Rumıniya Azərbaycandan əlavə qaz almaqda maraqlıdır
Digərləri 23 İyn 2023 10:07:00 337 0
Rumıniyanın "ROMGAZ" şirkəti "Həmrəylik Halqası"nın imkanlarının bron edilməsində maraqlıdır.
Bu xəbəri də oxu: Tonlarla meyvənin satıldığı sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
Bu barədə cümə günü Trend-ə şirkətdən bildiriblər.
"Biz "Həmrəylik Halqası" layihəsini müsbət qarşılayırıq və onun icrasından sonra çox güman ki, bu yeni infrastrukturda ötürücülük gücünün bron edilməsində maraqlı olacağıq", - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, "ROMGAZ" Rumıniyanın ən böyük qaz istehsalçısı olmaqla qaz bazarında ən mühüm tədarükçülərdən biridir.
"Şirkət böyük müştəri portfelinə malikdir və hazırda özünün qaz istehsalı hesabına onların ehtiyacını demək olar ki, tam qarşılayır. Şirkət qaz nəqli, qaz nəqli infrastrukturunun istismarı və inkişafı ilə məşğul olmur. Qaz sahəsində fəaliyyət bölgüsü üzrə qaydaların olduğu Avropada bu, qanunvericiliklə qadağandır. (Rumıniyada qaz nəqli infrastrukturunun operatoru "Həmrəylik Halqası" layihəsi ilə əlaqədar Anlaşma Memorandumunu imzalamış "Transgaz" şirkətidir)", - deyə şirkətdən açıqlayıblar.
Xatırladaq ki, aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.
Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.
Qadınlardan ibarət minatəmizləmə qrupları ölkəmizin minalanmış ərazil
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində xidmətin
May ayında keçirilən prezident seçkilərində prezidentliyə namizəd kimi i
Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artill
2023-cü ilin yanvar-may aylarında Türkiyənin Tekirdağ limanı 10 milyon 397
İstirahət üçün dənizə gedən 4 dostdan 2-si geri qayıdıb. 3 gündür on
Fransa sakini on il ərzində kişilərin arvadını necə zorladığını lent�
Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı Xidmətl
Fəlakətin qarşısını almaq üçün Zaporojye AES təcili azad edilməlidir.
Azərbaycanla müharibə Ermənistanda gender balanssızlığına səbəb olub.
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
2023-cü ilin yanvar-may aylarında Türkiyənin Mersin limanı 16 milyon 645 mi
ABŞ-də Kənd Təsərrüfatı Nazirliyi labaratoriyada hazırlanan toyuq ətini