"Günah keçisi" Paşinyan tərəddüdədir – Müharibə olacaq?
Siyasət 13 Sen 2023 11:58:00 461 0
Putinin sonuncu açıqlaması Rusiyanın son 30 ildə Azərbaycan Ermənistan münaqişəsi ilə bağlı siyasi mövqenin dəyişmədiyini göstərdi. Rusiya prezidentinin çıxışından belə məlum olub ki, ölkəsi həmişə Ermənistana Laçın və Kəlbəcəri təqdim etməklə münaqişəni bitirməyi təklif edib. "Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edibsə, biz daha nə deyə bilərik? Ermənistan qəbul edibsə ki, Qarabağ Azərbaycanın bir hissəsidir, söhbət nədən gedir?", - deyə o bildirib. Paşinyan bir müddət öncə Rusiyanı Cənubi Qafqazda gedən proseslərə biganə qalmaqda və bütün fikrini Ukrayna ilə müharibəyə yönəltməkdə təqsirkar bilmişdi. Bununla o, münaqişənin uzadılmasında və vəziyyətin ermənilərin lehinə getməməsində məsuliyyəti öz öhdəsindən atmaq istəyirdi. Rusiya tərəfi isə iddia edir ki, onlar həmişə "Böyük qardaş" olublar və münaqişə gedən ərazidə son sözü başqasına vermək niyyətində deyillər. Paşinyanın Rusiyadan soyumasında Qərbin rolu varmı? Siyasi şərhçilər Paşinyan hakimiyyəti ilə Rusiya arasında münasibətlərin uzaqlaşmasında əsaslı Qərb amilinin olduğunu vurğulayırlar. Burada isə vəziyyət bir qədər fərqlidir. Ermənistan tarixi boyu əldə edə bilmədiyi suverenliyi indi tətbiq etmək istəyir. Paşinyan öz maraqlarını hər şeydən üstün tutaraq, ölkəsinin siyasi xəttini buna uyğun istiqamətləndirmək niyyətindədir. Qondarma rejimdəki hakimiyyət dəyişikliyinə də müstəsna rol yükləmək istəmir. Bunu belə əsaslandırır ki, qondarma rejmdəki rəhbər dəyişikliyi Ermənistan üçün elə bir siyasi əhəmiyyət kəsb etmir. Yeni lider - Şahramanyanı da təbrik etməməsi ilə bağlı açıqlamasında vurğulamışdı ki, "O, "prezident" deyil, o sadəcə Qarabağdakı ermənilərin bir növ rəhbəridir. Onların başçısıdır. Biz beynəlxalq prinsiplərlə davam etməliyik." Münaqişənin növbəti mərhələsi kimi, müharibə olacaqmı? İkinci Qarabağ müharibəsi erməni siyasi elitası da daxil olmaqla, bütövlükdə erməni toplumunu elə qorxudub ki, onlar çətin ki, növbəti dəfə buna cəhd etsin. Ermənilərlə yanaşı, Qərb və Rusiya da regionda yeni bir münaqişədə maraqlı deyillər. Bu səbəbdən, münaqişənin, gərginləşməyən, stabil xətlə inkşafı daha çox gözləniləndir. Ülkər Vəliyeva Son.az
Bu xəbəri də oxu: Paris Sazişinin 6cı maddəsinin tam icra olunmasına nail olundu beynəlxalq karbon bazarları açılır
Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb
Bu gün Rusiya lideri Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisad
Qırmızı Ürəklər Fondunun "Təhsil Təqaüdü Proqramı" çərçi
Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münas
Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neç
Ermənistandakı rusiyapərəst müxalifət Paşinyana təzyiq edir ki, belə bi
Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Kəpəz
Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrind�
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask M
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisin
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva