Ev almaq istəyənlərin nəzərinə Ucuzlaşma olacaq...


Digərləri 21 İyn 2023 03:03:00 349 0

Ev almaq istəyənlərin nəzərinə  Ucuzlaşma olacaq...

Hazırda mənzillərin qiyməti bahalaşmaqda davam edir.

Bu xəbəri də oxu: Xərçəngdən qoruyan 5 qida

Bu barədə Trend-ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, belə olduqda aztəminatlı ailələr ev ala bilmir.

Güzəştli mənzillərin sayı nə qədər çox olsa aztəminatlı ailələr bundan yararlanacaq.

"Mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırasını genişləndirilərək müvafiq kateqoriyaya uyğun gələn jurnalistlərin də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar sırasına əlavə edilməsi müsbət haldır. Yüzlərlə jurnalist var ki onların əməkhaqqısı yalnız onların aylıq yaşamına təsir edir. Böyük bir hissəsi də kirayələrdə qalır."

E.Fərzəliyev deyib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti satışına başlaması əmlak bazarında nisbətən durğunluq yaradıb və qiymətin ucuzlaşmasına səbəb ola bilər.

"Beləki nə qədər çoxlu güzəştli mənzillər satışa çıxarılarsa bahalı mənzillər bazarda uzun müddət qalır və gec satılırlar. Belə layihələr çox olarsa evsiz insan da azalar. Şirkətlərin daxili iporeka şərtlərinə baxsaq faizlərin çox yüksək olduğunu görəcəyik. Bəzən şirkətlərin satdığı mənzilin aylıq ödənişi vətəndaşın bir aylıq gəlirindən çox olur."

Ekspertin sözlərinə görə, güzəştli mənizllərin ucuz olmasının əsas səbəbi tikilən bina üçün torpağın dövlət tərəfindən pulsuz ayrılmasıdır.

"Belə güzəştli mənzillərin satışına qadağa tətbiq olunmalıdır. Bəzən mənzilə ehtiyacı olmayan mənzil əldə edib sonradan baha qiymətə satır. Həqiqi evə ehtiyacı olan insanlar mənzil ala bilmir və kənarda qalır",- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışına başlayır.

MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Rusiya Ukraynaya görə "Telegram"ı cərimələdi like
  • 21 İyn 00:36  
Dünya Rusiya Ukraynaya görə "Telegram"ı cərimələdi

Rusiyada məhkəmə bu ölkənin silahlı qüvvələrinin Ukraynanın döyüş b

arrow Ətraflı
2100cü ildə evdən işləyəcək insanların GÖRÜNÜŞÜ like
  • 21 İyn 00:18  
Digərləri 2100cü ildə evdən işləyəcək insanların GÖRÜNÜŞÜ

COVID-19 pandemiyasından bəri bir çox insan uzaqdan işləməyə keçib. Bunu

arrow Ətraflı
Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin like
  • 21 İyn 00:01  
Digərləri Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Xanımının ad gününü belə təbrik etdi like
  • 20 İyn 23:56  
Şou-biznes Xanımının ad gününü belə təbrik etdi

Xalq artisti Natiq Şirinovun özü kimi nağara ifaçısı olan oğlu Ümid Nat

arrow Ətraflı
Boşanma xəbərlərindən sonra səssizliyini pozdu like
  • 20 İyn 23:50  
Şou-biznes Boşanma xəbərlərindən sonra səssizliyini pozdu

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük aktrisa Ceyda Düvenci v�

arrow Ətraflı
BakıNaxçıvan təyyarəsi geri qayıtdı like
  • 20 İyn 23:46  
Digərləri BakıNaxçıvan təyyarəsi geri qayıtdı

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-265 nömrəli Bakı-Na

arrow Ətraflı
Mübariz Mənsimov atasının dəfnində iştirak etməyəcək? like
  • 20 İyn 23:30  
Digərləri Mübariz Mənsimov atasının dəfnində iştirak etməyəcək?

"Palmali Holdinq"in prezidenti Mübariz Mənsimov mərhum atasının s

arrow Ətraflı
Gənc intihar etmək istəyirdi  Məşhur aktyor onu fikrindən daşındırdı  FOTO like
  • 20 İyn 23:18  
Digərləri Gənc intihar etmək istəyirdi Məşhur aktyor onu fikrindən daşındırdı FOTO

"Yeşilçam" aktyoru Nuri Alço bu gün bir gəncin həyatını xilas

arrow Ətraflı
Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA  VİDEO like
  • 20 İyn 23:06  
Şou-biznes Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA VİDEO

Əməkdar artist Bəhram Bağırzadə iştirak etdiyi toy məclislərinin birind

arrow Ətraflı
Aleyna Tilkinin erotik FOTOları müzakirələrə səbəb oldu like
  • 20 İyn 23:00  
Şou-biznes Aleyna Tilkinin erotik FOTOları müzakirələrə səbəb oldu

Türkiyənin gənc ulduzlarından olan Aleyna Tilkinin son fotosessiyası müzak

arrow Ətraflı