Pusqudakı ölüm: torpaqlarımızı ikinci dəfə azad edirik
Siyasət 21 İyn 2023 15:54:00 342 0
Ermənilərin mina terroruna görə İrəvan məsuliyyətə cəlb edilməyincə Cənubi Qafqazda dayanıqlı və stabil sülh olmayacaq
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
İyunun 12-dən 17-dək Tərtər, Ağdam, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında 12 piyada əleyhinə, 18 tank əleyhinə minalar tapılıb, 151 partlamamış sursat aşkarlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) son hesabatında belə deyilir.
Görülmüh işlər nəticəsində 156 hektar ərazi minalardan və sursatlardan təmizlənib.
156 hektar ərazi çoxdur, ya az?
Bir həftəlik fəaliyyət üçün az deyil. Lakin Azərbaycan ərazilərinin 20 fazinin erməni işğalında olduğu 30 il ərzində düşmənin ələ keçirdiyi torpaqlarda yüz minlərlə mina basdırdığını nəzərə alsaq, çox deyil.
44 günlük İkinci Qarabağ Müharibəsi günlərində, daha sonra isə ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edərkən sözün əsl mənasında hər tərəfə səpələdikləri on minlərlə minanı da unutmayaq.
Həmin minalarla yanaşı, ermənilərin işğal zamanı viranə qoyaraq xarabazarlıqlara döndərdikləri yaşayış məntəqələrindəki ev qalıqlarında, tikili xarabalıqlarında, yollarda, yol kənarlarında, qəbristanlıqlarda da sayı bilinməyən "səssiz ölüm"lər var.
Bu səbəbdən Azərbaycan indi ikinci azadetmə və antiterror əməliyyatları aparır.
44 günlük İkinci Qarabağ Müharibəsi erməni işğalındakı ərazilərimizin azad olunması ilə başa çatdısa, Ermənistanın kapitulyasiyasından indiyədək ötən müddət həmin ərazilərin minalardan təmizlənməsi ilə müşayiət olunur.
Ermənistan Azərbaycanla yekun sülh sazişi imzalamaq niyyətində olduğunu bəyan edir, danışıqlar aparılır, müzakirələr aparılır. Amma ermənilər bir məqamı qəbul etmək istəmirlər ki, əgər onlar gerçəkdən də, bölgdə sülh və stabillikdə maraqlıdırsa, onda işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritələri mütləq şəkildə Bakıya təqdim olunmalıdır.
Səbəblər trivial və bəsitdir.
Postmüharibə dövründə ərazilərin minalardan təmizlənməsi humanitar tərksilahın ən mürəkkəb, təhlükəli növlərindən biri sayılır. Ermənistanın baş naziri Nikol Paşinyanın çoxsaylı vədlərinə, İrəvan rəsmilərinin bəyanatlarına rəğmən, ermənilər həmin xəritələri hələ də təqdim etməyiblər. Bakıya verilmiş xəritələrdə isə həddən ziyadə çox yanlışlıqlar, xətalar və bilərəkdən edilən səhvlər var.
Minalanmış sahələrin dəqiq koordinatlarının yoxluğu isə ANAMA-nı və Azərbaycanın digər müvafiq dövlət strukturlarını işğaldan azad edilmiş əraziləri az qala qarış-qarış araşdırmağa, minalardan təmizləməyə, potensial təhlükəni aradan qaldırmağa vadar edir.
Halbuki Ermənistanın fasiləsiz olaraq demaqogiyaya çərçivəsində iqtibaslar gətirdiyi beynəlxalq humanitar hüququn postulatlarına və şərtlərinə görə, minalanmış sahələr barədə məlumatların verilməsi məcburi addımdır.
Rəsmi İrəvan minalanmış sahələrin xəritələrini Bakıya jest qismində təqdim etdiyini vurğulayır və dünya birliyinə də bu addımlarını bölgədə sülhlə stabilliyin bərqərar olmasında ifrat marağının təzahürü kimi qələmə verir.
Reallıq həmişə olduğu kimi, tam əksidir: Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin təqribən 74,8 faizi qeyri-dəqiq və yaenlışdır. Sadəcə, bu fakt işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə bağlı işlərin mürəkkəblik səviyyəsini dəfələrlə artıran məqamdır.
Başqa nüans isə odur ki, 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra ermənilər Laçın və Kəlbəcər rayonlarında yenidən on minlərlə mina basdırıblar. Həmin minaların əksəriyyəti Laçın rayonunda basdırılan, Ermənistanda 2021-ci ildə istehsal edilmiş PMN-E piyada əleyhinə olan minalardır.
