Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR


Digərləri 04 Sen 2023 23:56:00 190 0

Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR

Statistikaya əsasən, son 1 ildə ərzaq məhsulları 30%-dək bahalaşıb.

Qiymət artımı daha çox mal əti, duru yağlar və uşaq qidalarında müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, ötən illə müayisədə bu ilin iyulunda əhali mal ətində 2-3 manata qədər artıq pul xərcləməli olub.

milli.Az xəbər verir ki, sözügedən bahalaşmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb.

"Qiymətində artım müşahidə olunan məhsulların demək olar ki, əksəriyyəti Azərbaycanda istehsal olunmur. Hətta yerli brend kimi bazarda təqdim edilən duru yağlar ölkədə sadəcə qablaşdırılır. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna münqaişəsi qiymət artımına birbaşa formada təsir göstərir. Xüsusilə Azərbaycanın duru yağlarla bağlı əsas idxalının Ukraynadan olduğunu nəzərə alsaq, biz bunu daha dəqiq əsaslandıra bilərik. Uşaq qidalarına gəldikdə isə, bu növ məhsullar hətta Azərbaycanda qablaşdırılmır və birbaşa xaricdən gətirilir və qiymət dəyişikləri ölkəmizdə də özünü biruzə verir. Məhz uşaq qidaları ilə bağlı dəfələrlə təkliflərimiz olub ki, bu qidalar sosialyönümlü məhsuldur və dünyanın bir çox ölkələrində uşaq qidalarına, geyimlərinə, aksesuarlarına vergi və gömrük güzəştləri tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, bu qayda yoxdur. Əksinə, həm gömrük rüsumu, həm də əlavə dəyər vergisinin tətbiq olunması qiymətlərin daha da artmasına səbəb olan faktorlardan biridir. Ona görə də təklif olunub ki, heç olmasa satışda əlavə dəyər vergisinin 18 faizdən heç olmasa 2 faizə salınmalıdır. Bu növ qidalarda qiymətlərin yüksək olması yeni formalaşan gənc ailələrin büdcəsinə çox pis təsir göstərir. Ona görə bütün sosialyönümlü məhsullarla bağlı gömrükdə və vergidə yeni yanaşmaya ehtiyac var".

Ekspert mal və qoyun ətində olan bahalaşmanın isə örüş sahələrinin azalması və yem qiymətlərinin artımı ilə bağlı olduğunu qeyd edib.

"Əslində ət qiymətlərinin bahalaşması gözlənilən idi, çünki 2015-2016-cı illərdən bəri ölkədə örüş yerləri və yem bazası ilə bağlı ciddi problemlər yaşandı. Texniki bitkilərin əkin sahəsinin kəskin şəkildə artırılması örüş yerlərinin azalmasına və yem bazasına olduqca mənfi təsir göstərdi. Azərbaycanda mal-qara yeminin qiyməti son 6-7 ildə 2 dəfədən çox artıb. Bəzi növlər üzrə hətta 3 dəfə artım müşahidə olunur. Təbii ki, yemin qiyməti artdıqca, ətin qiymətinə təsir göstərir. Digər səbəb isə odur ki, fermerlər və mal-qara saxlayanlar başqa sahələrdə qiymət artımını gördükdən sonra öz ehtiyaclarını ödəmək üçün məhsullarının qiymətini də artırmaq məcburiyyətində qalırlar. Ölkədə 2021-ci ildən bəri ikirəqəmli infikiyasiya müşahidə olunur və bu da ətin qiymətinin artmasına sövq edir. Bütün bu amilləri nəzərə alsaq, təbii ki, mal və qoyun ətinin artması heç də gözlənilməz deyil".

