Pakistan Azərbaycanın enerji resurslarına bel bağlayır Prezident qardaş ölkəyə
Siyasət 16 İyn 2023 19:58:00 296 0
Son otuz il ərzində Azərbaycan və Pakistan hökumətləri arasında möhkəm dostluq əlaqələri qurulub və inkişaf edərək strateji tərəfdaşlığa çevrilib. Bu tərəfdaşlıq müxtəlif beynəlxalq məsələlər üzrə anlaşmaya və tərəfdaşlığa əsaslanır.
Bu xəbəri də oxu: COPda razılaşdırılan 300 milyard nəyə xərclənəcək?
Son.az Trend-ə istinadən xəbər verir ki, ölkələr arasında tez-tez yüksək səviyyəli səfərlər baş tutur ki, bu da onların ikitərəfli əlaqələrini daha da möhkəmləndirir. Beləliklə, iyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla müxtəlif sferalarda ikitərəfli əlaqələri əhəmiyyətli dərəcədə sürətləndirəcək və onların dərin anlamını vurğulayacaq.
Azərbaycanla Pakistan arasında münasibətlər sıx siyasi, iqtisadi və mədəni əlaqələlər olaraq xarakterizə edilir. İki ölkə arasındakı isti dostluq münasibətləri ümumi dəyərlər, maraqlar və qarşılıqlı hörmətə əsaslanıb.
Pakistanın Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
"Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən Müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi", - dövlət başçısı deyib.
Azərbaycanla Pakistan arasında siyasi münasibətlər dostluq və tərəfdaşlıq əlaqələridir. İki ölkə müxtəlif beynəlxalq məsələlər üzrə bir-birini dəstəkləyir və sıx diplomatik əlaqələr saxlayır. Azərbaycanla Pakistan arasında münasibətlərin mühüm aspektlərindən biri də bir-birinin ərazi bütövlüyünə və suverenliyinə ümumi dəstəkdən ibarətdir. Məsələn, Azərbaycan Pakistanı Kəşmir məsələsində dəstəkləyir, Pakistan isə həmişə Azərbaycanla həmrəy olduğunu bildirərək Ermənistanla diplomatik əlaqələr qurmayıb.
İqtisadi planda Azərbaycan və Pakistan ticarət və investisiya imkanlarını araşdırırlar. Hər iki ölkə xüsusən energetika, kənd təsərrüfatı sektorlarında və infrastrukturun inkişafı üzrə iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə bir sıra saziş imzalayıb. Azərbaycanla Pakistan arasında ticari münasibətlər son illərdə stabil artımla səciyyələnir. Qarşılıqlı ticarət genişlənərək parça, əczaçılıq, cihazlar və kənd təsərrüfatı məhsulları kimi malların geniş spektrini əhatə edir.
Hər iki ölkə, həmçinin ticarət əlaqələrini genişləndirməyə çalışır və qarşılıqlı ticarətin artırılması imkanlarını araşdırırlar. Bu kontekstdə ikitərəfli ticarətin aktivləşməsi üçün Azərbaycanla Pakistan arasında qarşılıqlı sazişin imzalanması planlaşdırılır. Bu prosesin başlaması və preferensial ticarət sazişinə əlavə olunacaq məhsulların hərtərəfli siyahısının tərtib olunması üçün ilk addım olaraq Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzalayacaq.
Enerji əməkdaşlığı Azərbaycanla Pakistan arasında iqtisadi tərədaşlığın mühüm aspektini təşkil edir. Enerji resursları ilə zəngin ölkə olan Azərbaycan Pakistana neft və qaz ixrac etmək potensialına malikdir. Hər iki ölkə energetika sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən boru kəmərlərinin tikintisi və maye təbii qaz idxalı üzrə layihələrin reallaşdırılması imkanlarını araşdırıblar.
