“WhatsApp” “Canlı Müştəri Xidməti” funksiyasını istifadəyə verib
Digərləri 19 İyn 2023 20:55:00 373 0
"WhatsApp"ın "Windows" tətbiqində bütün digər versiyalarında mövcud olan çat vasitəsilə dəstək almaq funksiyası aktivləşdirilib. Belə ki, "Whatsapp"da problemlə qarşılaşdığınız zaman artıq "Windows" proqramında canlı söhbətin köməyi ilə dəstək ala bilərsiniz.
"WhatsApp"ın canlı dəstək funksiyasından necə istifadə etmək olar?
Son.az Trend-ə istinadən xəbər verir ki, "WhatsApp" ilə bağlı hər hansı problemlə qarşılaşdıqda, tətbiqin aşağı sol küncündəki Parametrlər bölməsinə klikləmək lazımdır. Açılan pəncərədə "Yardım> Bizimlə əlaqə saxlayın" qeyd olunub.
Görünən pəncərədə "Biz sizə necə kömək edə bilərik?" bölməsində probleminizi təsvir edin. Cihazınızın məlumatını hesabatınıza əlavə etmək faydalı ola bilər, xüsusən də texniki problemlərlə üzləşirsinizsə .
Bu addımlardan sonra "Göndər" düyməsini sıxın. Beləliklə, "WhatsApp" sizin üçün şəxsi söhbət yaradacaq. Probleminizi həll etmək üçün bu çat vasitəsilə canlı dəstək ala bilərsiniz.
İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında "Muğam aləmi" V
İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edil�
Ayaq ucu ilə yerimək sağlamlığa müsbət təsir edir, qan dövranını yax�
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova ağır itk
Paytaxtda qeyi-yaşayış obyektlərinin qiymətləri qalxacaq.
Kanada İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.
Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır.
"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uş