Ramil Nabran həmkarı üçün NyuYorka like
  • 04 Sen 23:51  
Şou-biznes Ramil Nabran həmkarı üçün NyuYorka

Reper Ramil Nabran Nyu-Yorka yollanıb.

arrow Ətraflı
Məşhur aktrisa əsa ilə gəzərkən görüntüləndi  FOTO like
  • 04 Sen 23:45  
Şou-biznes Məşhur aktrisa əsa ilə gəzərkən görüntüləndi FOTO

Amerikalı aktrisa Ember Hörd Madriddəki evinin yaxınlığında qoltuq ağac�

arrow Ətraflı
Ad günündə dünya turundan 461 milyon QAZANDI like
  • 04 Sen 23:41  
Şou-biznes Ad günündə dünya turundan 461 milyon QAZANDI

Bu gün doğum gününü qeyd edən dünya şöhrətli amerikalı pop ulduz Beyo

arrow Ətraflı
Şagirdləri ilə cinsi əlaqədə olan müəllim həbs edildi like
  • 04 Sen 23:36  
Dünya Şagirdləri ilə cinsi əlaqədə olan müəllim həbs edildi

ABŞ-ın Alabama ştatında xristian məktəbinin müəllimi şagirdlərlə cins

arrow Ətraflı
Ölümdən sonra həyatın olubolmadığı AÇIQLANDI like
  • 04 Sen 23:30  
Digərləri Ölümdən sonra həyatın olubolmadığı AÇIQLANDI

Con Hopkins Universitetinin təbiət fəlsəfəsi professoru Şon Kerroll ölüm

arrow Ətraflı
Azərbaycanda aliment pulunu oğurlayan ATA: like
  • 04 Sen 23:23  
Digərləri Azərbaycanda aliment pulunu oğurlayan ATA:

Sumqayıtda aliment ödəyən ata keçmiş arvadı və icra məmurunu unikal ş�

arrow Ətraflı
Ərdoğan Soçidə tərcümə cihazı ilə çətin anlar yaşadı  VİDEO like
  • 04 Sen 23:15  
Dünya Ərdoğan Soçidə tərcümə cihazı ilə çətin anlar yaşadı VİDEO

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Türkiyə rəhb�

arrow Ətraflı
Raket hücumu altında metroda dərs günü...  FOTOlar like
  • 04 Sen 23:08  
Dünya Raket hücumu altında metroda dərs günü... FOTOlar

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukraynanın Xarkov vil

arrow Ətraflı
Bakıda parklanan maşın hərəkət edib səkidən düşdü like
  • 04 Sen 23:00  
Digərləri Bakıda parklanan maşın hərəkət edib səkidən düşdü

Bakıda parklanan avtomobil öz-özünə hərəkət edib.

arrow Ətraflı
Ravvinlər Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxdı like
  • 04 Sen 22:57  
Siyasət Ravvinlər Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxdı

Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevi

arrow Ətraflı
Məşhur müğənni VƏFAT ETDİ  FOTO like
  • 04 Sen 22:52  
Şou-biznes Məşhur müğənni VƏFAT ETDİ FOTO

Bü gün ömrünün bitməsinə 1 həftə qaldığı açıqlanan "Smash mo

arrow Ətraflı
İbrahim Tatlıses biznesini oğluna verdi like
  • 04 Sen 22:45  
Şou-biznes İbrahim Tatlıses biznesini oğluna verdi

Türkiyəli məşhur müğənni İbrahim Tatlıseslə birinci arvadı Adalet Sa

arrow Ətraflı
Türkiyədə meşə yanğını başlayıb like
  • 04 Sen 22:38  
Digərləri Türkiyədə meşə yanğını başlayıb

Türkiyənin Ağrı vilayətində meşəlik ərazidə yanğın başlayıb.

arrow Ətraflı
Bu 5 bürcə müjdə!  2023cü ilin sonunadək like
  • 04 Sen 22:30  
Digərləri Bu 5 bürcə müjdə! 2023cü ilin sonunadək

Bəzi insanlar doğru sevgini, həyat yoldaşını və həqiqi tərəf müqabili

arrow Ətraflı
3 saata 26 milyon bilet satıldı like
  • 04 Sen 22:15  
Şou-biznes 3 saata 26 milyon bilet satıldı

Ən son "Midnights" albomu ilə rekorda imza atan müğənni Teylor Sv

arrow Ətraflı