Ermənilərin "etiraz"larının arxasında Parisdən "zəruri təlimatlar" alan


Siyasət 30 Avq 2023 15:08:00 337 0

Ermənilərin "etiraz"larının arxasında Parisdən "zəruri təlimatlar" alan

Elçin Alıoğlu TREND  

Cənubi Qafqazda geosiyasi təsir imkanlarına yiyələnmək, xarici siyasətində illərdən bəri məruz qaldığı uğursuzluqları məhz Ermənistan vasitəsilə kiçik də olsa, irəliləyişə nail olmağa çalışır.

Bu gün səhər saatlarında İrəvandan Ermənistanın şərti dövlət sərhədinə, Laçın rayonu ilə üzbəüz olan Kornidzora 10 ağırtonnajlı yük maşını yola düşüb.

Rəsmi açıqlamalara görə, həmin mahınlar "qarabağlı ermənilər üçün humanitar yardım" aparırlar.

Maşınlardan hər birinin kabininə "Qarabağlı ermənilərə Fransanın yardımı" yazılıb.

Həmin avtomobillri Paris meri Ann İdalqo da müşayiət edib.

Kornidzora çatdıqda o, sosial şəbəkədə belə paylaşıb edib: "Mən Parisin və digər icmaların rəsmiləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120 min qarabağlı erməni, o cümlədən 30 min uşaq təcrid olundu ac qaldı, hər şeydən məhrum edildi. Bu humanitar fəlakətlə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir".

Azərbaycan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilər üçünsə Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.

Yük yerlərində 40 ton un məmulatları olan iki ağırtonnajlı yük maşını artıq ikinci gündür ki, Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər.

Ağdam-Xankəndi yolundakı humanitar yardımın Xankəndinə daşınması, qarabağlı ermənilərə paylanması üçün ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) komandanlığı ilə danışıqlar aparılıb.

Hələlik bir cavab alınmayıb.

Tam əksinə, rusiyalı sülhməramlılar yolu tikanlı məftillə bağlayıblar, sipərlər quraşdırıblar. Bütün bunlar yolla avtomobillərin hərəkətinin qarşısını almaq üçündür.

Qarabağlı ermənilərsə Ağdam-Xankəndi yolunun davamında, RSK postundan o tərəfdə etiraz aksiyaları keçirir, çadırlar qururlar. Onların dediklərinə görə, Bakının yolladığı humanitar yardımı qəbul etməyəcəklər.

Təbii ki, ermənilərin "etiraz"larının arxasında Parisdən "zəruri təlimatlar" alan rəsmi İrəvan durur.

Ermənilərin aylardan bəri isterik propaqanda subyektinə çevirdikləri "Laçın yolunun blokadası", "humanitar fəlakət" və "aclıq" narrativlərinin əsassız iddialar, həyasız yalanlar olduğu çoxdan məlumdur. Ağdam-Xankəndi marşrutunda Bakının yolladığı humanitar yardım maşınlarının gözləməsi, ermənilərin onları buraxmaqdan imtina etmələri Xankəndindəki separatçı xuntanın bəyanatları ilə Ermənistan rəhbərliyinin açıqlamalarının nə qədər absurd olduğunu aşkar göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyanın indiki situasiyada iki variantda qərar qəbul etmək imkanlar var:

1. Bakının yolladığı, hazırda Ağdam-Xankəndi yolunun Əsgəran istiqamətində RSK postu qarşısında gözləyən 2 yük maşını buraxılır, un məmulatları Xankəndində anbara boşaldılır və sonra da gerçəkdən də ehtiyacı olan qarabağlı ermənilər arasında paylaşdırılır. Bu, İrəvanın konstruktiv, real addımı olmaqla yanaşı, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin başlanmasına təkan verərdi. Daha sonra isə Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizi layihəsi və yekun sülh sazişi ilə bağlı müzakirələri intensivləşdirmək olar.

2. Bakıdan göndərilən humanitar yardım qəbul olunmur, qarabağlı ermənilərin "Acından ölərik, türk çörəyi yemərik!", "Bakıdan humanitar yardım istəmirik - Laçın yolunu açın!" və s. məzmunlu şüarlar səsləndirdikləri aksiyaları davam edir, Fransa başda olmaqla erməniləri himayə edən dövlətlərlə beynəlxalq təşkilatlar Kornidzora "humanitar yüklü" maşınlar yollamağa davam edirlər, sosial şəbəkələrdə və Qərb mediasında "acından ölməyə başlayan, Laçın yolunun bağlanmasının məşəqqətlərlə üzləşdirdtiyi qarabağlı ermənilər" narrativli propaqanda davam edir.

Belədə ermənilər beynəlxalq arenada və xüsusilə də diplomatiya müstəvisində növbəti ağır məğlubiyyətə məruz qalacaqlar. Bakının yolladığı humanitar yardım bilərəkdən, qəsdən qəbul edilmmirsə, deməli, "aclıq", "blokada", "humanitar fəlakət"lə bağlı ağlaşmalar və vaysınmalar puç, mənasız və absurd iddialardır. Çünki aşkarlanır ki, qarabağlı erməni separatçılarının "aclığı" sırf coğrafi arealla bağlıdır, "blokada"nı isə onlar özləri yaradıblar.

Hər şey göz qabağındadır: "aclıq"da olan, "yeməyə çörək tapmayan" və az qala "acından huşunu itirən" qarabağlı ermənilər Ağdam-Xankəndi yolunun Əsgərandakı hissəsini beton bloklarla bağlayıblar.

