Bakıya iki istiqamətdə PUSQU QURULDU
Siyasət 28 İyn 2023 12:42:00 343 0
Ermənistanın təxribatları ara vermək bilmir. Bu, istər silahlı insident şəklində olsun, istərsə də dezinformasiya sarıdan... Dünən Ermənistan bu iki "silahının" hər ikisini birdən işə saldı. Belə ki, biz həm Arazdəyən istiqamətində dezindormasiyanın şahidi olduq, həm də Rusiya sülhməramlı kontingentinin müvıəqqəti nəzarət zonasındakı separatçı qeyri-qanuni silahlı dəstə üzvlərinin mövqelərimizi intensiv atəşə tutmasının...
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
XİN başçılarının Vaşinqton görüşünün baş tutduğu bir vaxtda Ermənistan tərəfindən bu təxribatların baş verəcəyi gözlənilən idi. Xüsusilə də Arazdəyənlə bağlı növbəti dezinformasiya görünür İrəvan üçün hava-su kimi vacib imiş. Ermənistan hərbi-siyasi rəhbərliyi həmişəki kimi yalan, əsassız iddialar səsləndirdi ki, guya Azərbaycanın Naxçıvandakı bölmələri Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodunu atəşə tutub.
Səbəb gün kimi aydındır. Nəzərə alsaq ki, sözügedən zavodun investoru ABŞ-dır və bu dezinformasiya Vaşinqtonda XİN başçılarının görüşü ərəfəsində yayıldı, o zaman rəsmi İrəvanın məqsədi bəllidir. Erməni tərəfi bu cür əsassız xəbərlərlə okeanın o tayında keçirilən görüş ərəfəsində yaymaqla sülh danışıqlarında əllərini gücləndirməyə, özünə dəstək qazanmağa hesablayıb:
- Rəsmi İrəvan bu yolla Bakıya qarşı Vaşinqtonun təzyiq göstərməsinə çalışır
- Ermənistan məhz bu görüşün baş tutduğu saatlarda belə bir gərgin vəziyyətə rəvac verməklə can atır ki, ABŞ Azərbaycana barmaq silkələsin. Konkret desək, İrəvanın məqaəsi vasitəçi Vaşinqtonla danışıq tərəflərindən biri olan Bakını üz-üzə qoysun və bu görüşdə də faktiki olaraq müsbət nəticə əldə edilməsin.
Əslində bu ssenari Ermənistan baş naziri Nikol Paşinyan dünən 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında etdiyi açıqlamalarla növbəti dəfə diqqətləri üzərinə çəkdi. Erməni baş nazir ifadəsində belə bir fikr səsləndirdi: "Müharibə zamanı bəzi silahlardan istifadə hüququ tam olaraq Ermənistanın əlində deyildi".
Paşinyan 44 günlük müharibə vaxtı "Bəzi silahların istifadəsi bizim ixtiyarımızda deyildi" deməklə bir növ yenidən Rusiyanı ittiham etməyə başladı. Ermənistan baş naziri beləcə, həm Ermənistan daxilində, həm də Azərbaycanda Rusiyaya qarşı haqlı aqressiyanı daha da qızışdırmaq məqsədi güdür. Çünkü hər kəsə bəlli idi ki, müharibə vaxtı Ermənistana silahların böyük əksəriyyəti məhz Rusiyadan ötürüldü. Bunu Rusiya özü də inkar etmədi. Paşinyan belə bir açıqlama ilə demək istədi ki, müharibə vaxtı Azərbaycana qarşı istifadə olunan bir çox ağır silahları, ballistik raketləri məhz Rusiya özü Azərbaycana qarşı istifadə etdi, burada bizim rolumuz olmadı.
Ermənistan baş nazir bu mesajla çalışır ki, Bakı ilə Moskva arasında diplomatik münasibətləri yenidən gərginləşdirsin, iki ölkə arasında vəziyyəti pisləşdirsin.
Ötən gün ordumuzun mövqelərinə Rusiya sülhməramlı kontingüntinin müvəqqəti nəzarət zonasından yenidən atəş açılması, əsgərimizin yaralanması faktı da bir daha bir neçə məsələ ətrafında dərindən düşünməyə tutarlı əsas yaradır:
- Ermənistan bu gərginliklə yenidən Azərbaycanda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı narazılıqları alovlandırmağa çalışaraq, əslində özünün də anti-Rusiya siyasətini, Moskvanın təsirindən çıxmaq planını məhz Qarabağ üzərindən daha da sürətləndirmək niyyətindədir.
- Qarabağdakı silahlı insidentlə Ermənistan tərəfi Vaşinqton görüşündə istisna edilmir ki, qondarma "Bakı-Xankəndi" formatını yenidən ortaya ataraq, istəyir ki, bu məsələnin üzərindən Bakıya təzyiq yaradıb danışıqlar prosesini dalana dirəsin, üstəlik "Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyin qorunması üçün beynəlxalq mexanizm"i irəli sürərək prosesə mane olsun.
Bununla da dünya ictimaiyyətinə, xüsusilə də Vaşinqton və Brüsselə göstərməyə çalışırlar ki, bu vəziyyətdə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesini gözləməyə dəyməz. Orada silah səsləri susmur, vəziyyət qeyri-sabit olaraq qalır, Qarabağın erməni əhalisi bu vəziyyətdə Azərbaycanın daxilində yaşamağa hazır deyil.
Halbuki Ermənistan Azərbaycanın bu məsələdəki mövqeyini artıq 3 ildir ki, çox yaxşı bilir: Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və bu cür təzyiq vasitələri ilə hər hansı beynəlxalq mexanizmin yaradılmasının mümkün olacağı xülyasından Ermənistan rəhbərliyi ən tez bir zamanda əl çəkməlidir. Çünkü rəsmi İrəvanın bu addımlarının bir adı var: Separatçılar arasında revanşizmi dəstəkləmək, Azərbaycana qarşı ərazi iddiasına zəmin hazırlamaq və Azərbaycanın daxili işinə burun soxmaq...
Bu cür planların Ermənistan üçün hansı nəticələrə gətirib çıxardığını çox güman ki, hələ İrəvanda unutmayıblar. Əgər Ermənistan hərbi-siyasi rəhbərliyinin unutqanlıq, yaddaş zəifliyi problemi varsa, Azərbaycan Ordusu onu yenidən təzələmək iqtidarındadır.
Təhməz Əsədov Trend
Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yo
Putin seçkiləri-2024. Həmkarım Yevgeni Minçenko ("Minçenko konsaltinq
İyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəs
Qax rayonunda 2007-ci il təvəllüdlü oğlan, milliyyətcə gürcü Levani qı
ABŞ Rusiya nüvə silahlarının Belarusa daşınmasını qeydə almayıb.
Ötən həftəsonu hadisələrdən sonra NATO Rusiyanı qiymətləndirməməlidi
Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı t�
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Məşhur maliyyəçi Ceffri Epstein Nyu-York həbsxanasında intihar etməzdən
Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başla
Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir mə
Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Arar
2023-cü ilin yanvar-may aylarında Türkiyənin Çanakkale şəhərində yerlə