“Laçın” sərhədburaxılış məntəqəsi beynəlxalq hüquqa uyğun olaraq yaradılıb Nizami Səfərov
Siyasət 28 Avq 2023 20:42:00 322 0
"Cari ilin 23 aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması starteji əhəmiyyət kəsb edərək, ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasi istiqamətində atılan ən mühüm addımlardan biridir".
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.
İlk növbədə qeyd etmək lazımdır ki, bu cür təsisatların yaradılması Azərbaycan dövlətinin suveren hüququdur və beynəlxalq hüquqda hamılıqla tanınan ərazi üstünlüyü prinsipindən irəli gəlir. "Laçın" sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbənin və Ermənistanın kapitulyasıyasının məntiqi hüquqi nəticəsidir. Digər tərəfdən, belə bir addımın atılmasının çox ciddi səbəbləri var və burada ilk növbədə həm ölkəmizin, həm də ümumilikdə regionun təhlükəsizliyinin təmin edilməsi başlıca rol oynayır. Bu mənada bəzi faktları geyd etmək kifayətdir. 2022-ci ilin avqustundan bu qünədək mənfur qonşularımız tərəfindən Laçın yolu ilə Ermənistanda 2021-ci ildə istehsal olunmuş 2700 mina və partlayici qurğular ərazimizə daşınmışdır. Bu hərəkətlər özündə müharibə cinayətlərini ehtiva edərək, eyni zamanda insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. İkinci Qarabağ müharibəsi başa catandan sonra 302 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib. Onlardan 57-si həlak olub, 245 nəfəri isə ağır bədən xəsarəti alıb.
Növbəti bir hüquqi məqam ondan ibarətdir ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat sərhəd-buraxılış məntəqəsi tipli təsisatların yaradılmasını qadağan etmir və edə də bilməzdi. Xatırladım ki, Bəyanatın mətninin 6-cı bəndində qöstərilir ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Dövlətimiz hüquqi öhdəliyinə tam sadiq olduğu halda, Ermənistan tərəfi başqa bir mövqe sərgiləyərək, təxribat törətməkdən belə çəkinməmişdir. İyunun 15-də saat 8.45-də Ermənistan ərazisindən sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən avtomat silahlardan atəş açılması nəticəsində burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdır. Bundan sonra bütün dünyaya car çəkən Ermənistan, hansisa mifik "blokada", "humanitar fəlakət"dən danışır, çirkin manipulyasiyalara əl atır. Hətta bir müddət öncə Ermənistan Beynəlxalq məhkəməyə növbəti dəfə müraciət edərək iddia etmişdir ki, guya sərhəd-buraxılış məntəqəsinin qurulması vəziyyəti "kəskin" dəyişmişdir. Təbii olaraq, BMT-nin əsas məhkəmə orqanı sonuncu müraciətlə bağlı 6 iyul 2023-cü il tarixində aralıq tədbirləri ilə bağlı Ermənistana yekdilliklə rədd cavabı vermişdir.
Bütün baş verən hadisələr bir daha onu təsdiq edir ki, Ermənistan öz acı məğlubiyyətindən nəticə çıxarmaq istəmir, hüquqi xarakter daşıyan məsələləri siyasiləşdirir və yalnız regionda vəziyyəti qərginləşdirməyə çalışır.
Əlbəttə ki, heç bir dövlət, dövlətlər qrupu və ya beynəlxalq təşkilat Azərbaycanın suveren ərazisində həyata keçirdiyi tədbirlərə maneçilik törədə bilməz. Bu ərazilərdə, "Laçın" sərhəd-buraxılış məntəqəsi də daxil omaqla, istənilən təsisatın yaradılması dövlətimizin sarsılmaz iradəsini nümayiş etdirərək, Azərbaycanın beynəlxalq hüquqdan irəli qələn leqitim addımı kimi qiymətləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib.
Bugünlərdə yaşadığı depressiv vəziyyəti ilə gündəm olan məşhur tü
"Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməl
Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etmək
Sentyabrda Hindistanda keçiriləcək G20 sammitində Rusiyanı xarici işlər n
Bu il Azərbaycana gələn turistlərin sayı təqribən 40%-ə qədər artıb.
Paytaxtın Nərimanov rayonunda yerləşən "Metropark" ticarət mərk
2023-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 69 yeni m�
Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqla
2023-2026-cı illər ərzində uşaqlar üçün sosial xidmət müəssisələrin
Bu gün Bakıda "Salam" Ikinci Beynəlxalq Yeniyetmə Film Festivalın
Britaniya kral ailəsinin gəlini olduqdan sonra həyat yoldaşı şahzadə Harr