Kosmosda dövlət quran azərbaycanlı milyarder


Dünya 09 Sen 2023 16:21:00 380 0

Kosmosda dövlət quran azərbaycanlı milyarder

Bu gün Asqardiya kosmos dövlətinin yaradıcısı, Rusiyanın "Almaz Antey" şirkətinin keçmiş rəhbəri, azərbaycanlı milyarder İqor Aşurbəylinin 60 illik yubileyidir.

Son.az axar.az-a istinadən bildirir ki, İqor Rauf oğlu Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakı şəhərində doğulub.

Əslən Əfşar sülaləsinin qolu olan məşhur Aşurbəyovlar nəslindəndir. Nəslin kökündə Aşur xan Avşar dayanır. Azərbaycan torpaqlarını birləşdirən bir hökmdar kimi tarixə düşən Nadir şah Əfşar da bu nəsildəndir. Bakı memarlığının bir çox parlaq əsərlərinin altında bu nəslin görkəmli simalarının imzası, yaranmasında böyük əməyi var. Habelə Aşurbəyli nəsli Azərbaycan elminə, onun inkişafına böyük töhfə vermiş parlaq simalar da yetişdirib. Bunlara Təzəpir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara xanım Aşurbəyli və başqaları daxildir.

İqor Aşurbəyli texnika elmləri doktoru, Rusiya Hərb Elmləri Akademiyasının və A. Proxorov adına Mühəndis Elmləri Akademiyasının həqiqi üzvüdür. Atası Rauf Aşurbəyli kimyaçı alim olub, AMEA Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdiri, anası Yelizaveta Rezanova Bakıdakı Kosmik Tədqiqatlar İnstitutunda mühəndis-metroloq vəzifəsində çalışıb.

İqor Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla, 1985-ci ilə isə Azərbaycan Sənaye İnstitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub, onun elmi rəhbərliyi ilə 1992-ci ildə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri" adlı namizədlik işini müdafiə edib.

Sovet İttifaqı dağıldıqdan sonra İqor Aşurbəyli faktiki olaraq Rusiyanın dərin böhran içərisində olan hərb sənayesini ayağa qaldıran şəxsdir. O, Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri (2001-2011), "Socium" Holdinqin İdarə Heyətinin prezidentidir. Onun elmi rəhbərliyi ilə "Favorit" zenit raket sisteminin ən yeni modifikasiyası yaradılıb, intensiv radiomüqavimət şəraitində digər hava hücumu vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan "Triumf" zenit raket sistemi Rusiya Federasiyasının Silahlı Qüvvələrində istifadəyə verilib. 2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

İ. Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli "Moskva knyazı müqəddəs Daniil" (2000, 2002, 2008), "Şərəf" (2007) ordenləri, "Georgi Jukov" (1995), "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi" (1995), "Rusiya Donanmasının 300 illiyi" (1996), "Moskvanın 850 illiyi" (1997) xatirə medalları ilə təltif olunub. Akademik V. Utkin adına qızıl medalın (2005), "SSRİ EA-nın akademiki A. A. Raspletin" gümüş medalının (2008) sahibidir. "Rusiya iqtisadiyyatının lideri" milli mükafatının (2004), akademik A. Proxorov adına mükafatın (2008), "İlin adamı" milli mükafatının (2009) və s. laureatıdır.

İqor Aşurbəyli 100-dən artıq elmi məqalənin, bir ensiklopediyanın, üç monoqrafiyanın müəllifidir.

O, 1983-cü ildən Viktoriya adlı xanımla evlidir. Oğlu Ruslan Moskva Aviasiya İnstitutunu bitirib, hazırda "Sosium-A" holdinqinin baş direktorudur.

