Ermənistan Rusiyaya etirazını bildirdi
Siyasət 16 İyn 2023 22:25:00 280 0
Ötən gün Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutaraq təxribat törədən ermənilər nədənsə Rusiyadan kəskin narazılıqlarını bildiriblər.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Bu gün Xarici İşlər Nazirliyində Rusiya Federasiyasının səfiri ilə keçirilən görüşdə Ermənistanın bu insidentlə bağlı kəskin narazılığı ifadə edilib. Xarici İşlər Nazirliyi vəziyyəti aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb", - deyə Ermənistan XİN-in məlumatında bildirilir.
Təxribatın Ermənistan Silahlı Qüvvələri tərəfindən törədildiyini nəzərə alsaq, İrəvanın Rusiyaya qarşı ittihamı çaşqınlıq yaradır.
Xatırladaq ki, ötən gün 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Hazırda bir çox evlərdə qış üçün kompot və turşular hazırlanır. Bə
"Çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən ç
Aparıcı Elgiz Əkbər verilişində yaşadığı bir hadisəni bölüşüb.
Neftçala rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alınması ilə
"Rusiya lideri Vladimir Putin hakimiyyətini böyük ölçüdə itirib"
Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq Avropa ölkələri hərbi b�
"W-trio" qrupunun keçmiş üzvləri, Xalq artisti Röya Ayxanla müğ
Ulduz falı çox müdrik qadınların hansı Bürc əlamətləri altında doğul
Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşüb, 3 nəfər xəsarət al
23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanı
Son otuz il ərzində Azərbaycan və Pakistan hökumətləri arasında möhkəm
Bakıda marketdə qəribə olay yaşanıb.