İlin ən böyük Super Ay hadisəsi müşahidə olunub


Digərləri 31 Avq 2023 06:30:00 310 0

İlin ən böyük Super Ay hadisəsi müşahidə olunub

2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Son.az-a verilən məlumata görə, Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olub və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçib. Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olub. Perigeydə Aya qədər məsafə 357 181 km təşkil edib. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.

Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə edilib. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

Ay Yer ətrafında çevrə üzrə deyil, elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi daim dəyişir. Orbitdə ən yaxın nöqtə perigey, ən uzaq isə apogey adlanır. Lakin Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində perigey və apogey məsafələri stabil qalmır, periodik olaraq dəyişir. Perigey məsafəsi 356420 km-dən 369960 km-ə, apogey məsafəsi isə 404180 km-dən 406740 km-ə qədər dəyişə bilir. Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356 424 km olub.

Super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir.

Okean fotoqraflarının çəkdikləri heyrətamiz kadrlar – like
  • 31 Avq 06:06  
Dünya Okean fotoqraflarının çəkdikləri heyrətamiz kadrlar –

Dünyanın ən maraqlı müsabiqələrindən bir də "İlin Okean Fotoqraf�

arrow Ətraflı
Stressdən necə qurtulmaq olar? – Psixoloq məsləhəti like
  • 31 Avq 05:05  
Digərləri Stressdən necə qurtulmaq olar? – Psixoloq məsləhəti

İşdə, evdə, bir sözlə gündəlik həyatımızda tez-tez stress halı ilə

arrow Ətraflı
Sentyabrda üzü güləcək 5 bürc like
  • 31 Avq 04:04  
Digərləri Sentyabrda üzü güləcək 5 bürc

Astroloqların araşdırmalarına görə, bəzi bürclərin sentyabr ayında üz

arrow Ətraflı
Günəşlənərkən dəriyə pivə çəksəniz nə baş verər? like
  • 31 Avq 03:03  
Digərləri Günəşlənərkən dəriyə pivə çəksəniz nə baş verər?

Dermatoloqlar pivənin qaralmağa necə təsir etdiyini açıqlayıblar.

arrow Ətraflı
Milyarderlərin “qiyamət hazırlığı”  Bu ölkələrdən torpaq alırlar like
  • 31 Avq 02:02  
Digərləri Milyarderlərin “qiyamət hazırlığı” Bu ölkələrdən torpaq alırlar

Elm adamları qiyamət günü ilə bağlı maraqlı araşdırma aparıb.

arrow Ətraflı
Aleynanın FOTOsu müzakirə yaratdı – Çılpaq bədəni bir qırağa, like
  • 31 Avq 01:01  
Şou-biznes Aleynanın FOTOsu müzakirə yaratdı – Çılpaq bədəni bir qırağa,

Türkiyəli müğənni Aleyna Tilki yenidən diqqətləri öz üzərinə çəkm�

arrow Ətraflı
Bakıda səfirlikdən məhkəməyə: yemək daşımaq da ABŞın "geosiyasi marağı"dır? – like
  • 31 Avq 00:43  
Siyasət Bakıda səfirlikdən məhkəməyə: yemək daşımaq da ABŞın "geosiyasi marağı"dır? –

"... Burada əsas məsələ biznes qurmaq yox, həmin biznesi qorumaqdır.

arrow Ətraflı
Ana südünü əvəz edən qida ixtira edildi like
  • 31 Avq 00:34  
Digərləri Ana südünü əvəz edən qida ixtira edildi

Süni intellekt ana südünü əvəz edən qida ixtira edib.

arrow Ətraflı
Bu keçid balları təəccübləndirdi  SİYAHI like
  • 31 Avq 00:17  
Digərləri Bu keçid balları təəccübləndirdi SİYAHI

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisəl

arrow Ətraflı
Günün qoroskopu: Səbrli, təmkinli olun like
  • 31 Avq 00:01  
Digərləri Günün qoroskopu: Səbrli, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü  FOTO like
  • 30 Avq 23:56  
Digərləri Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü FOTO

Təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı rayonun Aşağı Tala

arrow Ətraflı
Məşhur müğənni ifa etdiyi mahnıya görə SAXLANILDI like
  • 30 Avq 23:51  
Digərləri Məşhur müğənni ifa etdiyi mahnıya görə SAXLANILDI

İranlı müğənni Mehdi Yarrahi hicab tələbinə qarşı ifa etdiyi mahnıya

arrow Ətraflı
Mavi Ay bürcləri altüst edəcək  İlin ən həyəcanlı vaxtı başladı like
  • 30 Avq 23:45  
Digərləri Mavi Ay bürcləri altüst edəcək İlin ən həyəcanlı vaxtı başladı

Astrologiya həvəskarları üçün həyəcanlı bir dövr başlayıb. Nadir sə

arrow Ətraflı
Helikopterlər toqquşdu, pilotlar həlak oldu like
  • 30 Avq 23:39  
Digərləri Helikopterlər toqquşdu, pilotlar həlak oldu

Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb.

arrow Ətraflı
Afranın büstqaltersiz FOTOsu gündəm oldu like
  • 30 Avq 23:30  
Digərləri Afranın büstqaltersiz FOTOsu gündəm oldu

"Yalı Çapkını" serialının ulduzu Afra Saraçoğlu sosial media h

arrow Ətraflı