Laçın və Kəlbəcər rayonlarının minalardan təmizlənməsi işi sürətlə davam edir. Həmin ölüm mənbələrinin yaratdığı təhdid birmənalı və tammiqyaslı olaraq aradan qaldırılmayınca işğaldan azad edilmiş ərazilərə qayıdışın normal məcrasına düşməsindən danışmağa dəyməz.
Əslində, rəsmi Bakının sözügedən rayonlardan olan məcburi köçkünlərin yurd-yuvalarına qayıdışlarının hazırda mərhələli şəkildə həyata keçirilməsi məcburi seçimdir: dövlət vətəndaşlarının təhlükəsizliyini risklərə ata bilməz.
Ermənistan rəhbərliyi, xüsusilə də baş nazir Nikol Paşinyan və komandası sülh danışıqları gündəliyindən, stabillik və təhlükəsizliyin bərqərar olmasının vacibliyindən, İrəvanın müzakirələrlə görüşə meylli olmasından istədiyi qədər danışa bilər. Amma reallıq budur ki, Cənubi Qafqazın minalardan azad bölgəyə çevrilməsinə yönəlmiş səylər Ermənistanın 30 illik işğal zamanı və sonra da Laçınla Kəlbəcərin boşaldılması günlərində yerləşdirdiyi minalar barədə məlumatlar verməsi, Azərbaycan ərazisinin ölüm təhlükəsi ilə çirkləndirilməsi haqqında dəqiq informasiyalar təqdim etməsi ilə başlamalıdır.
Çünki ermənilər təqribən 8 min kvadrat kilometr əraziyə minalar basdırıblar ki, bu da Azərğaycanın toplam ərazilərinin təqribən 9 faizinə bərabərdir. Sahəsinə görə Maltanın ərazisindən 25 dəfə artıq olan torpaqlarımızda Ermənistan hərbçilərinin basdırdıqları 1,52 milyondan artıq mina var.
Yəni Azərbaycanın bu ərazilərində hər 5 kvadrat metrə 2 mina düşür.
Ermənilərin mina terroru Avropada Bosniya-Hersoqovinadakı savaşdan sonrakı 25 ildə, postmünaqişə dövründə ən böyük mina təhdidi sayıla bilər və sayılmalıdır da.
İşğaldan azadb edilmiş ərazilərimizin minalardan təmizlənməsi, sadəcə, ağır və mürəkkəb proses yox, həm də bölgənin rekonstruksiyasını, yenidənqurulmasını və bərpasını ləngidən əsas səbəbdir.
Bəhs etdiyimiz ərazilərdən minalardan tam təmizlənməyincə genişmiqyaslı renovasiyalardan, şəhərsalma layihələrinin reallaşdırılmasından danışmaq asan deyil, çünki ermənilərin mina terroru həmin ərazilərdə ən böyük təhlükə olaraq qalır.
Eyni zamanda, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirilmiş ərazilərdəki silahlı erməni dəstələrinin mina basdırmağa davam etməmələrinə də təminat yoxdur.
Gorus-Laçın yolunun rusiyalı sülhməramlılarının nəzarətində olduğu, yəni tam nəzarətsiz olduğu dönəmlərdə Ermənistandan Xankəndində sürəkli olaraq silah-sursat, amunisiya ilə yanaşı, minalar da daşınıb.
İndi o minalar qarabağlı ermənilərin separatçı dəstələrinin anbarlarındadır və təbii ki, yalnız terror, yaxud da diversiya məqsədləri üçün istifadəsi nəzərdə tutulub.
Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə Qərb ölkələrinin və beynəlxalq təşkilatların indifferent, laqeyd münasibətlərinə gəldikdə isə, təəccüblü məqam yoxdur.
Həmin ərazilər minalardan qurtulduqdan sonra aqrosənaye kompleksləri, sənaye müəssisələri, energetika və s. sahələrdə inkişaf başlayacaq, ölkə iqtisadiyyatı güclənəcək. Güclü iqtisadiyyatı, rəqabətə davamlı məhsullar istehsalına malik Azərbaycan Qərbin maraq dairəsindədirmi?
Cavabı özünüz verin.
Elçin Alıoğlu TREND
"Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə
Bakı Piano Festivalı Landmark Rotunda Roof Garten yay məkanında Tord Qustavs
Meyxanaçı Samirə Yusifqızı həmkarı Namiq Qaraçuxurlu ilə bağlı iddia
Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar
Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiy
Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hə
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbət
Sumqayıtda zirzəmələrə dolan kanalizasiaya suları bina sakinlərini əməl
İşğaldan azad olunan ərazilərdə özəl sektorunun fəaliyyəti üçün gü
Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik Hüququ Şəxsə yeni rəh
Müğənni Günel Zeynalova Zaqatalada itləri güllələyərək öldürən şə