"Əməkdaşlar döndükdən sonra onlarla söhbət etmək imkanımız olacaq"
Siyasət 12 Sen 2023 10:52:00 387 0
Bu gün səhər saat 7 radələrində Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
"Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanımız olacaq və bu barədə ətraflı məlumat veriləcək. Bəli, bizim Qızıl Aypara Cəmiyyətinin yükləri hələlik buradadır.
Hər hansı bir yenilik olsa, məlumat verəcəyik. Növbəti humanitar yardımlarla bağlı biz əvvəllər də qeyd etmişdik ki, yerli şəraiti bilmirik. Erməniəsilli sakinlərin ərzağa, yaxud daha çox qeyri-ərzağa ehtiyacları olub olmadığını dəqiq bilmirik. Yəni müvafiq qiymətləndirmədən sonra artıq planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun bilirik. Birinci ehtiyaclar müəyyənləşdirilir. Həmin ehtiyaclar müəyyənləşəndən sonra istiqamətlər müəyyən olunur və ona uyğun addım atılır".
Qeyd edək ki, bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi. Son.az
Bakı şəhərinin Xəzər rayonu ərazisində hərbi sursat aşkarlanıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi.
Rusiyalı bloger Dani Miloxinin övladlığa götürən atası Dmitri Tyulenev o
Siyasət Materials 12 Sentyabr 2023 09:19 (UTC +04:00)[Ermənistan minaları &
Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatmas�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcə
Dünyaca məşhur müğənni Beyonsun konserti zamanı fanatı doğum sancısı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Astroloqlar ilin sonuna doğru iş və sevgi həyatında uğur qazanacaq 3 bürc
Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
ABŞ İranla əsir mübadiləsini həyata keçirmək məqsədilə 6 milyard doll
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı aparan qata