Ceyhun Bayramov Ceyk Sallivanla görüşüb
Siyasət 28 İyn 2023 20:18:00 364 0
28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Moskva vilayətindən olan 8-ci sinif şagirdi ona "böyüklər kimi yaşam
"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz yol qəzası keçir
Məlum olub ki, kor bolqar görücü bürc dairəsinin müəyyən nümayəndəl�
Rusiya üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin sabit
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Az�
Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona dav
Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokr
Fransanın Nanter rayonunda polis qaradərili yeniyetməni öldürdükdən sonra
Xəstəliklərlə mübarizə apara bilmək üçün orqanizmin vitamin və minera
General Sergey Surovikin "Vaqner" rəhbəri Yevgeni Priqojinin qiyama
"Qadın üçün ailəni və işi birgə aparmaq hər zaman çətindir. Qad
Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib.
Yekun sülh sazişinin imzalanmasınna yönəlmiş prosesdə mümkün qədər ç
Məqsədimiz Türkiyənin güclü və təsirli gücə malik bir ölkə olmasın�
Dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin profe