İqor Aşurbəyli 12 oktyabr 2016-cı ildə Asqardiya Kosmik Dövlətini təsis edib və bu virtual dövlətin Kralıdır. Hazırda Asqardiyanın vətəndaşları, idarə strukturları digər atributları da var. Son.az

TDT Baş katibi də qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi like
  • 09 Sen 16:14  
Digərləri TDT Baş katibi də qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Azə

arrow Ətraflı
"Kişi olub arvadına sahib çıxardın" sözləri cinayətə səbəb oldu like
  • 09 Sen 16:12  
Kriminal "Kişi olub arvadına sahib çıxardın" sözləri cinayətə səbəb oldu

Türkiyədə qısqanclıq zəmnində qanla bitən hadisə yaşanıb.

arrow Ətraflı
“Gmail”də toplu mesajlar üçün funksiya like
  • 09 Sen 15:49  
Dünya “Gmail”də toplu mesajlar üçün funksiya

"Gmail", istifadəçilərin ən çox ehtiyac duyduğu funksiyasını t

arrow Ətraflı
Türkiyə XİN Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi like
  • 09 Sen 15:43  
Digərləri Türkiyə XİN Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qey

arrow Ətraflı
İranda insanlar hicabsız qadını dəstəklədilər like
  • 09 Sen 15:38  
Dünya İranda insanlar hicabsız qadını dəstəklədilər

Məşhəd şəhərində çəkilən videoya görə, hicabdan imtina edən bir qad

arrow Ətraflı
Rusiyadan Xankəndiyə göndərilmiş humanitar yardım Ağdam yolundan keçəcək like
  • 09 Sen 15:28  
Digərləri Rusiyadan Xankəndiyə göndərilmiş humanitar yardım Ağdam yolundan keçəcək

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti

arrow Ətraflı
Xankəndi həqiqətləri: "Şəhərin yerli əhalisi azərbaycanlılardır, ermənilər sonradan gəlib" like
  • 09 Sen 15:27  
Digərləri Xankəndi həqiqətləri: "Şəhərin yerli əhalisi azərbaycanlılardır, ermənilər sonradan gəlib"

Ermənilər Xankəndiyə sonradan gəlib. Şəhərin yerli əhalisi azərbaycanl

arrow Ətraflı
2 tır 40 ton un 12 gündür AğdamXankəndi yolunda gözləyir like
  • 09 Sen 15:20  
Digərləri 2 tır 40 ton un 12 gündür AğdamXankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan

arrow Ətraflı
Xarici liderlər Putinin iştirak edəcəyi Şərq İqtisadi Forumunu boykot edəcəklər like
  • 09 Sen 14:55  
Dünya Xarici liderlər Putinin iştirak edəcəyi Şərq İqtisadi Forumunu boykot edəcəklər

Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023)

arrow Ətraflı
NASAnın Ay missiyasını işə salmağa imkanı çatmır like
  • 09 Sen 14:54  
Dünya NASAnın Ay missiyasını işə salmağa imkanı çatmır

ABŞ-nin Artemis Ay proqramı çərçivəsində uçuşlar üçün hazırlanmış

arrow Ətraflı
Taxıl sazişi üzrə şərtlərimiz məlumdur like
  • 09 Sen 14:45  
Dünya Taxıl sazişi üzrə şərtlərimiz məlumdur

Rusiya tərəfinin taxıl sazişi üzrə şərtləri yaxşı məlumdur.

arrow Ətraflı
Ermənistanın üzvlüyünə Türkiyə imkan verməyəcək like
  • 09 Sen 14:43  
Dünya Ermənistanın üzvlüyünə Türkiyə imkan verməyəcək

Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələ

arrow Ətraflı
Gürcüstan Türkiyədən polad məhsulları idxalını azaldıb like
  • 09 Sen 14:35  
Digərləri Gürcüstan Türkiyədən polad məhsulları idxalını azaldıb

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana polad məhsulları

arrow Ətraflı
5 gün öncə atdan yıxıldı, like
  • 09 Sen 14:32  
Digərləri 5 gün öncə atdan yıxıldı,

Şəkidə 5 gün öncə atdan yıxılan şəxs ölüb.

arrow Ətraflı