Laçına növbəti ailələrin köçü olub
Digərləri 20 Avq 2023 09:09:00 291 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bu xəbəri də oxu: Çingiz Şəfiyev vəfat etdi
Son.az Trend-ə istinadən bildirir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.
Son.az
2 həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.
Azərbaycanda bir neçə vatsap istifadəçisinin hesabı bağlanıb.
"X" sosial şəbəkəsi şəxsiyyəti təsdiq edən fotodan istifadə
Bu yay izlənməsinə görə rekorda imza atan "Barbi" filminin qəhr�
Aparıcı Xoşqədəm Hidayətqızı tələbəlik illərində yaşadığı ağı
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva
Şəmkir rayonunda 1983-cü il təvəllüdlü Arif ailə münaqişəsi zəminind
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Dedektiv janrında olan "The Sniffer" serialının aktyoru Aleksey Xil
Rusiyanın Perm vilayətində məktəb avtobusu yoldan çıxaraq aşıb.
Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı mikroavtobusu
Mərkəzi Bankın açıqladığı hesabata görə, bu ilin yanvar-iyun aylarınd