Pakistan hökuməti yanında fəaliyyət göstərən İqtisadi Əlaqələndirmə Komitəsi Azərbaycandan maye təbii qaz idxalı barədə çərçivə sazişini artıq təsdiqləyib. Saziş Pakistanın LNG Ltd (PLL) dövlət şirkəti vasitəsilə Pakistanla Azərbaycan arasında hökumətlərarası ticarət yolu ilə icra olunacaq.
Komitə stabil maye təbii qaz təchizatını təmin etmək məqsədilə Neft Nazirliyinə Pakistanın maye təbii qaza olan tələbatını daimi əsasda qiymətləndirməklə ən azı üç ay əvvəldən ilkin xəbərdarlıq etməyi həvalə edib.
Saziş müddətinin bir il uzadılması imkanı ilə ilkin olaraq bir il müddətində qüvvədə olacaq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) saziş çərçivəsində bir MTQ partiyası tədarük edəcək. Hər bir partiya üzrə təklif müvafiq çatdırılma müddətindən 45 gün əvvəl irəli sürüləcək və PLL təklifi qəbul edib-etməmək barədə qərarı bu müddət ərzində verməli olacaq. MTQ-nin qiyməti SOCAR tərəfindən ABŞ dolları ilə göstəriləcək və PLL şirkətinə qiymətqoymanın təfərrüatları təqdim olunacaq.
Şahbaz Şərifin mətbuata çıxışında qeyd etdiyi kimi, Azərbaycan təbii resurslarla, o cümlədən iri neft və qaz yataqları ilə zəngindir.
"Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının "Aramco" şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün", - deyə Baş nazir qeyd edib.
Azərbaycan və Pakistan, həmçinin nəqliyyat əlaqələrinin inkişafı sahəsində aktiv əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə birgə bəyanatında qeyd etdiyi kimi, iki ölkə şəhərlər, o cümlədən paytaxt şəhərlər Bakı və İslamabad arasında reyslərin sayını artırmaq barədə razılığa gəliblər. Bu addım iki ölkə arasında ticarət və turizm sahəsində əməkdaşlığı xüsusən gücləndirməyə imkan verəcək.
Azərbaycanla Pakistan arasında zaman keçdikcə dərinləşməkdə olan dərin dostluq və əməkdaşlıq mövcuddur. Onların münasibətləri qarşılıqlı etimad, əməkdaşlıq və regionda sülhə və inkişafa ümumi baxışla səciyyələnir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha geniş regionda bir çox maraqlı tərəfləri uğurla cəlb edir. Ölkə əsas diqqəti neft-qaz sektoruna və mühüm nəqliyyat dəhlizlərinin yaradılmasına yönəltməklə mövcud geosiyasi proseslərdən həm regional, həm də qlobal səviyyədə siyasi fayda əldə etməyə nail olub. Pakistan da bu üstünlüklərdən faydalanmağa çalışır. Hər iki ölkə müxtəlif təşəbbüslər və birgə səylər vasitəsilə iqtisadi əməkdaşlığı möhkəmləndirməyə davam edir. Onlar ticarətin genişləndirilməsinin, investisiyaların təşviqinin və iqtisadi əməkdaşlığın yeni imkanlarının araşdırılmasının əhəmiyyətini qəbul edərək son nəticədə iqtisadi əlaqələrin dərinləşməsini və qarşılıqlı tərəqqini hədəfləyirlər.
Bakıda marketdə qəribə olay yaşanıb.
Müğənni Sevda Yahyayevanın son görünüşü müzakirə yaradıb.
"Qafqazın demokratiyası" adlandırılan Ermənistanda vəkillərə q
Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə məktub
Rusiyada 56 yaşlı operator qadın kranın aşması nəticəsində həlak olub.
Əsl adı Marşal Brüs Meters olan məşhur reper Eminemin 30 yaşlı qızı Al
Nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür.
I və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nə
Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbu
Son günlər sosial şəbəkələrdə nizam-intizam qaydalarını pozan şagirdl
İyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüz�
Mənzil-qərargahı Kopenhagendə yerləşən "Danske" bankının iqti
Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəzaya görə ittiha