Üstəlik, qarabağlı erməni separatçılarının dünən RSK-nın avtomobilinin qarşısını kəsərək "yoxlama" aparmaları və bu zaman RSK-nın mətbuat xidmətinin əməkdaşı, hərbi qulluqçu Georgi Konstantinoviç Kaluqini döymələri də qeydə alınıb.

Rusiyalı sülhməramlını döyən, yolu bağlayaraq RSK-nı diskreditasiya etməyə və daha da nüfuzdan salmağa çalışan qarabağlı erməni separatçıların məqsədi situasiyanı maksimal dərəcədə gərginləşdirmək, sülh sazişinin imzalanmasına yönəlmiş prosesi dayandırmaq və bölgəyə digər "oyunçular"ı cəlb etməkdir.

Lakin danılmaz gerçək var: 44 günlük İkinci Qarabağ Müharibəsinin sonuclarından ermənilər nəticə əldə etmədilər, dərs almadılar. Onlar yenə də əvvəlki taktika və strategiyalarına sadiq qalaraq yanlış addımlar atmağa davam edirlər.

Parisin meri Ann İdalqoya gəldikdə isə, onun missiyası paradoksaldır. Qarabağlı ermənilər Ağdam-Xankəndi marşrutu ilə yollanır humanitar yardımları qəbul etmək isətmirlərsə, sırf "humanizm dəyərlərinə əsaslanaraq" Laçın yolunun açılması, Ermənistandan Xankəndinə və əks istiqamətdə tam sərbəst hərəkətin təminatı hansı məntiqlə tələb oluna bilər?!

Fransa qarabağlı ermənilərə humanitar yardım çatdırmaq istəyirsə, problem yoxdur. Həmin yüklər Bakıya göndərilə bilər, müvafiq gömrük nəzarət-təftişindən sonra Ağdama, oradan da Xankəndinə daşına bilər.

Ancaq humanitar fəaliyyət adı ilə siyasi provokasiyalara əl atmaq, Bakıya təzyiq göstərməyə çalışmaq mənasızdır.

Alınmayıb, alınmayacaq da.

Naxçıvanda idarə rəisi işdən çıxarıldı like
  • 30 Avq 15:04  
Digərləri Naxçıvanda idarə rəisi işdən çıxarıldı

Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi işdən azad olu

arrow Ətraflı
Abituriyentlər niyə təhsil üçün xarici ölkələrə üz tuturlar? like
  • 30 Avq 15:03  
Digərləri Abituriyentlər niyə təhsil üçün xarici ölkələrə üz tuturlar?

Ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə 300-ə yaxın ixtis

arrow Ətraflı
Zamiq Hüseynov şəhid övladları üçün oxudu  VİDEO  FOTO like
  • 30 Avq 15:00  
Şou-biznes Zamiq Hüseynov şəhid övladları üçün oxudu VİDEO FOTO

Müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə oxuduğu "Mən

arrow Ətraflı
"31 il həsrətlə yaşamaq çox çətindir" like
  • 30 Avq 14:53  
Digərləri "31 il həsrətlə yaşamaq çox çətindir"

Mənim də qardaşım Abbas Behbudov 1-ci Qarabağ müharibəsində Zənginlan r

arrow Ətraflı
Hüseyn bu dəfə Qırğızıstan prezidenti ilə görüşdü like
  • 30 Avq 14:47  
Şou-biznes Hüseyn bu dəfə Qırğızıstan prezidenti ilə görüşdü

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov)

arrow Ətraflı
Rusiya sülhməramlıları ermənilərə təklif etdi  Bakıdan göndərilən 40 ton un... like
  • 30 Avq 14:40  
Digərləri Rusiya sülhməramlıları ermənilərə təklif etdi Bakıdan göndərilən 40 ton un...

Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiy

arrow Ətraflı
Nüvə sınağını o zaman keçirərik ki... like
  • 30 Avq 14:31  
Dünya Nüvə sınağını o zaman keçirərik ki...

Rusiya nüvə sınağını o zaman keçirər ki, bununla bağlı ilk qərar ABŞ

arrow Ətraflı
Niderlanddakı icmamız Ermənistanın bu təxribatlarına etiraz etdi  FOTO like
  • 30 Avq 14:24  
Siyasət Niderlanddakı icmamız Ermənistanın bu təxribatlarına etiraz etdi FOTO

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması fəalların

arrow Ətraflı
Bu gün ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq like
  • 30 Avq 14:20  
Dünya Bu gün ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi mü

arrow Ətraflı
Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı like
  • 30 Avq 14:10  
Dünya Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı

Son zamanlar müsəlmanlara qarşı zülmü ilə gündəmə gələn Hindistan da

arrow Ətraflı
“Toyota” sistem nasazlığından sonra zavodlarını yenidən açır like
  • 30 Avq 13:58  
Digərləri “Toyota” sistem nasazlığından sonra zavodlarını yenidən açır

Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" əvvəllər sist

arrow Ətraflı
Liftdə DƏHŞƏTLİ ANLAR – Şaxtaya düşdülər like
  • 30 Avq 13:47  
Digərləri Liftdə DƏHŞƏTLİ ANLAR – Şaxtaya düşdülər

Çində 3 nəfər şəxs liftdə bədəxt hadisə ilə üzləşib. Son.az xar

arrow Ətraflı
"Zolotaya korona" köçürmə sisteminə də hücum oldu like
  • 30 Avq 13:25  
Dünya "Zolotaya korona" köçürmə sisteminə də hücum oldu

Ukraynadan olduğu güman edilən hakerlər "Zolotaya Korona" (KoronaP

arrow Ətraflı
Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib like
  • 30 Avq 13:24  
Siyasət Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər

arrow Ətraflı