 18:03  
Siyasət Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər etdi

Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirm�

arrow Ətraflı
"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib"  RƏY like
  • 16 Sen 17:57  
Siyasət "Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib" RƏY

"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr ro

arrow Ətraflı
ABŞ Senatında antiAzərbaycan dinləmələri  Bakıdan sərt reaksiyalar like
  • 16 Sen 17:56  
Siyasət ABŞ Senatında antiAzərbaycan dinləmələri Bakıdan sərt reaksiyalar

"Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olm

arrow Ətraflı
Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub like
  • 16 Sen 17:51  
Dünya Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas

arrow Ətraflı
Qaraqan illər sonra üzə çıxdı  Sevgilisi ilə FOTOları yayıldı like
  • 16 Sen 17:50  
Şou-biznes Qaraqan illər sonra üzə çıxdı Sevgilisi ilə FOTOları yayıldı

Bir vaxtların məşhur reperi Qaraqan yenidən diqqət mərkəzinə düşüb.

arrow Ətraflı